.
Çılğın Buğa, Matadorun Boğazını Buynuzuyla Deşdi

Asiya.info xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən öküz döyüşü zamanı çılğın buğa, 23 yaşlı matador Daniel Garcia Navarretenin boğazını buynuz zərbəsi ilə dəlik- deşik edib. Matadoru xəstəxanaya yerləşdiriblər, vəziyyəti olduqca ağırdır. 
Döyüşü 10.000 nəfər izləyib. Xəstəxanaya qaldırılan matadorun, ikisi boynuna ikisi də çənəsinə olmaqla dörd buynuz zərbəsi aldığı bildirilir. Yaralardan birinin 20 santimetr dərinlikdə olduğu bildirilir, 15 santimetrlik bir yaradan matadorun ağzının üst tərəfi və dilinin altının cırılmış olduğu müəyyən edildi.





.

Müğənni Nigar Camal "Bizim xaricilər” verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, Nigar Londondakı evinin qapılarını tamaşaçılara açıb. İfaçı bildirib ki, evini çox sadə dizayn edib:

"Evimdə hər şey çox sadədir. Pəncərədən baxsaq görərsiz ki qarşı tərəfdə varlılar yaşayır. Bu tərəfdə isə kasıblar... Evdə royalım var. Bəzən elə əhval-ruhiyyədə oluram ki, sadəcə royalın arxasında mahnı bəstələyirəm. Bu royal Azərbaycan brendidir. Birləşmiş Krallıqda musiqi alətlərinin Azərbaycan brendi var”.

.
Azərbaycanın "Eurovision 2017" mahnısı artıq bəlli olub.


"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Diana Hacıyeva "Skeletons" mahnısını oxuyacaq. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır. 







.
Cizgi Film qəhrəmanına bənzəmək istəyən modelin son halı inanılmazdır!


Asiya.info bildirir ki, heyranı olduğu cizgi film xarakterinə bənzəmək üçün bir çox estetik cərrahiyyə əməliyyatı keçirən Foks adlı model, ən son yanvar ayında Türkiyədə olub.
Əməliyyatı İstanbulda bir estetik cərrahı tərəfindən etdirən 26 yaşlı model bu günə qədər 100-dən çox estetik əməliyyat keçirib. Hədəfi isə real həyatda yaşayan bir Disney cizgi film obrazı olmaqdır. O, bu günə qədər 500.000 TL xərclədiyini bildirib!
Bu əməliyyatlardan ən iddialısı isə qabırğa sümüklərini aldıraraq bel ölçüsünü 30 sm-ə salması olub.
Hədəfi uğrunda 100-dən çox əməliyyat keçirən modelin- Fotosessiyası
Hədəfi uğrunda 100-dən çox əməliyyat keçirən modelin- Fotosessiyası
Hədəfi uğrunda 100-dən çox əməliyyat keçirən modelin- Fotosessiyası


.
Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.
 
TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, TİKA, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında əldə olunmuş razılığa əsasən TRT 1 telekanalının yayımı bərpa edilib.
 
Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.
.

Müğənni Səidə Sultan şəxsi həyatından danışıb.  Lent.az-ın “Canlı yayım”ında qonaq olan ifaçı bildirib ki, bu yaxınlarda ona elçi gəlib:

“Mənlə ailə qurmaq istəyən insan var. Bu yaxınlarda da mənə elçi gəlib. Ərə getmək baxımından heç vaxt problemim olmayıb. Günü bu gün də gedə bilərdim. Amma xarakterim elədir ki, elə belə oğlana gedə bilmərəm. Mənim ailə qurduğum şəxs əsl kişi xarakterində olmalıdır. Amma düşünmüşəm ki, ailə qursam, Azərbaycanda qalmayacam, gedəcəm. Ailə qurduğum şəxs Qəhrəman, Koroğlu olmalıdır. Bilməliyəm ki, qarşımdakı kişidir, gözünü ağardan kimi özümü yığışdırım”.

Müğənni bildirib ki, artıq onun istədiyi kimi bir bəy var. Artıq ailə qurmaq niyyətindədir: “Həyatımda elə bir mərd bir oğlan var. Bunu ilk dəfə açıqlayıram. Heç vaxt bunu mətbuata deməmişəm. İllərdir arzuladığım bir insandır. Necə arzu edirdimsə, Allah qabağıma çıxardı. Bu ağ yox, qar atlı oğlandı. Toyun vaxtını, məqamını indidən demirəm. Hər şeyin öz məqamı var. İndi mərdimazar da çoxdur”. 

S.Sultan bildirib ki, ailə qurmağa hazırlaşdığı şəxs onun sənətini dəstəkləyir: “O məni müğənni kimi sevib, hörmət edir, qəbul da edir. Hansı sahə ilə məşğul olduğunu deyə bilmərəm. Bilən bilir ki, oğlan nə işin sahibidir. Bu da mənə ləzzət edir. Bir sözlə seçdiyim insan şou-biznesdən çox uzaqdır. Allahım onu mənə ən pis anımda nəsib etdi. Həmin vaxtda ki, mən insanların içinə çıxmağa qorxurdum, utanırdım. Amma o mənə öz sözü, əməli ilə mənə dəstək oldu. Onun yanında özümü uşaq kimi hiss edirəm”.

