.
Aşıq Telli Borçalı (əsil adı Telzadə Qurbanova - İ.V.) ailə qurmağa hazırlaşır
 ölkə.az-ın əldə etdiyi məlumata görə, aşıq "Xalq ulduzu" müsabiqəsinin laureatlarından olan Ariz Hüseynovla sevgilidir.

Bildirilir ki, sənətçi cütlük artıq üç ildir bir yerdədirlər. Müğənniylə aşıq ailə həyatı qurmaq istəsələr də, birincinin valideynləri yaş fərqinə görə bu izdivaca qarşıdırlar.

Xatırladaq ki, Telli Borçalı 1969-cu ildə, Ariz Hüseynov isə 1986-cı ildə anadan olub.
Asiya.info

Telli Borçalı özündən 17 yaş kiçik sənətçiylə sevgiliymiş
.
Asiya.info-nun məlumatına görə, bir daha mahnı oxumayacağı iddialarına cavab verən İbrahim Tatlısəs, "Əgər albom və İbo Şou etməsəm bu bığları kəsərəm" - dedi.

        Mən bitdi demədən bitmir. Bomba kimi gəlirəm

İbrahim Tatlısəs, əvvəlki axşam Seyrantepe Tatlısəs Kababda mətbuat nümayəndələri bir araya gəldi. Haqqında çıxan "Bir daha mahnı oxumayacaq" iddialarını cavablandıran sənətçi, "Əgər albom və İbo Şou etməsəm bu bığları kəsərəm. Mən bitdi demədən bitmir. Bomba kimi gəlirəm" -dedi.

"Yeriyirəm, uşaqlarımla zarafatlaşıram.  Allah mənə dünyanın ən gözəl səsini verib. Şan, şöhrət və bu narahatlığı da verdi. Ondan gələn hər şeyi sevirəm" açıqlamasını etdi.

İzzət Yıldızhan qonaq olduğu bir proqramda Tatlısəs üçün bunları demişdi: "İbrahim Tatlısəs bizim sektorda lokomotiv. Bütün sektor Onunla qidalanırdı. Aramızda çox rəqabət var idi indi qalmadı. Başına belə bir iş gəlməsinə çox təəssüf edirik. Bizə şövq verirdi. İnşallah albom ilə dönər və oxuyar. Sevənləri Onu gözləyir. Biz də xoşbəxt oluruq. Oxuyacağına inanmıram amma ümid edirəm ki, o günləri görərəm. İbrahim Tatlısəsin artıq mahnı oxuma vəziyyətinin mənfi olduğunu bilirəm. Məncə artıq mahnı oxumayacaq. Musiqiçilər və həkimlər bu məsələni çox yaxşı bilir".
.
Avropanın ən geniş miqyaslı tədbirlərindən olan və mütəmadi keçirilən "Eurovision" mahnı müsabiqəsinin finalına bir neçə saat qalıb. ANS PRESS bildirir ki, tənqidçilərin və bukmeykerlərin tərtib etdiyi favorit ölkələr siyahısında ilk yerlərdə Rusiya, Fransa, İsveç, Ukrayna, Avstraliya və Ermənistandır.
Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli finalda səhnəyə 4-cü nömrə altında çıxacaq. Səmra 10 mayda keçirilmiş ilk yarımfinalda finala vəsiqə qazanıb.
Finalın keçiriləcəyi "Globen" arenada yarışın finalına 10,5 mindən çox bilet satılıb. Arenada təhlükəsizlik tədbirləri gücləndirilib: rentgen qurğuları və dəmir detektorları quraşdırılıb. Tamaşaçıların çoxluğunu nəzərə alaraq "Globen" yaxınlığında yerləşən "Tele2" arenasında da yarışma nəhəng ekranlarda canlı nümayiş olunacaq. "Tele2" arenasının da 10 mindən çox bilet satdığı bildirilib.
Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.
Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.
Qalib hər il olduğu kimi növbəti dəfə yarışmanın təmsil etdiyi ölkənin ərazisində keçirilmə hüququnu qazanacaq. Ona klassik formalı büllur mikrofon hədiyyə olunacaq. 2008-ci ildən bu yana büllurun üzərinə hər il dəyişiklik edilir. Yarış mükafatının üzərində keçirildiyi şəhərin adı yazılır və ürək formalı "Eurovision" loqosunun içərisinə müvafiq ölkənin bayrağının rəngləri çəkilir.
"Eurovision" böyük tamaşaçı auditoriyasına sahibdir. Bu ildən etibarən ABŞ-da da yayımlanmağa başlayıb. Finalın açılışında amerikalı müğənni Castin Timberleyk ifa edəcək. Boyskaut avropalı tamaşaçılar qarşısında "Can't stop the feeling" mahnısını oxuyacaq. 
.

Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu keçiriləcək.

AzVision.az xəbər verir ki, ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmaya əsasən Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxacaq.

Yarışmada ilk olaraq Belçika, sonda isə Ermənistan təmsilçisi çıxış edəcək. 

“Eurovision-2016” iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər: 

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Xatırladaq ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

.
Müğənni Gülay Zeynallı “Hər şey daxil” verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, sənətçi bir müddət əvvəl “Gülay adı brenddir” açıqlamasına aydınlıq gətirib. 

