.


28 iyun prodüser Minarə Əskərovanın doğum günüdür.

Əskərova Minarə Balaşah qızı  28.06.1979-cu  ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisasında təhsil alıb. Bir müddət “Soy Production”da prodüser kimi çalışıb (2003-2004). 2006-cı ildən İctimai televiziyada prodüser vəzifəsində çalışır. İctimai televiziyada iş fəaliyyəti dövründə “23 Nisan Uluslararası Çocuk Festivali”, “Biz belə əylənirik” verilişlərinin müəllif-prodüseri, “Gənclik həyatı”, “Biri varmış, biri yoxmuş” proqramlarının prodüseri olub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Əlil arabasında idman rəqsi” üzrə Beynəlxalq Festivalın təşkilində prodüser kimi çalışaraq mükafata layiq görülüb. Olimpiya hərəkatının genişlənməsi, sağlam və fəal həyat tərzinin təşviqi, həmçinin bədən tərbiyəsi və idmanın geniş ictimaiyyət arasında təbliğində göstərdiyi fəaliyyətinə görə də Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunub. Hazırda ”Addım-addım”, “Film Media”, “Keçmişdən salam var”, “Nübarlı bağ”, “Yadigarlar”, “Din və cəmiyyət”, “Növbədəkilər” verilişlərinin prodüseri kimi fəaliyyət göstərir.


Heç vaxt özünə ad günü keçirmədiyini deyən Minarə xanım 40 illik yubileyini İTV ailəsində dostları ilə birgə keçirtdi. Dostları Əməkdar artist Gülüstan Əliyeva, Lalə  Nurkan, Stilist Natiq Cavadov, jurnalistlər- Zeynəb Məmmədova, Nura Andronova, Zümrüd Güləliqızı, Nihad Məlik Ayla, Elm və Gənclər Departamentinin əməkdaşları və İTV ailəsi, ən əsası da həyatda yaşama səbəbləri iki gül balası 40 illik yubileyi münasibətilə Minarə xanımı təbrik edib, xoş diləklərini çatdırdı.

HƏYATIMA XOŞ GƏLDİN 40 YAŞIM


Minarə Əskərova öz təəssürtlarını Asiya.info saytına bu cür çatdırdı:  "Bəziləri deyirlər ki, 40 yaş qorxulu yaş sayılır, düşər-düşməzi olar. Amma mən pozitiv insanam, mənim üçün hər bir yaş uğurludur, ona görə dostlarımla birgə qeyd etdim. İnsanlar hansısa yaş gəlirsə onu sevinclə qeyd etsinlər. Alnımıza nə yazılıbsa onu yaşayacağıq. Hər yaşın öz gözəlliyi var. 
Həyatımda ilk dəfə idi ki, ad günümü bu cür səbirsizliklə gözləyirdim. Günləri sayırdım ki 28 iyun tez gəlib çatsın. Bilmirəm, bəlkə də ona görə ki 4 il ərzində çox ağır yollar keçdim deyə, hələ də müalicədəyəm,  beyin əməliyyatına görə çox əziyyətli günlər yaşadım, bəlkə də ona görə səbirsizliklə gözləyirdim ad günümü, hər gün 40 yaşıma çatmağım üçün dua edirdim. Hətta çox vaxt düşünürdüm ki görəsən 40yaşıma çata biləcəm ya yox..."

Qeyd edək ki, Minarə xanım İyulun 3-də yenidən Türkiyəyə yola düşür müalicələri üçün. 

Ən sevdiyi hədiyyə güllərdi. Elə buna görə də, Minarə Xanıma o qədər çiçək hədiyyə gəlmişdi ki otaq gül bağçasını xatırladırdı."Ən böyük arzunuz nədir"-sualımıza isə "Ayağımdakı problemin tamamilə sağalmasıdır" -dedi. Biz də kollektivimiz adından Minarə xanıma can sağlığı diləyirik. Tezliklə sağlamlığına tamamilə qovuşacağına inanırıq. Həyat bir imtahandır, bu imtahandan qalib çıxmağın isə bircə yolu var, mübariz, qorxmaz olmaq, geri çəkilməmək, xəstəlik qarşısında acizlik göstərməmək.
Biz də Asiya Fakt İnformasiya Agentliyi Sizi Tanıyaq layihəsi adından "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətə görə" Minarə xanımı Fəxri Diplomla mükafatlandırdıq. İnanırıq ki, daha çox uğurlarını və yubileylərinizi birlikdə qeyd edəcəyik Minarə xanım.
Vüsalə Qələndərli



























Şərh yaz


02 İyun 2019 "Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
29 May 2019 Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar
21 May 2019 Məşhurların gəncliyi və qocalığı “qarşılaşdı” – FOTOLAR
19 May 2019 “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
12 May 2019 "İddialı olmaq hər adama nəsib olmaz!"-Azərbaycanlı model (Fotolar)
08 Aprel 2019 Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
24 Mart 2019 Bahar Bayramı Möhtəşəm Flaşmobla tamamlandı!
15 Mart 2019 Damlaya görə izdiham yarandı - Polis qarışdı + Video
10 Mart 2019 Turkvisionun qalibinden yeni klip - Video
10 Fevral 2019 Damlanın sevgilisi bəlli oldu: “Sipark”ın rəhbəri Seymur İsayev əvvəl Şəbnəm Tovuzlu ilə eşq yaşayırmış – Təfərrüat
07 Fevral 2019 “Eurovision” finalçılarımız təsdiqləndi
28 Yanvar 2019 “O Səs Türkiyə”nin qalibi bəlli oldu - Video
23 Oktyabr 2018 Mehriban Xanlarovanın verilişi bağlandı
21 Oktyabr 2018 "Kənddən gəlmişəm, belə danışıram, xoşunuza gəlmirsə, efirlərə çağırmayın" - Elnarə Abdullayeva
18 Oktyabr 2018 MTRŞ-dən Mehribanın verilişinə reaksiya
17 Sentyabr 2018 Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL!
29 Avqust 2018 İTV kanalında bizimlə "ADDIM -ADDIM"
05 Avqust 2018 Azərbaycanlı Tatlısəsin ad günüdür-Video
27 İyul 2018 “Jara” səhnəsindən görüntülər - FOTO
25 İyul 2018 Zara Azərbaycana gəlməyəcək: Adı siyahıdan çıxarıldı
02 İyun 2018 Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video
29 May 2018 Təhqir edilən müğənniyə görə məşhurlar etiraz etdilər - Bunu Allah götürməz / VİDEO
16 May 2018 Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var
11 May 2018 Rusiya “Eurovision”da finala keçə bilmədi – VİDEO
09 May 2018 Dünyaca məşhur Türk Modaçı –"Qüsurları örtməyə çalışıram"
04 Aprel 2018 Azərbaycan “Eurovision”un açılışını edəcək
29 Mart 2018 “Hardasan” adlı yeni mahnı
25 Mart 2018 Aygün Aydın solo konsert verəcək
02 Mart 2018 Lider TV-nin sevimli aparıcısı ad gününü belə qeyd etdi-Fotolar
27 Fevral 2018 “Oğlunun yasına qırmızı pencəkdə gəldi” - Səmədin birinci xanımı

Xəbər lenti