.

Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri,  tarix üzrə fəlsəfə doktoru  Nüşabə Məmmədova ilə müsahibə

-Nüşabə xanım, salamlayırıq Sizi. İlk olaraq istərdik həmtəsisçisi və rəhbəri olduğunuz Beynəlxalq Dialoq və İnkişaf Alyansı barədə bizi məlumatlandırasınız
Çox sağ olun İlkin bəy. Mən də Sizi və CNN saytının çoxsaylı oxucularını salamlayım.
Artıq 25 ildən çöxdur ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan bu gün beynəlxalq aləmdə, o cümlədən regionda mühüm geosiyasi məkan kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Bu baxımdan, Beynəlxalq Dialoq və İnkişaf Alyansının əsas prioritet fəaliyyət istiqaməti regionda və eləcə də beynəlxalq aləmdə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə kömək etmək, həmçinin vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq əməkdaşlığın yaradılması və inkişafını həyata keçirməkdən ibarətdir.
-Beynəlxalq Dialoq və İnkişaf Alyansı yeni yaranmış təşkilatdır. Amma bu təşkilatın az müddət fəaliyyət göstərməsinə baxmayaraq müəyyən işlər görmüşdür. Gördüyünüz işlər barədə bizə məlumat verərdiniz.
Sizə də məlum olduğu kimi hazırda ölkəmizin xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Eyni zamanda həmin ölkələrin və beynəlxalq təşkilatların respublikamızda səfirlikləri, nümayəndəlikləri fəaliyyət göstərir. Təşkilat bir ildir dövlət qeydiyyatına alınıb. Biz bu müddət ərzində ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və nümayəndəliklərin bir çoxu ilə əlaqə yaratdıq. Bir neçə xarici ölkə səfirləri ilə görüşdük. Danışıqların əsas mövzusu vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulması və inkişafına dair perespektivlər olmuşdur. Atrıq bu əlaqələrin yaradılması istiqamətində müəyyən addımlar atılmaqdadır.
-İctimai həyatda olduqca aktiv və dövlətə yönəlik uğurlu işlərlə məşğul olursunuz. QHT-də çalışmaq çətin deyil Sizin üçün?
İlkin bəy, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra, sonralar mənim mənim elmi rəhbərim olacaq akademik Mahmud İsmayılovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasinin Tarix İnstitutunda çalışmağa başladım. XIX-XX əsrlər üzrə tədqiqatçıyam və həmin dövr üzrə ictimai təşkilatların yaranması və fəaliyyətini tədqiq edirəm. 4 elmi monoqrafiyanın müəllifiyəm, Bu gün isə praktiki olaraq ictimai işlə məşğulam. Bu çox məsuliyyətli eyni zamanda şərəfli işdir. Rəğbətlə, sevə-sevə çalışdığım müqəddəs vəzifədir.
Dünən möhtəşəm tədbir keçirdiniz. İstərdik tədbirlə bağlı fikirlərinizi bildirəsiniz
Bu il Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 avqust 2016-cı il tarixli “2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması haqqında” sərəncam imzaladı. Öncə qeyd edim ki, bu sərəncam müasir dövrdə Müstəqil Azərbaycan dövlətinin gerçəkləşdirilən siyasətinin tolerantlıq prinsiplərinin bariz nümunəsidir.  Bu prinsipləri rəhbər tutaraq, biz, vətəndaş cəmiyyəti institutu olaraq alman məskənlərinin salınmasının 200 illik tarixi ilə bağlı “Almanlar Cənubi Qafqazda: 200 il” adlı tədbir təşkil etdik.
Azərbaycan tarixən öz multikultural dəyərlərini, tolerantlıq adət-ənənələrini qoruyub saxlamış və bu gündə Azərbaycan multikultural modeli dunyada ehtiramla qəbul olunur. Düşünürük ki, bu baxımdan almanların Cənubi Qafqazda tarixi böyük maraq doğurur, eyni zamanda bu tarixin təbliği hər iki ölkə ictimaiyyəti arasında münasibətlərin inkişafı, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə yüzillər boyu bərqərar olmuş tolerantlıq şəraiti XIX əsrin əvvəllərində buraya köçürülən alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Milli dəyərlərə qarşılıqlı hörmət və ehtiram, Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. İlkin bəy, Sizin, həmçinin digər KİV nümayəndələrinin, həmçinin  Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, o cümlədən alman təşkilatlarının nümayəndələrinin, Almaniyanın Azərbaycaycandakı səfirliyinin nümayəndəsinin, universitet nümayəndlərinin, QHT nümayəndələrinin iştirakı ilə keçirdik. elmi müəssisələrin nümayəndələrinin, dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların, o cümlədən alman təşkilatlarının və səfirliyinin nümayəndələrinin, universitet nümayəndlərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirdik. Söylənilən fikirlərdən də aydın oldu ki, bu tədbir maraqlı və uğurlu tədbir idi.
-Bu tipli tədbirlərin ardı olacaqmı?
“Almanlar Cənubi Qafqazda: 200 il” mövzusunda tədbirlə bağlı deyə bilərəm ki, bu davamlı bir tədbirdir. Almanların Cənubi Qafqaza gəlmələri üç il ərzində davam etmişdir: 1817, 1818 və 1819-cu illərdə. Sonuncu ildə Azərbaycan ərazisində iki  alman koloniyası – Helenendorf və Anenfeld koloniyaları salınmışdır. Biz bu il və növbəti iki il müddətində “Almanlar Cənubi Qafqazda: 200 il” mövzusunda  konfranslar, tədbirlər təşkil etməyi düşünürük və hesab edirik ki, bu hər iki ölkə ictimaiyyəti, həmçinin tərəqqipərvər dünya ictimaiyyəti üçün əhəmiyyətli olacaqdır.
-Qarşıdakı planlarınız necədir?
Perespektivlər çoxdur, İlkin bəy. Mən Sizə qarşıda olan vacib bir layihə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu il Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq biz Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan itdiyi qrant müsabiqəsində öz layihıəmizlə iştirak etdik və bu layihəmiz uğurla müsabiqədən keçdi.  Layihə belə adlanır: “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarinin hüquqlarının beynəlxalq aləmdə müdafiəsi”. Bununla bağlı tədbirlər planı işləyib hazırlamışıq. Bu olduqca vacib bir məsələdir.  Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının ilk illərindən mövcud dərin siyasi, iqtisadi və sosial böhranlarla yanaşı, Ermənistan işğalçıları tərəfindən edilən hərbi təcavüzlə, azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdır. Azərbaycana qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20%-dən çox hissəsi işğal olunmuş, bir milyon iki yüz mindən çox əhali öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, yüzlərlə maddi mədəniyyət nümunələri, kəndlər, şəhərlər dağıdılmış, minlərlə günahsız insanlar qətlyamlara məruz qalmış, əsir və girov götürülmüşdür. Əsir və girov götürülən Azərbaycan vətəndaşlarından bir çoxunun taleyi bu günə qədər məlum deyildir.  Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində altı mindən artıq Azərbaycan vətəndaşının itkin düşməsi, həmçinin əsir-girov götürülməsi faktı müəyyən edilmiş, əsir və girovlara qarşı amansız davranış, dəhşətli işgəncələr, bədənlərinə şüaların verilməsi və tərkibi məlum olmayan maddələr yeridilməsi və digər insanlığa sığmayan, eyni zamanda beynəlxalq hüquq normalarına zidd faktlar qeydə alınmışdır. Yaxın keçmişdə, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülmüşdür. Hazırda “Məhkəmə”nin qərarı ilə girovluqda olan Dilqəm Əsgərov ömürlük və Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur.  Bütün bunlar, münaqişəni başlayan Ermənistanın beynəlxalq sənədlərə, o cümlədən müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə məhəl qoymaması və beynəlxalq humanitar hüquq normalarını pozmaq xətti götürdüyünü bir daha təsdiq edir. Baş verənləri əsas götürərək, layihə çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlara, həmçinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə, xaricdə mətbuat konfranslarının, dəyirmi masaların  keçirilməsi, parlament, QHT və KİV görüşlərinin keçirilməsi, video-çarxların təqdimatını nəzərdə tuturuq.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


