.
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Cavadov özlərini jurnalist kimi təqdim edib şər və böhtan xarakterli yazılar yazaraq vətəndaşdan pul tələb edən şəxslər barədə tədbir görülməsini istəyir:
"Ölkəmizdə milli mətbuatın inkişafına göstərilən davamlı qayğı, senzuranın ləğvi, söz və fikir azadlığına yaradılan münbit şərait son illər qazandığımız möhtəşəm uğurlar sırasında yer alır. Ancaq qürur doğuran uğurlarla yanaşı, söz azadlığını bayrağa çevirib başı üzərinə qaldıran, lakin dediyi sözün, cəmiyyətə çatdırmaq istədiyi fikrin məsuliyyətini dərk etməyən bəzi kütləvi informasiya vasitələri yalan, böhtan, şər, iftira yazmaqdan hələ də usanmırlar.
Mətbuat Şurası “reket jurnalistika” ilə mübarizəyə başlayanda bunu cəmiyyət məmnunluqla qarşıladı. İctimai maraqdan çox şəxsi məqsədlərə xidmət edən, sözün həqiqi mənasında, reketçiliklə məşğul olan qəzet və saytların adı Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya salınır, ictimai qınağın hədəfinə çevrilirdi. Bu “cəza” ilk zamanlar müəyyən effekt doğursa da, tədricən öz təsirini itirmişdir.
Ona görə ki, belələri “qara siyahı”ya salınmış qəzet və saytlarının adını dəyişsə də iş prinsipləri,məqsədləri və məramları dəyişmir,onu-bunu şantaj etməklə pul qazanmaqda davam edirlər. Məsələn, əvvəllər həmin “qara siyahı”da olan "Xalq keşiyində" qəzetinin baş redaktoru ,indi isə “vetenperverler.az” saytının redaktor müavini kimi fəaliyyət göstərən, ancaq varlığı belə jurnalist kimi şərəfli peşəyə ləkə olan, peşəkar jurnalistikadan xəbərsiz, adını düz əməlli yaza bilməyən, özünü peşəkar hüquqşünas adlandıran Səyyad Əsgərov kimi.
Görəsən, birinci Qarabağ müharibəsində bu "vetenperver oğlan" haralarda olub? 
Səyyad Əsgərov əvvəllər belə işlərlə bağlı dəfələrlə istintaqa da cəlb olunmuşdur. Məsələn,bu məlumatlardan biri ilə aşağıdakı linkdən tanış olmaq olar.
Onlar sahibkarlardan hədə-qorxu ilə pul tələb ediblər
Quba rayon sakinləri olan iş adamları Bəxtiyar Məmmədov, Rüfət Qurbanov, Zəfa Məsimov, İsgəndər Hüseynov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, özlərini jurnalist kimi təqdim edən Şahlar Vəliyev, Eldar Əsgərov, Səyyad Əsgərov və Nüşabə Qasımova qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rayon ərazisində yerləşən yuxarıda adları çəkilən şəxslərə məxsus «Qübbə», «Ramin», «Qoşa çinar», «Əfsanə» və «Rüstəm» kafelərinin fəaliyyətləri ilə əlaqədar rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə onların hər birindən 1.000 manat tələb istəyiblər. 
Baş İdarəyə dəvət olunmuş Şahlar Vəliyev və Eldar Əsgərov öz izahatlarında törətdikləri əməlləri etiraf ediblər. Araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini Şahlar Vəliyev «Yeni Azərbaycan Dünyası», Şirvan şəhər sakinləri Eldar Əsgərov və Səyyad Əsgərov isə «Günəşli Azərbaycan» və «Qanun və gerçəklik» qəzetlərinin baş redaktorları kimi jurnalist adına yaraşmayan, ona ləkə gətirən fəaliyyətlə məşğul olaraq, ayrı-ayrı vətəndaşlardan və iş adamlarından müxtəlif vaxtlarda hədə-qorxu ilə pul tələb ediblər. 
Toplanmış materiallara əsasən, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 
Adları qeyd edilən şəxslərin əməllərindən zərər çəkmiş vətəndaşlardan 496-39-13 nömrəli telefonla DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə zəng vurub məlumat vermələri xahiş edilir.
