.
Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.


“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycanın əməkdar artisti Aygün Bəylər və müğənni Ramal İsrafilov var.
Xatırladaq ki, bu ilin sentyabr ayında əməkdar artist Abbas Bağırovun da ölkədən çıxışına qadağa qoyulmuşdu.
Aygünlə Ramalın ölkədən çıxışına qadağa qoyuldu -  Fotolar



.
Gənc müğənni Putinə evlilik təklif edib

Asiya.info Xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı tanınmış opera müğənnisi, aktrisa Kremlin önündə çılpaq" aksiya təşkil edib və Vladimir Putin üçün mahnı oxuyub, daha sonra onunla evlənməsini xahiş edib. Onun sözlərinə görə, Almaniyanın Drezden Şəhərində təxminən yeddi il əvvəl ilk dəfə görüşüb və bu konsert ona unudulmaz təsir bağışlayıb və ölkənin birinci xanımı olmaq arzusundadır:
“O, çox güclü və iradəlidir. Ziyalı və idmançıdır. Çox az kişi onun malik olduğu keyfiyyətlərə sahibdir. 2009-cu ildə mən konsertdə onun qarşısında mahnı ifa edirdim. Sonra o məni Rusiyaya dəvət etdi, amma gəlmədim. İndi isə onun xanımı olmaq istəyirəm”-deyə gənc müğənni bildirib.
Anna Azərli bu hərəkəti ilə həm də anti-Rusiya sanksiyalarına etiraz etdiyini açıqlayıb:
Anna Azərli Putini qorumaq üçün çağırış da edib: Xahiş edirəm, öz prezidentinizi qoruyun!
.
Xalq artisti Aygün Kazımova qəzaya düşüb.

O, tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib. Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, “Chevrolet Camaro Cabriolet” markalı avtomobildə kiçik cızıqlar yaranıb.
A.Kazımova hər şeyin qaydasında olduğunu deyərək hətta zarafat da edib: “Hamısı bəd nəzərdir…”
Axşam.az
showpic-el100-41
.
İstanbul Baş Prokurorluğu məşhur “Kurtlar Vadisi” teleserialını çəkən “Pana Film” haqqında təhqiqata başlayıb.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb 15 iyul hərbi çevriliş cəhdindən əvvəl, mayın 24-də “Pana Film” adından “Kurtlar Vadisi Darbe” markasının alınması üçün Türk Patent İnstitutuna müraciət edilməsi olub.
Türk Patent İnstitutunun müraciəti araşdırdığı dövrdə Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Patent İnstitutu bundan sonra “Pana Film”in müraciətini rədd edərək prokurorluğa müraciət edib. Türk Patent İnstitutunun sədri Həbib Asan tərəfindən prokurorluğa göndərilən müraciətdə qeyd edilib ki, iyulun 15-də Türkiyədə Fətullhaçı Terror Təşkilatı (FETÖ) tərəfindən hərbi çevriliş cəhdi olub.  H. Asan “Kurtlar Vadisi Darbe” markası ilə bağlı müraciətin hərbi çevriliş cəhdindən əvvələ təsadüf etdiyi üçün məsələdə cinayət şübhəsinin olduğunu bildirməyi zəruri sayıb.
Türk Patent İnstitutunun müraciəti ilə əlaqədar İstanbul Baş Prokurorluğunun təhqiqata başladığı bildirilir.
.
Azərbaycan bu il də "Junior Eurovision - 2016" mahnı müsabiqəsində iştirak etməyəcək.
"Eurovision" təşkilat komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 20 noyabrda baş tutacaq müsabiqəyə 17 ölkə qatılacaq. 
Müsabiqəyə ikinci dəfə ev sahibliyi edən Maltada Albaniya, Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Kipr, Gürcüstan, İrlandiya, İtaliya, İsrail, Polşa, Hollandiya, Malta, F. Y. R. Makedoniya, Rusiya, Serbiya və Ukraynanın 9-14 yaşı təmsilçiləri çıxış edəcək. 
Xatırladaq ki, ötən il Bolqarıstanda baş tutan müsabiqədə "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib.
Azərbaycan isə müsabiqədən 2014-cü ildə imtina edib. 
.
“Möhtəşəm yüz il - Kösəm” serialında rol almağa hazırlaşan aktrisa Nurgül Yaşılçay paparatsilərin obyektivinə tuş gəlib.
 