.
Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.
Modern.az xəbər verir ki, Ukrayna paytaxtı Kiyevdə baş tutacaq mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 9-da, ikinciyarım finalı isə mayın 11-də baş tutacaq.
 
Azərbaycanı təmsil edən müğənni Dinada Hacıyeva ilk yarımfinal mərhələsində İsveç, Çenoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Avstraliya və Albaniya ilə yarışacaq.
 
Final şousu mayın 13-də olacaq.
Qeyd edək ki, Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. "Bəri bax" musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. 
Hazırda Bakı Caz Mərkəzində çalışır. 
Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub.

 

.
Şəbnəm Tovuzlu “Evgördü” verilişinin qonağı olub.
Moderator.az xəbər verir ki, müğənni proqramda maraqlı açıqlama verib. 
Şəbnəm ailəsindən və sənətə gəlişindən söz açıb:
“Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim,Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim.
Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşımın 8-cidir. 10 ildir maşın sürürəm”.
.
"Səhərdən axşama kimi efirdə oxuyub oynamaq olmaz. "Dünya” Tv-nin bu şəkildə Sumqayıt əhalisinə lazım olub olmadığını düşünmək lazımdır”.
Bu fikirləri Unikal.org-a media eksperti, professor Qulu Məhərrəmli Sumqayıtda fəaliyyət göstərən telviziya ilə bağlı fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, "Dünya” Tv-də özü monitorinq aparıb:
"Hər televiziyanın bir missiyası olur. Biri məlumatlandırır, digəri əyləncəli proqramlar verir, başqa birində kinolar üstünlük təşkil edir və.s. Yayım siyasətinin bir məqsədi, səmərəsi olmalıdır. Respublikadakı telekanallarda bəzən məqsəd aydınlığı bilinmir. Bölgə televiziyalarında da bu hallarla rastlaşırıq. Mən "Dünya" televiziyasında olmuşam, orada monitorinq aparmışam. Görünür, bunların proqram qurmaq və kadr problemi var. Arzu edərdik ki, o şəkildə olmasın. Yalnız əyləncə üzərində köklənən televiziya kanalının olmasını yanlış hesab edirəm. Səhərdən axşama kimi efirdə oxuyub oynamaq olmaz. "Dünya” Tv-nin bu şəkildə Sumqayıt əhalisinə lazım olub olmadığını, cəmiyyətə fayda verib vermədiyini düşünmək lazımdır. Arzu edərdik ki, televiziya yayım siyasətini dəyişsin. Demirik ki, yalnız xəbər versin. Tarixlə, etnoqrafiya ilə bağlı ciddi problemlər var. Efirdə bu mövzu ilə bağlı maraqlı söhbətlər etmək olar. Savadsızlıq baş alıb gedir. Əlbəttə, bu işlər üçün texniki və maddi imkan vacibdir. Hər halda, buna can atmaq lazımdır. Belə olarsa, tamaşaçı da onu normal qarşılayacaq”.
Qeyd edək ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov "Dünya” Tv-də verilişlərin əksəriyyətinin "toyxana” xarakteri kəsb etdiyini açıqlayıb: "Qanuna görə, kanalların proqram səbətində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiyalaşmasının yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. "Dünya” TV-də isə bu tələblərə riayət olunmadığını müşahidə edirik. Yayımçının efirində şəxsi istehsal olan maarifçilik ruhlu verilişlər yayımlanmır”.
T.Dadaşov vurğulayıb ki, TV-də kommersiyalaşma məsələsində də ciddi problemlər var. Şöbə müdiri qeyd edib ki, "Dünya” televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan kommersiya verilişləri yayımlanır: "Yayımçının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə "Kişi ürəyi” adlı dərman vasitəsinin reklamı efirə verilir. Hazırda yayımçının efirinin monitorinqi davam etdirilir və müvafiq olaraq arayışlar tərtib edilir”.
.

 Böyük Britaniyada “The Landmark London” hotelində rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqanın nəvəsi, 19 yaşlı İrina Koqanın ingilis əsilli yəhudi Daniel Kenveylə toy mərasimi keçirilib.

Qafqazinfo”  xəbər verir ki, gecənin əsas ulduzlarından olan ameriaklı müğənni Merayya Keri 9 milyon lirə, ingilis sənətçi Elton Con isə 7 milyon lirə qazanıb.

Qeyd edək ki, təntənəli mərasimə rus və dünya ulduzları şəxsi təyyarələri ilə gəliblər. 9 saat davam edən toyda dünya ulduzlarından Elton Con, Merayya Keri, Antonio Banderas, yerli şou-biznesdən Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazovla xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Valeri Koqan 2.5 milyard dollar sərvətə sahibdir.

Bir gecəyə 9 milyon qazandı
Bir gecəyə 9 milyon qazandı
Bir gecəyə 9 milyon qazandı
Bir gecəyə 9 milyon qazandı

Xəbər lenti