.

Bu gündən 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) qaz istehlakından aşağı tariflə yararlanacaq.

Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılmış, dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaqdır. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaqdır. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaqdır. Artırılmış limitin tətbiqinə gəlincə, qeyd edək ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcəkdir. Misal: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcəkdir. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaqdır. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m × 20 qəpik olmaqla həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edək ki, ölkə üzrə bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.  Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.
Unikal.org
 
17 May 2019 Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək
15 May 2019 Bu təxribatçıları Bakıya kim dəvət edib? – Nazirlikdən açıqlama
03 May 2019 Kollec məzunlarının universitetə qəbul müəmması...
02 May 2019 Bu imtahanların nəticələri bir neçə günə açıqlanacaq – Abituriyentlərin diqqətinə
19 Aprel 2019 Azərbaycanda avtobus zavodu tikilir
17 Aprel 2019 Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR
13 Aprel 2019 Azərbaycanda daha bir orta məktəbdə şagirdlər təhlükə ilə üz-üzədir - Səs yazısı
11 Aprel 2019 PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır…
11 Aprel 2019 Prezident Elina ilə bağlı tapşırıq verdi
08 Aprel 2019 Azərbaycandan AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla
08 Aprel 2019 Direktorun Elina ilə bağlı rüsvayçı səs yazısı yayıldı - Video
08 Aprel 2019 “Diqlas”dakı yanmamış anbarların açılmasına başlanıldı
05 Aprel 2019 İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA
03 Aprel 2019 Qaz və işıq limitinə yenidən baxılır? – Tarif Şurasından AÇIQLAMA
03 Aprel 2019 Rusiyanı yüksək rütbəli məmurların həbs dalğası bürüyüb…
31 Mart 2019 Yanğından zərər çəkmiş sahibkarlara daha 2 ticarət obyektində yer təklif olundu - SİYAHI
31 Mart 2019 İqbal Ağazadə: "Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur!"
30 Mart 2019 Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək - 12 siyasi partiyanın namizədləri mübarizə aparacaq
30 Mart 2019 Bu gün Azərbaycanda 1 saat işıq olmayacaq
24 Mart 2019 Daha bir məmurun var-dövlətinin siyahısı yayıldı
22 Mart 2019 “Oğlumu lüt soyundurub, üzünə, bədəninə tüpürüblər” — Sabiq YAP-çı deputatdan TÜKÜRPƏDƏN AÇIQLAMALAR
21 Mart 2019 “Uşaq pulu” bərpa olundu?-Rəsmi cavab
16 Mart 2019 Yeni Zelandiya terrorçusunun Türkiyəyə giriş anı ortaya çıxdı-əlaqələri araşdırılır.
15 Mart 2019 Bu tələbələr ödənişdən azad edilsin – MM-də təklif
06 Mart 2019 Deputatların maaşının ikiqat artması xəbərinə - Reaksiya
02 Mart 2019 Mehman Hüseynov azadlığa buraxıldı - Təcili
28 Fevral 2019 DTX-nın həbs etdiyi baş redaktorla bağlı – Yeni məlumat
18 Fevral 2019 Nazir: Azərbaycanda pensiya yenə qalxacaq
14 Fevral 2019 Sumqayıtın 70 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı - Siyahı

Xəbər lenti