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Məlumatlara görə Səyyad Əsgərov Eldar Əsgərovun ogludur.Ata-bala hər ikisi onu bunu şantaj etməklə məşğuldur.
Səyyad Əsgərov bir neçə il həbs olunsa da bu ona dərs olmamışdır. Əsgərov Səyyad Eldar oğlu 2015-ci ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında apellyasiya şikayəti versə də , 21 Iyul 2015 - ci il tarixdə hakim Mursaqulov Vaqif Ənvər oğlunun sədrliyi ilə onun işinə baxılmış və qərar dəyişdirilmədən saxlanılmışdır. (7(103)-311/15 Nizami rayonu)
Göründüyü kimi, bu şəxs öz köhnə “ənənəsinə” sadiq qalaraq yalan, böhtan yazmaqdan yenə də çəkinmir,hətta telefonla zəng edib onu-bunu şantaj edir.Kimsə onun saytdakı nömrəsinə zəng edərək hansısa problemi ilə bağlı məlumat verib onun mətbuatda işıqlandırılmasını xahiş etdikdə Səyyad Əsgərov haqqında şikayət olunan şəxsə bu barədə məlumat verir, ondan kifayət qədər pul qopardıqdan sonra həmin şəxsin yanından şikayətçiyə zəng edir,heç nə olmamış kimi danışır, problemi həll edəcəyini və aidiyyəti orqanlara çatdıracağını bildirir və daha sonra pul aldığı şəxsə deyir: "Ğördün? Düşmənini tanı...Səndən yazanı bil" 
Səyyad Əsgərov öz saytında müxtəlif idarə və müəssisələr, müxtəlif şəxslər haqqında şantaj xarakterli məlumatlar yazmaqda davam edir.Yazılarının altında "qarşı tərəfin mövqeyini yerləşdirməyə hazırıq" sözlərini yazsa da mətbuat haqqında qanunu kobud şəkildə pozaraq bundan imtina edir.
Onun saytında təkcə Gəncə Dövlət Universiteti ilə bağlı böhtan xarakterli 100-dən artıq məqalə var.Yazmağa bir şey tapmayanda köhnə məqalələri təzə tarixlə yenidən yerləşdirir.Hətta elə məqalələr var ki,orada adı bu gün çəkilən şəxslər bir neçə ildir ki,həyatda yoxdur. 
Ona görə də, biz yaxın günlərdə Səyyad Əsgərovun bu bəd əməlləri barədə artıq müvafiq strukturlara müraciət edəcəyik.Bir daha bildiririk ki,Səyyad Əsgərov böhtan xarakterli yazılarını davam etdirərək öz hərəkətlərinə son qoymasa,onun müxtəlif şəxsləri şantaj edib pul tələb etməsi barədə özünə məxsus audio yazılar yaxın günlərdə müvafiq orqanlara veriləcəkdir. Biz ona fikir vermədikcə, bu "şəxs" öz ambisiyalarından və şantaj xarakterli əməllərindən əl çəkmir.
Dostluğumda olan jurnalistlərə bildirmək istəyirik ki,bizim jurnalistlərə böyük hörmətimiz var, ancaq jurnalistikadan çox reketçiliklə məşğul olan bu adam ağını çıxartdığı üçün bu addımı atmaq məcburiyyətində qaldıq. Bu adam telefonla bizi təhdid edərkən adını buradan yazmaq istəmədiyimiz çox dəyərli jurnalistlərin ünvanına alçaldıcı sözlər deməkdən belə çəkinmədi.
Maraqlıdır ki,bu adam bir neçə dəfə belə hərəkətləri üstündə həbs olunsa da heç bir nəticə çıxartmır. Ona görə də hüquq mühafizə orqanları bu tip əməllərə qarşı mübarizəsini davam etdirməli və mətbuatı belə üzdəniraq «jurnalistlər»dən təmizləməlidir. Belə fırıldaqçı, dələduz «jurnalistləri» mətbuatdan təmizləməyin vaxtı çoxdan çatıb. Ölkə mətbuatını bərbad hala salan belələrinə qarşı ciddi tədbir görülməli və barələrində cinayət işlərinin qaldırılması prosesi davam etdirilməlidir.
