.

Tbilisidə Gürcüstan parlamenti ətrafında və Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasından sonra parlament fəaliyyətini bərpa edib.
"Qafqazinfo" xəbər verir ki, hazırda parlamentdə büro iclası və çoxluğu təmsil edən fraksiyanın toplantısı keçirilir.
Qeyd edək ki, aksiyanın dağıldılması zamanı 18 nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, həmin şəxslər polisin qanuni tələblərinə əməl etmədikləri və qanun keşikçilərinə müqavimət göstərdikləri üçün saxlanılıblar. Hazırda parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir. Artıq Rustaveli prospektində avtomobillərin hərəkəti qismən bərpa olunub. Yaxın vaxtlarda digər küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.
Hazırda polis əməkdaşları Rustaveli prospektində və ətraf küçələrdə ictimai asayişin qorunmasını təmin edir.
.
17 noyabr 2019-cu ildə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin yubiley-hesabat tədbiri keçirildi.

Ardını oxu...

.
Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcəyi və  həmçinin noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri haqda yayılan xəbərlərə münasibət birmənalı qarşılanmayıb. Ölkədə səfərin əleyhinə çıxış edənlər də oldu, bu gəlişlərin siyasi tərəflərini nəzərə alınmalı olduğunu da vurğulayanlar oldu. 

Ardını oxu...

.


Gürcüstanda 20 müxalifət partiyasının iştirakı ilə genişmiqyaslı etiraz aksiyası başlayıb.

Ardını oxu...

.

Polşa, Ukrayna və ya digər ölkələrə tankların yeridilməsi üçün Rusiya ilə alyans yaratmağa hazırlaşmıram.

Ardını oxu...

.

Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur.

Ardını oxu...

.

DİN BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib. 

Ardını oxu...

.

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Ardını oxu...

.

Avstriya və Azərbaycan zəngin mədəni irsə malik ölkələrdir, ona görə də bu ölkələr arasındakı əlaqələri möhkəmləndirmək lazımdır. Lakin mədəniyyətlə yanaşı, iqtisadiyyata da diqqət ayrılmalıdır. Azərbaycan yalnız neftə və qaza deyil, həm də beynəlxalq səviyyədə təklif edə biləcək imkanlara malikdir.
Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Avstriyanın Sankt-Pölten şəhərindəki fəxri konsulu Andreas Köniqsberqer söyləyib.
Fəxri konsul qeyd edib ki, o, Azərbaycanı yalnız Aşağı və Yuxarı Avstriya, həmçinin Burgenland federal əyalətlərində deyil, həmçinin beynəlxalq səviyyədə də tanıtmağa çalışır.
“Hazırda Azərbaycanda iş qurmaqda maraqlı olan bir sıra beynəlxalq şirkətləri ölkəyə cəlb etmişik və onlarla əlaqə yaradırıq”, - deyən fəxri konsul bildirib ki, o, Avstriyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları ilə də mütəmadi olaraq görüşür.
.

Vətən hər birimizin qüruru, vüqarı, əbədi səcdəgahıdır.

Ardını oxu...

Xəbər lenti