.
Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş və onun yaradıcılığına həsr olunmuş “Özümə yolçuluq” adlı ədəbi-bədii tədbir keçirilib.


Asiya.info
xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayeva ilə yanaşı, Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarıda iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova Qənirə Paşayevanın yaradıcılığı ilə bağlı danışıb və bu cür tədbirlərin məktəblilər üçün önəmini vurğulayıb. Daha sonra məktəblilərxanım millət vəkilinin yaradıcılığı ilə bağlı hazırladıqları bədii hissəni təqdim edib. Xanım Paşayeva tədbirdə geniş çıxış edərək şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına, səhnəciklərə görə uşaqlara və bu işdə onlara dəstək olan müəllimlərə  təşəkkür edib. Millət vəkili orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edərək, bu məmnunluğu yalnız onun yaradıcılığına müraciət edilməsi ilədeyil, ümumən şagirdlərin öz istedad və bacarıqlarını bütün parlaqlığı ilə üzə çıxara bilmələri, yeni kitablarla tanış olmaları, oxuduqlarına isə səhnə təcəssümü verə bilmələri ilə əlaqələndirib. Bütün tərəqqipərvər ziyalılar, yazarlar kimi, özünün də  bir qələm adamı, bir millət vəkili olaraq, həmişə gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, tariximizi, ədəbiyyatımızı dərindən bilməyə, vətənpərvərliyə, habelə zərərli vərdişlərdən uzaq olmağa çağırdığını xatırladan xanım millət vəkili, orta məktəbin ən əsas vəzifəsinin şüurlu, peşəkar vətəndaş yetişdirmək olduğunu deyib.Qeyd edib ki, həm bu ilki, həm də ötən tədris illərində özünəməxsus nəticələri ilə seçilən 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inam yüksəkdir. Bu inamı öz işini sevən, dərsləri şagirdlərə yalnız savadla deyil, yanar ürəklə çatdıran müəllimlərin varlığından, şagirdlərin öyrənmək əzmindən aldığını bildirib. Gecədə fərqlənən hər bir şagirdlə söhbət edən və məktəbdə milli tariximizin, ümumən humanitar elmlərin də dərindən öyrənilməsi istiqamətində həyata keçirilən uğurlu işlərin önəmini vurğulayan Q.Paşayeva, onlara öz kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkdirib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva müəllimlərlə fikir mübadiləsi aparıb, məktəb rəhbərliyi və pedaqoji kollektivin, müəllifi olduğu kitablarla bağlı yaddaqalan görüş təşkil etdikləri üçün bir daha təşəkkürünü bildirib.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


21 Fevral 2018 Türk ordusundan qəfil hücum: daha bir kənd azad edildi
21 Fevral 2018 Türkiyə ən müasir tank hazırlayır – Ərdoğandan anons
21 Fevral 2018 Yılmaz Okuklu:“Zeytun dalı hərəkatına” sözlə, şüarla başlatdığımız dəstəyi maddi və mənəvi dəstəklə davam etdirəcəyik”.
21 Fevral 2018 Mədət Quliyev yenidən ata oldu - Foto
21 Fevral 2018 Satışdan sonra "AXA MBASK"ın adı dəyişəcək
20 Fevral 2018 Cabbarov Məmmədovun kadrını özünə müşavir təyin etdi
20 Fevral 2018 Çörəkbişirmə sexindəki PARTLAYIŞLA bağlı rəsmi açıqlama
20 Fevral 2018 Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI
20 Fevral 2018 Çingiz Abdullayev: "Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin..."
20 Fevral 2018 Azərbaycan Cümhuriyyətinə aid 3 tarixi FOTO
20 Fevral 2018 Kanadada naməlum şəxs küçədə atəş açıb, ölən var
19 Fevral 2018 Təhsil Nazirliyində yeni təyinat (FOTO)
19 Fevral 2018 Pərviz Şahbazov Rusiyanın energetika naziri ilə görüşüb
19 Fevral 2018 Q. Paşayeva Bursa valisi, millət vəkilləri və universitetin rektoru ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb
19 Fevral 2018 Hökumətin illik hesabatının martın 16-da Milli Məclisdə müzakirəsi gözlənilir
19 Fevral 2018 Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi
19 Fevral 2018 Yeni Zelandiyalı mütəxəssis ADAU-da çalışacaq
19 Fevral 2018 11 aprel İlham Əliyevin ətrafında sıx birləşib dəstək olaq
19 Fevral 2018 Millət vəkili Q.Paşayeva Bursada Xocalı soyqırımı ilə bağlı konfrans verib
19 Fevral 2018 Azərbaycanda Komitə sədri vəfat etdi
19 Fevral 2018 Qarabağ uğrunda təbliğat savaşı güclənir - əleyhimizə yeni məkrli gedişlər
19 Fevral 2018 "Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.
18 Fevral 2018 Kiyevdə partlayış təhlükəsi: Metrolar bağlandı
18 Fevral 2018 Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB
18 Fevral 2018 Qəzzada vəziyyət gərginləşdi: İsrail və Fələstin bir-birini raket atəşinə tutub
17 Fevral 2018 Q.Paşayevanın qədim Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.
16 Fevral 2018 SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atdı
16 Fevral 2018 Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dəyirmi masada çıxış edib
16 Fevral 2018 Nazirlik: "Şagirdlər kifayət qədər çox imtahan verirlər, onları azaltmağa çalışırıq"
16 Fevral 2018 Supergüclərin silah yarışı: Dünya yeni müharibəyə HAZIRLAŞIR

Xəbər lenti