Axar.az xəbər verir ki, fotoda göründüyü kimi, aktrisanın saçları tökülməyə başlayıb.
 
Yaşılçayın serial və film çəkilişləri zamanı saç yumşaldıcılardan istifadə etdiyi və tez-tez saçını rənglədiyi üçün bu problemlə üzləşdiyi bildirilir.
 
Xatırladaq ki, Nurgül Yaşılçay “İkinci şans” filminin premyerası üçün Bakıya gələcək.

.
"Cem Karaca və Barış Manço da vaxtı ilə FETÖ-yə xidmət edib" 

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, bu iddia ilə yazar və prodüser Erol Köse çıxış edib. 
CEM KARACA VƏ BARIŞ MANÇOYA AĞIR İTTİHAM
Köse Barış Manço və Cem Karacanın da sağ ikən FETÖ-yə xidmət etdiklərini deyib. Onun bu açıqlaması Türkiyə sənət dünyasında şok effekti yaradıb.
"SÜBUT EDƏCƏM", - DEDİ
Köse ortaya atdığı bu iddianı iştirak edəcəyi bir verilişdə dəlillərlə sübut edəcəyini bildirib.
.
Müğənni Nadir Qafarzadə son 2 gündür ki, sosial şəbəkələrdə yazdıqlarının saytlar vasitəsilə tirajlanmasına münasibət bildirib.

AzNews.az xəbər verir ki, Nadir instagram səhifəsini bağladıqdan sonra etdiyi paylaşımında oxuculara da kəskin sözlər yazıb: “Deyirəm mən olmasaydım bəzi saytlar necə çörək pulu qazanıb, evlərinə aparardılar. Yazın, yazın, mənim sayəmdə yalanlarla dolu məqalələrinizi savadsız oxucularınız da oxuyub savadlansınlar. Yenə sayəmdə. Bu günlər gündəmi ələ almışam”. 

N.Qafarzadə el arasında ona “it oynadan Nadir” deyildiyini xatırladıb: “Hətta sənətdə heç bir şey etməyib kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Var ol Nadir, nə yaxşı ki, varsan. Allah məni xarici yox, daxili düşmənlərdən qorusun. Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir, indi anladım”. 

Xatırladaq ki, dünən N. Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə sərt münasibət bildirib.

“Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varliğım onları narahat edir! Mən, Allahın mübarək ve seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”- deyə N. Qafarzadə bildirib.
.

Əməkdar artist Tünzalə Ağayeva Türkiyədə istirahət edir.

 

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva Türkiyədə bazarlıq edərkən çəkdirdiyi fotonu instaqramda paylaşıb. Foto izləyicilər tərəfindən maraqla qarşılanıb.

.
Məşhur müənni İbrahim Tatlısəs, assistenti Damla Buket Çakıcıyla nikah masasına oturmağa hazırlaşır.

Asiya.info-nun məlumatına görə, İbrahim Tatlısəs nikah masasına oturmağa hazırlaşır. İbrahim Tatlısəs, 2011-ci ildə silahlı hücuma məruz qaldığı zaman yanında olan və özü kimi yaralanan assistenti Damla Buket Çakıcıya evlilik təklif edib.

Tatlısəs, bir müddət əvvəl Çakıcıyla təkrar birlikdə çalışmağa başladıqlarını bir mətbuat toplantısı açıqlamışdı.
Ayrı qaldıqları zaman ərzində evlənib İzmirə yerləşən və bir qızı olan Çakıcının boşandığını eşidəndə yenə də yanına alan Tatlısəsin," Damcı gəldi, həyatım dəyişdi. Özümə gəldim. Ən qısa zamanda nikah kəsəcəyəm" dediyi iddia edilir. (Mənbə: Sözçü)

Xəbər lenti