O, aparıcılar Sevil və Sevincin “Özünü brend adlandırandan sonra səni qınayanlar oldu? Həmin çıxışını izləyəndə təəccübləndik. Röya Ayxanla özünə problem axtarırsan” sözlərinə belə cavab verib:

“Verilişlərdə müxbirlərin sualları səslənmir. Ona görə də mənim həmin ifadəni hansı mənada işlətdiyim bilinmir. İndi hara gedirəm, Gülay adı gələndə hörmətlə qarşılanır. Artıq ad mənim üçün çalışır. Hər kəs bilir ki, yekəxana insan deyiləm. Mənim Röya ilə də problemim yoxdur, hər şey yaxşıdır”.
.
30 yaşlı rusiyalı model İrina Şeyk “Glamour” jurnalına verdiyi açıqlamada  makiyajı sevmədiyini deyib.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model çox makiyajın onun gözəlliyinə kölgə saldığını düşünür: “Qırmızı dodaq boyasını, al yanaqları çox xoşlayıram, lakin bunlardan istifadə etdiyim zaman gözlərimin maksimum dərəcədə sadə olmasına çalışıram”.
 a
42 yaşlı məşhur aktyor Bredli Kuperlə sevgili olan model makiyajını geyiminə uyğun etdiyini vurğulayıb: “Gözlərimə qələm və ya layner çəkməyi çox xoşlamıram. Onda özümü narahat hiss edirəm, üzümdə artıq heç nə olmalı deyil. Tonal kremdən ümumiyyətlə istifadə etmirəm. Çünki onda dərim təbii görünmür. Lakin gözlərimin altında qara halqaların bilməməsi üçün korrektordan istifadə etməyə məcburam. Dodaq boyasını da barmaqlarımla çəkirəm, bu zmaan  pomada dodaqlar daha təravətli görünür, həm də boya hər tərəfə bərabər yayılır”.
 
Dəfələrlə dünyanın ən cazibədar qadını seçilən İrina evdə olanda makiyaj etmədiyini bildirib: “Xasiyyətcə bir az tənbələm, günün sonunda onu yumağa həvəsim olmur”.
5532440572dda6b10d961462622827_Irina-Shayk-Makeup-and-Hairstyle-1017x1274
6163513572dda6af0c661462622826_IrinaShaykLongHairstylesPonytail9qFEUt7Z_LJx
8119769572dda6acc6991462622826_Irina-Shayk-21-e1462459259808-1092x1274
.
“Eurovision 2016” müsabiqəsində ölkəmizi təmsil edəcək Səmra Rəhimlinin növbəti məşqi baş tutub.

 

Axşam.az-ın məlumatına görə, “Qloben-Arena”da keçirilən məşqlər zamanı çəkilən fotolar sosial şəbəkədə paylaşılıb.

S.Rəhimli yarışmada geyinəcəyi libasları da nümayiş etdirib. Onu səhnədə rəqqaslar müşayiət edib.

“İkinci məşq günü mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İki libas geyindim. Amma onlar arasından hansını seçəcəyimə qərar verə bilmirəm. Mənə kömək edin, hansı yaxşıdırsa, yazın” deyə, S.Rəhimli izləyicilərinə müraciət edib.

Qeyd edək ki, “Eurovision 2016” müsabiqəsi mayın 10-dan 14-nə kimi İsveçin paytaxtı Stokholmda baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək.

.
Əməkdar artist Elnarə Abdullayeva həmkarlarının ünvanına sərt sözlər deyib. 

Axşam.az
-ın məlumatına görə, muğam ifaçısı "Star life" verilişində restoranda oxuyan müğənnilərə ismarış göndərib:
"Gedirlər bayramlarda xaricdə restoranda çıxş edirlər, adını da qoyurlar konsert verdik. Bu, konsert deyil. Deyin, məclisə getdik, çıxış etdik. Restoranda oxumaqla konsert verilmir.
Əgər gedib konsert zalında çıxış edirsənsə, hə bu konsertdir. Məni xaricə dəvət etməsələr, heç vaxt getmərəm. Bəziləri kimi dəvətsiz gedib, orada özüm oxumayacam".
.
Müğənni Sevda Yəhyayevanın sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. 

Gecce.az xəbər verir ki, müğənni yayılan şaiyələrə münasibətini bildirib:

“İki gündür ki, telefona tanıdığımız-tanımadığımız çox saylı insan zəng vurur. Bu zənglər sosial şəbəkələrdə mənim haqqımda qəza keçirməyimin və ölüm xəbərimin yayılması ilə əlaqədardır. Bu yalan xəbəri kim yayıbsa, ayıb olsun. Allaha çox şükür ki, sağ-salamatam”.
.

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi ona lüt şəkillərini göndərən “Miss Bum Bum” ləqəbli braziliyalı modeli sosial şəbəkədə “bloklayıb”.

Azadinform xəbər verir ki, əsl adı Suzi Kortes olan model özü bu barədə məlumat verib. O bildirib ki, Messi onu həyat yoldaşı Luka Antonella qısqanmasın deyə qara siyahıya salıb: “Mənim lüt şəkillərimə dayanmayan Messi sosial şəbəkədə qara siyahıya saldı.

Sadəcə “Barselona” azarkeşiyəm. Fikrimcə, onun həyat yoldaşı Luka Antonella qısqanc biridir. Ona görə də argentinalı ulduz belə hərəkət edib. Niyə 40 milyon izləyici arasında Messi məni qara siyahıya saldı? Bunu görəndə şok oldum. Sosial şəbəkədə ancaq 10 nəfəri izləyirəm. Onlardan da biri Messidir”.

Xəbər lenti