.

2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi keçirilib.
Asiya.info xəbər verir ki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim zamanı aviasiya vasitələri hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı fəaliyyətdə qoşun qruplaşmalarının hava zərbələrindən müdafiəsi, şərti düşmənin hava hədəfləri, komanda məntəqələri, zirehli texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə taktiki epizodları icra ediblər.
 

Xəbər lenti