.
Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan biri olub. Yaxın zamanlarda prodüser Tolik də müğənnilərin toy qiymətlərini ilə bağlı açıqlama vermişdi.
Moderator.az xəbər verir ki, Abbas Bağırov, toylara 15, 16 minə, Elton 13 minə, Röya yarım saatı 6 minə, Zülfiyyə Xanbabayeva 6 minə, Sevda Yəhyayeva yarım saatı 3 minə Günay İbrahimli isə 4 minə razılaşır.
baku.ws ümumilikdə Azərbaycanın tanınmış müğənnilərin yarım saatlıq və limitsiz (toy başlayandan qurtaranadək) toy qiymətlərini video formatda təqdim edir:
 
.
Payiz fəslinin ən gözəl xanimarı bəlli olub. Qaliblər 2 ay ərzində sosial şəbəkələrdə 50 xanim iştrakçı arasindan online səs vermə esasında müəyən olunub.

Ötən gün baş tutan qala gecədə fəslin Miss Diamond tituluna İnara Musazadə, Miss Glamour tituluna isə Çinarə Əlizadə sahib olublar . Qaliblərə tac lent və muxtəlif hədiyələr təqdim olunub. Qaliblərin fotolarinı sizə təqdim edirik.
Vüsalə Rüfət / Asiya.info


Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
Payiz fəslinin  ən gözəl  xanimarı  bəlli olub-Fotosessiya
.
Keçmiş "İdeal" qrupunun rəhbəri Səbinə Rəcəbli, bir çox konsertlərin peşəkar təşkilatçısı Namiq Zülfüqarov, və "Qismət" qrupunun solisti Vüqar Bəxtiyarın birgə işlədikləri  tamamilə yeni bir layihə tamaşaçıların ixtiyarına verildi. 03.11. 2017 - ci il tarixində bu üçlüyün bir yerdə yaratdığı " Varis " adlı layihənin Dtv kanalında ilk efir buraxılışı yayımlandı. Səbinə Rəcəbli və Vüqar Bəxtiyar oyunu qeyri adi apardıqları üçün bu layihəyə bir daha özəllik və gözəllik verilmişdir. Baxmayaraq ki, bu veriliş birinci dəfə efirə gedirdi, artıq çoxlu sayda tamaşaçı sevgisi qazanmağa nail olmuşdur. Növbəti efirin gedəcək vaxtını səbrsizliklə gözləyənlərin sayı artmaqda davam edir. Əlbəttə ki, bu da verilişin professional səviyyədə aparılmasından xəbər verir. " Varis " layihəsinin əsas mahiyyəti çox incəliklə işlənmişdir. Hər bir sənətkar öz varisi bildiyi, yəni öz peşəsini gələcəkdə kimə etibar edə bilərsə, ya övladına, şagirdinə, nəvəsinə və s. Qısası desək, onun işini davam etdirəcək, adını yaşadacaq, güvənəcək biriylə efirə çıxaraq onu hər kəsə təqdim edir.. Yarışma sms şəklində keçir. Hər kəs həyəcanlı dəqiqələr yaşayır. Bu layihədə siz bütün məşhurları və onların varis bildiyi şəxsləri izləyə biləcəksiniz. Tacir Şahmaroğlu oğlu Şahmalı Taciroğlu ilə, Təranə Qumral, Musa Musayev varisi Anar Qasımbəyli ilə, Marat Darvazlı varisi Nüşabə Musayeva ilə, Təhmuraz Şirinov varisi Elbrus Abbasov ilə, Namiq Məna varisi Məna Əliyev ilə, Elza Seyidcahan varisi Vüqar Kamiloğlu ilə, Eldar Ələkbərov varisi Elşad Əziz ilə, Ruhəngiz Allahverdiyeva varisi MM qrupu - Mətanət Məsmə ilə, Habil Zeynalov varisi Tural Zeynalov ilə, Nurlan Əzizbəyli varisi Ləman Şıxəliyeva ilə, İlqar Sail varisi Elnur Quliyev ilə, Teymur Mustafayev varisi İlahə Aslanova ilə. Onu da qeyd etmək istərdik ki, " Varis " layihəsinin növbəti efir buraxılışı 10 noyabrda olacaqdır. Bu dəfə Tacir Şahmaroğlu varisi - oğlu Şahmalı Taciroğlu rəqibi - Təhmuraz Şirinov və onun varisi Elbrus Abbasovla qarşıdurmada olacaqlar. Beləliklə, aparıcılar Səbinə Rəcəbli, Vüqar Bəxtiyar, verilişin redaktoru Ramil Abdullayev, prodüsseri isə Əli Əliyevdir. Görəsən bu qarşıdurmada kim daha çox səs toplayacaq. Kimə varis adı vermək olar? Qaçırtmayın, saat 22 00 - da dtv - nin ekranı qarşısında əyləşin.
Cəmilə Vasifqızı.