Aşağıda verilən səs yazısında Səyyad Əsgərov Gəncə Dövlət Universitetinin xanım əməkdaşlarından birinin qardaşından bacısı haqqında yazdığı materialların saytdan yığışdırılması üçün pul tələb edir və deyir ki, biz 4 saytıq, keçən dəfə 1000 manat vermisən, onu 3-ə vur edir 3000 manat. Bu qədər də ver, qoy məsələni bağlayaq. Həmin şəxs bunun çox olduğunu bildirib etiraz etdikdə Səyyad Əsgərov deyir ki, yox bu vallah mənlik deyil.
Bu danışıqların tam versiyası, habelə buna bənzər bir neçə danışığın tarixləri və danışılan nömrələr yaxın günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq strukturuna təqdim ediləcəkdir. Qoy onlar bu məsələni ətraflı araşdırsınlar."

Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


19 Oktyabr 2017 Azərbaycan və Türkiyə alimləri sosial elmlər sahəsində möhtəşəm konfransı başlayıb.
18 Oktyabr 2017 ABŞ-Türkiyə viza qalmaqalı: böhran aradan qalxır
18 Oktyabr 2017 İlham Əliyev Polşa XİN başçısı ilə görüşdü
18 Oktyabr 2017 Bakı İrəvanın bu iddiasını qəbul edə bilməz – Şərh
17 Oktyabr 2017 Azay Quliyevdən Azadlıq qəzetinə konkret və tutarlı cavab!
17 Oktyabr 2017 Dağıstanın yeni rəhbəri: “Azərbaycan Qafqazda sabitlik amilinə çevrilib”
17 Oktyabr 2017 Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar
17 Oktyabr 2017 Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV Regional Konfransı Keçiriləcək
17 Oktyabr 2017 DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb
17 Oktyabr 2017 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi - Hərbçilər və mülki şəxslər - RƏSMİ
17 Oktyabr 2017 Cəbhədə GƏRGİNLİK: Tərtər, Ağdam, Füzuli, Goranboy pulemyotlardan ATƏŞƏ TUTULDU
17 Oktyabr 2017 Bakıda polisə növbəti hücum
16 Oktyabr 2017 Aslan İsmayılov barəsində cinayət işi başlandı
16 Oktyabr 2017 Sudan Respublikasının Azərbaycandakı səfiri Bakı Avrasiya Universitetində olub
16 Oktyabr 2017 Zakir Həsənov Tiflisə getdi
15 Oktyabr 2017 Amerikalı ekspert: Rusiyanın Ermənistana silah verməsi regionun təhlükəsizliyini təhdid edir
15 Oktyabr 2017 Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib
14 Oktyabr 2017 Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir – YENİ BƏNDLƏR
14 Oktyabr 2017 Ramil Usubov tanınmış polkovniki təqaüdə göndərdi
13 Oktyabr 2017 "Ermənistanın nə istədiyini başa düşmək çətindir" - XİN
13 Oktyabr 2017 Türk deputatlarla bağlı Bakıdan açıqlama
13 Oktyabr 2017 Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "dqr" bayrağını qopardılar, qarşıdurma yarandı
12 Oktyabr 2017 ABŞ UNESCO-dan çıxdığını elan etdi
12 Oktyabr 2017 BMT onu səfir seçdi
12 Oktyabr 2017 Q.Paşayeva Strasburqda AŞPA-da İraq Türkmənlərinin,Suriya Türkmənlərinin ağlr vəziyyətindən danışıb və onlara dəstək çağrısı edib
12 Oktyabr 2017 Gömrük komitəsinin səlahiyyətləri artırıldı
11 Oktyabr 2017 İran prezidenti: “Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq”
11 Oktyabr 2017 Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi...
11 Oktyabr 2017 4 günlük iş həftəsi rejiminə keçə bilərik? - Deputat
10 Oktyabr 2017 AST Telmanın daha bir şirkəti müflis oldu

Xəbər lenti