.

Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.
Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı ilk dəfə 2018-ci il sentyabrın 27-dən 30-dək keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu il “Nəsimi ili” elan olunub.
Festival, ötən ilki kimi, şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Layihə çərçivəsində həm Nəsiminin doğma diyarı Şamaxıda, həm də paytaxt Bakı və ətraf qəsəbələrdə müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən tədbirlər təşkil olunacaq.
Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edəcək.
Rusiyalı psixoloq Aleksey Sıtnikov, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə dünyada məşhur olan bir sıra nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.

Şərh yaz


18 Sentyabr 2019 Üzeyir Hacıbəyli Türkiyə mediasında — VİDEO
18 Sentyabr 2019 Bu gün Milli Musiqi Günüdür
17 Sentyabr 2019 Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü?
20 Avqust 2019 Azərbaycanlı aktyor beyin insultu keçirdi
19 Avqust 2019 Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub
17 Avqust 2019 Elçin Quliyev Elnarəni təltif etdi
25 İyul 2019 Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub
20 İyul 2019 Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
07 İyul 2019 Əbülfəs Qarayev: "Bu, fövqəladə hadisədir"
03 İyul 2019 Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib
13 İyun 2019 İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi-Foto
11 İyun 2019 İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar
09 İyun 2019 Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
26 May 2019 “Bu, prezident payıdır, uşaq-muşaq yox” - Musa Yaqub + Foto
17 May 2019 “Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
17 May 2019 RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir.
13 May 2019 "Avroviziya - 2019" mahnı müsabiqəsi başladı - Video
07 May 2019 İstiqlal şairi kimsəsizmi köçdü…
27 Aprel 2019 “Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib
21 Aprel 2019 Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video
13 Aprel 2019 6-cı sinif şagirdindən möhtəşəm ifa-Video
11 Aprel 2019 “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı
05 Aprel 2019 Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ
22 Mart 2019 “Diriliş Ertoğrul”un final günü bəlli oldu
10 Mart 2019 Almaniyada əməkdar artistlərimizin konserti baş tutub
05 Mart 2019 Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya
21 Fevral 2019 Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər
10 Fevral 2019 Thomson Reuters kabusu
05 Fevral 2019 Azərbaycanda bu TV-lərin hər birinə 600 min ayrıldı
04 Fevral 2019 Ramiz Mehdiyev Forumla bağlı sərəncam verdi

Xəbər lenti