19 Oktyabr 2017 Azərbaycan və Türkiyə alimləri sosial elmlər sahəsində möhtəşəm konfransı başlayıb.
18 Oktyabr 2017 ABŞ-Türkiyə viza qalmaqalı: böhran aradan qalxır
18 Oktyabr 2017 İlham Əliyev Polşa XİN başçısı ilə görüşdü
18 Oktyabr 2017 Bakı İrəvanın bu iddiasını qəbul edə bilməz – Şərh
17 Oktyabr 2017 Azay Quliyevdən Azadlıq qəzetinə konkret və tutarlı cavab!
17 Oktyabr 2017 Dağıstanın yeni rəhbəri: “Azərbaycan Qafqazda sabitlik amilinə çevrilib”
17 Oktyabr 2017 Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar
17 Oktyabr 2017 Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV Regional Konfransı Keçiriləcək
17 Oktyabr 2017 DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb
17 Oktyabr 2017 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi - Hərbçilər və mülki şəxslər - RƏSMİ
17 Oktyabr 2017 Cəbhədə GƏRGİNLİK: Tərtər, Ağdam, Füzuli, Goranboy pulemyotlardan ATƏŞƏ TUTULDU
17 Oktyabr 2017 Bakıda polisə növbəti hücum
16 Oktyabr 2017 Aslan İsmayılov barəsində cinayət işi başlandı
16 Oktyabr 2017 Sudan Respublikasının Azərbaycandakı səfiri Bakı Avrasiya Universitetində olub
16 Oktyabr 2017 Zakir Həsənov Tiflisə getdi
15 Oktyabr 2017 Amerikalı ekspert: Rusiyanın Ermənistana silah verməsi regionun təhlükəsizliyini təhdid edir
15 Oktyabr 2017 Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib
14 Oktyabr 2017 Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir – YENİ BƏNDLƏR
14 Oktyabr 2017 Ramil Usubov tanınmış polkovniki təqaüdə göndərdi
13 Oktyabr 2017 "Ermənistanın nə istədiyini başa düşmək çətindir" - XİN
13 Oktyabr 2017 Türk deputatlarla bağlı Bakıdan açıqlama
13 Oktyabr 2017 Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "dqr" bayrağını qopardılar, qarşıdurma yarandı
12 Oktyabr 2017 ABŞ UNESCO-dan çıxdığını elan etdi
12 Oktyabr 2017 BMT onu səfir seçdi
12 Oktyabr 2017 Q.Paşayeva Strasburqda AŞPA-da İraq Türkmənlərinin,Suriya Türkmənlərinin ağlr vəziyyətindən danışıb və onlara dəstək çağrısı edib
12 Oktyabr 2017 Gömrük komitəsinin səlahiyyətləri artırıldı
11 Oktyabr 2017 İran prezidenti: “Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq”
11 Oktyabr 2017 Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi...
11 Oktyabr 2017 4 günlük iş həftəsi rejiminə keçə bilərik? - Deputat
10 Oktyabr 2017 AST Telmanın daha bir şirkəti müflis oldu

Xəbər lenti