.
“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub. Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu müsabiqənin ev sahibi seçib. 

Müsabiqənin “Twitter”dəki rəsmi səhifəsində tədbirə həsr olunmuş videoçarx da dərc edilib.

Bundan başqa, müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. 
reallıq.info
.
Tarkan yeni albomunun satışından 32 milyon türk lirəsi qazanıb.
Axar.az xəbər verir ki, gəlir daha çox konsert, CD satışı və internet üzərindən yükləmələrdən əldə olunub.
Qeyd edək ki, ulduz müğənni “10” adlı albomunu 15 iyunda satışa çıxarmışdı.
.
Sosial medianın bu görüntüsü  rekord baxışla birinci olub.
.
Tanınmış teleaparıcı Vüsalə Səidinin canlı efirə halı pisləşib. “Qafqazinfo” xəbər verir ki, hadisə Səidi Lider TV-də yayımlanan “Səda” xəbərlər proqramında efiri Nurlan Vilayətoğluna ötürərkən baş verib.
Nurlan idman xəbərləri barədə məlumat verən zaman V. Səidinin halı pisləşib, əlini başına qoyub, daha sonra özünü toparlaya bilib. 
“Qafqazinfo” hadisə ilə bağlı teleaparıcının özü ilə əlaqə saxlayıb. Vüsalə Səidi canl efirdə təzyiqinin aşağı düşdüyünü qeyd edib:
“Elə böyük bir şey olmayıb.  Təzyiqim anidən düşdü. Özüm də bilmədən əlimi efirdə qaldırmışam. Başıma heç vaxt belə bir şey gəlməmişdi. Düşünürdüm ki, əlimi qaldırmamışam. Daha sonra görüntüləri izlədim, gördüm ki, əlimi başıma qoymuşam. İndi hər şey qaydasındadır”. 

 

.
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov ötən gün “Eurovision-2017”də baş verən xoşagəlməz hadisəylə bağlı açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, nazir bildirib ki, həmin şəxs artıq tutulub:
“O, Ukrayna vətəndaşıdır. 200 milyon tamaşaçı qarşısında bu hərəkəti edən şəxs məhkəməyə qədər 72 saatlıq saxlanılıb. Tutulan zaman həmin şəxs polisə müqavimət göstərib. Onun haqda ağır xuliqanlıq maddəsi ilə cinayət işi açılıb”.
Avakov qeyd edib ki, həmin “azarkeş”i cərimədən 5 il azadlıqdan məhrumetməyə qədər cəza gözləyir. 
Xatırladaq ki, fasilə zamanı yarışmanın ötənilki qalibi Camala səhnədə olarkən Avstraliya bayrağı ilə onun yanına qalxan şəxs anidən arxasını tamaşaçılara çevirərək şalvarını aşağı çəkib. 
.
İngilis model Kara Delevin yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, baş rollardan birini canlandıracağı "Life in a Year" filmi üçün başını keçəl etdirib.
 
Rejissor Mitja Okornun çəkdiyi filmin xəstəxana çəkilişləri üçün kamera qarşısına keçən modelin tərəf müqabili Uill Smitin oğlu Ceyden Smitdir.
 
.
Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l'Eurovision) klubları Kiyevdə təşkil ediləcək 62-ci “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.
“Qafqazinfo”nun məlumatına görə, artıq ölkələrin əksəriyyəti səsvermədə iştirak edib. İndiyənə kimi OGAE fan klublarından bal almayan ölkələrdə olub. Ukrayna, Fransa, Lüksenburq, Sloveniya və Finlandiya ən yüksək balını İtaliyaya verib. Belarus İsveçi, Macarıstan isə Belçikanı birini görür. 
Səsvermə zamanı 5-liyə daxil olan ölkələrin adları açıqlanıb. 
1-ci yerdə 78 balla İtaliya təmsilçisi Francesco Gabbanidir. Lakin, onun “Occidentali's Karma” mahnısı “Youtube”də heç 1 milyon insan tərəfindən izlənilməyib. 

İkinci yerin sahibi İsveç təmsilçisi Robin Bengtssondur. İfaçının  “I Can't Go On” mahnısı 59 baş toplayıb. 

Üçüncü yerə Belçika iştirakçısı Blanchedir. Müğənninin “City Lights” mahnısı 55 səs yığıb. 
4-cü yerin sahibi Fransa təmsilçisi Almadır, onun “Requiem” əsəri 42 bal yığa bilib. 

Beşinci sırada ötən il səsvermədə bal toplaya bilməyən Estonyadır. Koit Toome və Lauranınsəsləndirdiyi “Verona” 41 bal toplayıb. 
Azərbaycan təmsilçisi Diana Hacıyeva isə beşliyə daxil ola bilməyib. 
Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.
2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.
.
Çılğın Buğa, Matadorun Boğazını Buynuzuyla Deşdi

Asiya.info xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən öküz döyüşü zamanı çılğın buğa, 23 yaşlı matador Daniel Garcia Navarretenin boğazını buynuz zərbəsi ilə dəlik- deşik edib. Matadoru xəstəxanaya yerləşdiriblər, vəziyyəti olduqca ağırdır. 
Döyüşü 10.000 nəfər izləyib. Xəstəxanaya qaldırılan matadorun, ikisi boynuna ikisi də çənəsinə olmaqla dörd buynuz zərbəsi aldığı bildirilir. Yaralardan birinin 20 santimetr dərinlikdə olduğu bildirilir, 15 santimetrlik bir yaradan matadorun ağzının üst tərəfi və dilinin altının cırılmış olduğu müəyyən edildi.





.

Müğənni Nigar Camal "Bizim xaricilər” verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, Nigar Londondakı evinin qapılarını tamaşaçılara açıb. İfaçı bildirib ki, evini çox sadə dizayn edib:

"Evimdə hər şey çox sadədir. Pəncərədən baxsaq görərsiz ki qarşı tərəfdə varlılar yaşayır. Bu tərəfdə isə kasıblar... Evdə royalım var. Bəzən elə əhval-ruhiyyədə oluram ki, sadəcə royalın arxasında mahnı bəstələyirəm. Bu royal Azərbaycan brendidir. Birləşmiş Krallıqda musiqi alətlərinin Azərbaycan brendi var”.

.
Azərbaycanın "Eurovision 2017" mahnısı artıq bəlli olub.


"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Diana Hacıyeva "Skeletons" mahnısını oxuyacaq. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır. 







Xəbər lenti