.
Tanınmış müğənni Fədayə Laçınla “Qoca” ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış.
Belə ki, hələ 2015-ci il noyabrın 25-də müğənni Space Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Məhəbbət əhvalatları” verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.
Yenicag.az bildirir ki, xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.
Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:
“Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o türməyə düşdü.
Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:
“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömürboyu gözləməyə hazıram”./Yenicag.az/
.
Bir neçə gün əvvəl eks-xanımı, tanınmış rəqqasə Oksana Rəsulovanı döyməkdə və bıçaq çəkməkdə ittiham olunaraq barəsində cinayət işi açılan Elşad Xose sosial şəbəkələrdə baş verənlərə münasibət bildirib.
Oksananın şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində bir gün saxlanılan məşhur reper şənbə günü ifadəsi alınaraq sərbəst buraxılıb. 
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) bir neçə dəfə rəsmi açıqlama versə də, hər iki tərəf baş verənləri təkzib edib. Belə ki, Elşad Xose daha irəli gedərək barəsində xəbər yazan mətbuat nümayəndələrini lağa qoyub.  
Onunla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılsa da, Xose həm DİN-ə, həm mediaya, həm də pərəstişkarlarına qarşı heç nə olmamış kimi davranıb:
“Ala, əl çəkin də... Artıq boş-boş kim nə dedi, elə təkrar edirlər. Təzəcə partimi sona çatdırdım. Məni tutublar, parti də zonda idi. Qurtarın ala da... Qəşəng yarımçıq işlərim var, tamamlayan kimi buraxıram ixtiyarınıza, qiymət verərsiz”. 
Bu arada qeyd edək ki, Xosedən şikayətçi olan Oksana da eyni mövqe göstərir. O da həm mətbuata açıqlamasında, həm də sosial şəbəkədə olanları inkar etmişdi. 
Baxmayaraq ki, sözügedən qalmaqaldan sonra hər iki məşhur bir-birini instaqramda izləməkdən imtina edib. 
Rəqqasənin eks-əri isə onunla birgə çəkildiyi filmlə bağlı təhqirə yol verib. O, instaqramda “Mələyin öpüşü”nün adını dəyişərək söyüşlə əvəzləyib. Reper daha sonra yazdığı təhqiri silib.
 
.

Türkiyənin ən reytinqli musiqi yarışması olan “O səs Türkiyə”də daha bir azərbaycanlı çıxış edib. “Qafqazinfo” xəbər verir ki, Nəzrin Əfəndizadə  adlı iştirakçı səhnədə  “Back to black” bəstəsini səsləndirib. 

Əvvəlcə Hadisə Nəzrinin ifasını bəyənib, daha sonra Muraz Boz da onu komandasına daxil etmək üçün mübarizəyə qoşulub. 

Bütün münsiflər həmyerlimizin gözəl olduğunu bildirib, bu zaman zalda əyləşən tamaşaçılar alıqşlamağa başlayıblar. 

Əfəndizadə yarışmaya Hadisə ilə davam etmək istədiyini bildirib.

 

.
"Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir".
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
ATV telekanalında yayımlanan "Maşın-şou" ilə bağlı MTRŞ-in hansı addımları atacağı barədə suallara cavab olaraq N. Məhərrəmli bunları deyib: "İstərdik ki, bütün şou xarakterli verilişlərdə milli-mənəvi dəyərlər qorunsun. Əgər "Maşın-şou"da qanun pozuntuları olarsa, biz ciddi şəkildə onlara qarşı tədbirlər görəcəyik. Amma hazırda baş verənlər qanun pozuntusu deyil. Çox təəssüf ki, verilişlər aşağı səviyyədədir, qanun isə aşağı səviyyədə olan verilişlərə icazə verir. Çalışmaq lazımdır ki, keyfiyyətli verilişlər ortaya qoyaq".
APA
.
"Şou-biznesdə ən böyük və ən güclü komanda mənə məxsusdur"-bu ismarıc fərqli musiqilər yaradan gənc bəstəkar, ürəyi alovlu müğənni Balkanes Şou-biznesdə daha böyük möhtəşəm layihələrə imza atacağına cox iddialıdır.
Müğənninin media sözçüsü Vüsalə Rüfətin Asiya.info-ya verdiyi məlumata görə, 
Gənc müğənni Balkanes dünya şöhrətli Seline Dion,Yıldız Tilbe, Aygün Kazımova,Tarkan kimi meqa starların repertuarlarından bəhrələnərək yaratdığı musiqilərdə Balkan ritimlərindən  istifadə etmişdir.Bu da bir musiqi yenilikdən xəbər verir.
 
Heç bir toy, el məclislərində görünməyən Balkanes öz hit musiqilərini ən elitar tədbirlərdə iştirak edir.
Ola bilməz-bu yeni akustik,pop,remiks,miks master üslublu mahnının adıdır.Xit paradlarda birinciliyi qazanacaq bu ifanın ərsəyə gəlməsində xüsusən gənc Balkanesin 30 nəfərlik komandasının əziyyəti əvəzsizdir.Oranjimançı Sultan,fotoqraf Səməd,dj Qusi,produser Coco,və Sara xanımdır.
Musiqinin məzmunu qarşılıqsız sevgiyə həsr olunub.Elə bu musiqinin yaranmasına səbəb müğənninin sevgisinin qarşılıqsız olmasıdır,ən azından bu da həmin xanıma bir ismarıcdır.
Balkanes,sizə bol- bol uğurlar, şou -biznes aləmində sizə səbir,fərqli yaradıcılıq işləri arzu edirik.
Asiya.info
 
.

Müğənni Tacir Şahmalıoğlu son günlər haqqında yayılan qalmaqallı açıqlamalara münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Bu bizik, Toliklə" verilişində “Oğluma müğənni qız almaram” ifadəsini danıb:

“Dedim ki, oğlum kimi sevəcək, kimi sevməyəcək zaman göstərəcək. Ata kimi ürəyimdən keçir ki, oğlum mən seçən qızı alsın. Amma nə olacaqsa, gələcək göstərəcək. 

Məni həmişə sındırmağa çalışırlar. Allah məni sındırmasın, bəndə edə bilməz”.

Qeyd edək ki, T.Şahmalıoğlu son günlər həmkarı Fədayə Laçınla bağlı verdiyi açıqlaması və "Oğluma müğənni qız almaram" ifadəsinə görə tənqid olunur.

.
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib.
 
R. Məlik APA-ya açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:
 
“Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”.

Xəbər lenti