.

Bu gün mediada və sosial şəbəkələrdə ölkə telekanallarının qeyri-qənaətbəxş vəziyyəti, verilişlərin müasir tələblər səviyyəsindən geri qalması, auditoriyanın tələb və maraqlarına cavab verməməsi, TV aparıcılarının efirdə yol verdikləri yanlış davranışlar geniş müzakirə olunur. Yerli televiziyaların xoşagəlməz durumu, auditoriyanın narazılığına səbəb olan qeyri-peşəkar, qıcıqlandırıcı fəaliyyəti ciddi müzakirələrə səbəb olan əsas mövzulardandır.

 

Elə götürək ötən günlərdə “ARB” TV-nin “Sayqa ilə” proqramında yaşananları. Belə ki, həmin proqrmda 24 yaşlı gəncin müğənni Afaq Aslana evlilik təklif etməsi və “yox” cavabı alınca “ürəyi getməsi”, yerə yıxılması bir neçə gün sosial şəbəkələrdə müzakirə olundu. Teleməkanda yaşanan bu rəzilliyə cavab isə İctimai Televiziyada yayımlanan “3 D” proqramında verildi. Eyni hərəkəri burada da edən oğlana proqramda katibə obrazını yaradan xanım “ay oğlan, qalx ayağa, veriliş qutardı” deyib və oğlan isə “qonorarımı hardan ala bilərəm?” cavabını verib.

Teleməkanımızda yaranmış və davam etməkdə olan belə mənfi tendensiyanın səbəbi nədir? Bu mənfilikləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

Media eksperti, BDU-nun TV və radio jurnalistikası kaferasının baş müəllimi Zeynal Məmmədli mövzu barədə Modern.az-a danışıb.

“Mən konkret bu hadisələri müşahidə etməmişəm, amma ümumilikdə qeyri-ciddilik, çox təəssüf ki, Azərbaycan televiziyalarında hakimdir. İstər özəl televiziyaların, istər büdcədən maliyyələşən televiziyaların verilişlərinə baxanda çox ciddi qeyri-peşəkarlıq görürsən. Televiziyalardakı qeyri-ciddilik məsələsinə əsas səbəb peşəkarlığın olmaması və gündəmi tutmaq niyyətidir. Gündəm tutmağın, gündəm yaratmağın başqa siyasi kökləri var. Çünki bizdə gündəm yaratmaqla reklam bazarından reklam qazanmaq mümkün deyil. Bizdə sərbəst bazarın əlamətləri var, amma özü yoxdur. Ona görə də Azərbaycanın media-reklam bazarı ilə bağlı ciddi söz demək mümkün deyil. Onun qədəri, paylanması, bütövlükdə hansısa telekanalın reytinqnin yüksək olması haqqında ictimaiyyət xəbərsiz qalır”.

Tele-tənqidçi bildirib ki, ictimaiyyət bundan xəbərsiz olanda telekanallar reklam bazarından bəlli bir pay qoparmaq üçün verilişlər verməlidir.

“Lakin onlar üçün sırf siyasi verilişlər risklidir. Sosial həyatla bağlı tok-şoular verilə bilər. Bizdə o qədər sosial problem var ki! Məsələn, təhsilin səviyyəsi, uşaq bağçaları nə gündədir?! Azərbaycan dilində uşaq bağçaları azalmaqdadır. Bunların hamısı çox ciddi məsələlərdir. Azərbaycan dilinin işlənmə səviyyəsi Sovet hakimiyyəti dönəmindəki vəziyyətdən aşağı düşüb. Bu, o mənaya gəlir ki, orta məktəbi bitirən uşaqların söz ehtiyyatında 400-500-dən çox söz olmur. Bunun bir çox səbəbləri var. Bu məsələləri gündəmə gətimək əvəzinə baş qatırlar. Yəni bütün bunlar - maqazin tipli xəbərlər  sarı jurnalistikanın və vulqar jurnalistikasının üsullarıdır. Bu gün cəsrətlə və birmənalı demək olar ki, Azərbaycan televiziyalarında siyasi baxımdan vulqar televiziyanın, digər sosial problemlərlə bağlı verlişlərdə isə sarı jurnalistikanın üsulları oturub. Burada həmçinin diqqət çəkmək məsələsi də var.

Səbəb yuxarda sadaladığınız hadisələrin getməsi deyil, “niyə” getməsidir. Bütün bunlarla əlaqəli tədbirlər görülə bilər, lakin görülmür. Bu tədbirləri kimlər görə bilər? Universitet müəllimləri yığıla bilərlər bir yerə, bir həll tapa bilərlər, amma eləmirlər. Elmlər Akademiyası deyilən bir qurum var ki, heç yada düşmür, onlar çıxış yolu tapa bilərmi?! Tapmırlar. Teatr və mədəniyyət xadimləri bu siyasi birliyi edə bilər, lakin etmirlər. Milli Televiziya və Radio Şurası həll yolu tapa bilər. Lakin MTRŞ hərdən bir tənqid edir və çıxış yolu göstərir. Ciddi iş görülmədən bu iş deyingənlik səviyyəsində də qalacaq”.

Şərh yaz


13 Oktyabr 2019 "Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur" – Yaqub Zurufçu
28 Sentyabr 2019 Azərbaycanda ikinci möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı başlayır
22 Sentyabr 2019 "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
18 Sentyabr 2019 Üzeyir Hacıbəyli Türkiyə mediasında — VİDEO
18 Sentyabr 2019 Bu gün Milli Musiqi Günüdür
17 Sentyabr 2019 Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü?
20 Avqust 2019 Azərbaycanlı aktyor beyin insultu keçirdi
19 Avqust 2019 Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub
17 Avqust 2019 Elçin Quliyev Elnarəni təltif etdi
25 İyul 2019 Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub
20 İyul 2019 Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
12 İyul 2019 Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
07 İyul 2019 Əbülfəs Qarayev: "Bu, fövqəladə hadisədir"
03 İyul 2019 Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib
13 İyun 2019 İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi-Foto
11 İyun 2019 İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar
09 İyun 2019 Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
26 May 2019 “Bu, prezident payıdır, uşaq-muşaq yox” - Musa Yaqub + Foto
17 May 2019 “Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
17 May 2019 RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir.
13 May 2019 "Avroviziya - 2019" mahnı müsabiqəsi başladı - Video
07 May 2019 İstiqlal şairi kimsəsizmi köçdü…
27 Aprel 2019 “Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib
21 Aprel 2019 Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video
13 Aprel 2019 6-cı sinif şagirdindən möhtəşəm ifa-Video
11 Aprel 2019 “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı
05 Aprel 2019 Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ
22 Mart 2019 “Diriliş Ertoğrul”un final günü bəlli oldu
10 Mart 2019 Almaniyada əməkdar artistlərimizin konserti baş tutub
05 Mart 2019 Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya

Xəbər lenti