.

"Uşaqlarınızı planşet və telefonlardan uzaq tutun!

"Uşaqları sərbəst şəkildə sosial şəbəkəyə qoymaq olmaz. Saatlarla bir nöqtəyə gözlərini zilləyərək baxırlar. Saatlarla komputerə baxmaq  görmə sindromu yaradır və o da gözdə quruluq yaradır".
Asiya.info xəbər verir ki, bu sözləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin və "Sağlamlığın Qorunması İctimai Birliyi"nin rəhbəri, tibb üztə fəlsəfə doktoru, həkim-oftalmoloq Yazgül Abdiyeva Lider Tv-nin efirində Fəxriyyə Lilparın aparıcılığı ilə yayımlanan,  "Xəzərin Sahilində" verilişində çıxışı zamanı mövzuya münasibət bildirərkən deyib. 

Görmə əngəlləri getdikcə artır. Vaxtında müayinə olarsa bunun qarşısı alınar.

Göz xəstəliklərdən danışan Yazgül xanım əsas problemlırdən biri kimi analarımızı misal göstərib və valideynlərə müraciət edib: "Əsas problemlərdən biri bizim analarımızdır. Gənc analarımızın uşaqların əlinə planşeti, telefonu verməsi və onun oyuncaq kimi istifadə olunmasıdır. Acınacaqlı haldır ki, hətta yemək yeyəndə uşaqlara cizgi filmi seyr etdirərək yedirdirlər. Bu ananın rahatlığı deyil. Ana bir müddət rahat olur, amma bunun gələcəyi üçün o problemə gəlir çatır. Yəni bu həm psixoloji tərəfdən, tək göz tərəfdən deyil skolioz, kifoz, digər problemlərin ağırlaşmasına səbəb olur. Ona görə də mən əziz gənc analara müraciət edirəm ki, uşaqlarınızı planşet və telefonlardan uzaq tutun. Çünki hazırda 5-6 yaşlı uşaqlar da sosial şəbəkədən digər proqramlar yükləyə bilirlər. Və uşaqların digər psixoloji gərgin yönümdə  və uşaqları pis istiqamətləndirən xüsusi cizgi filmləri var ki psixoloji baxımdan neqativliyə doğru meyillilik yaradır. Ona görə də Azərbaycanın gözəl cizgi filmləri var.Və maraqlı cizgi filmləri ana ilə uşağın birgə izləməsi daha yaxşı olardı".
Uşaqları sərbəst şəkildə sosial şəbəkəyə qoymaq olmaz.
 "Saatlarla bir nöqtəyə gözlərini zilləyərək baxırlar. Saatlarla komputerə baxmaq  görmə sindromu yaradır və o da gözdə quruluq yaradır. Gözün digər patalogiyasının yaranmasına səbəb olur. Ona görə uşağı rəqsə, pianoya, üzgüçülüyə və ya digər məşğələlərə qoymaq həyati məsələlərdən biridir. Uşağı qorumaq üçün öncə onların sağlamlığına xüsusi diqqət yetirmək lazımdır. Həm qidalanma, həm təmiz hava alması üçün, həm  idman vərdişləri üçün xüsusi diqqət etmək lazımdır. Bilirsiz ki orqanizmdə uşaqların formalaşması artıq 18-19 yaşlarına qədər olur. Ona görə də vitamini zəngin qidalarla uaşqları təmin etmək lazımdır ki hormonal balans pozulmasın. Həm zehni, həm digər hormonal inkişafı üçün uşaqlarıa vitaminlə zəngin qidalar vermək lazımdır"-deyə Yazgül Abdıyeva bildirib.
Uşaqları fasfudlardan, qızardılmış yeməklərdən kənar etmək lazmdır!
Uşaqların sağlam böyüməsi üçün də öz məsləhətlərini verən Yazgül Abdıyeva bir neçə vacib məsələyə də toxunub: "Oftolmoloji sahədə deyə bilərəm ki, balıq kürüsü, giləmeyvə, vitamin A və E ilə zəngin olan qida məhsullarını vermək daha yaxşı olardı. Bəzən valideynlər kök şirəsi verirlər, amma onun içinə 2-3 damcı zeytun yağı və bitki yağları qatmaq lazımdır. Çünki A vitamini yağda həll olan vitamindir.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq üçün biz onların hər bir addımına məsuliyyətlə yanaşmalıyıq. Uşqalıqda travmanı alırsa o hansı vəzifəyə getsə də ömrü boyu onu davam edəcək. Ona görə də çalışmaq lazımdır ki, uşaqlar uşaqlıqda psixoloji travma almasın, həm də uşaqları normal böyütmək lazımdır ki, komputerdən asılılıq sindromu əməmlə gəlməsin, gözündə patalogiya olmasın. "
Uşaqlarınıza daha çox vaxt ayırın!
Uşaqlara nəyisə olmaz deməkdənsə izah etməyin önəmindən danışan Yazgül xanım vurğulayıb ki, uşaqlara hər dəfə "Oxu! Oxu!" -deyəndə uşaqlar yorulur, ailədə valideynlərin kitab oxuduğunu görsə uşaqların da kitaba marağı artacaq. Yazgül xanım valideynlərə planşet və telefon verməkdənsə uşaqlarla birlikdə kitab oxusalar daha yaxşı nəticənin əldə edilə biləcəklərini qeyd edib.

Asiya.info

Xəbər lenti