.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib. Modern.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclas iştirakçılarını salamlayaraq 15 iyun – Milli Qurtuluş günü münasibətilə təbrik edib. 

Sonra akademik Akif Əlizadə gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Akif Əlizadə qısa zamanda Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb: 

"AMEA-nın magistraturasının böyük nüfuz və reytinq qazanması alimlərimizin uğurudur və buna görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda AMEA-ya xeyli sayda abituriyentin sənəd verməsi Akademiyada yaradılan şəraitdən, magistratura təhsil pilləsinin müvəffəqiyyətlə həyata keçirilməsindən xəbər verir".

 
Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə, AMEA-ya böyük marağın olmasından danışıb. O, AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, o cümlədən orta hesabla hər bir yerə 20-dən yuxarı ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.
 

Tədbirdə magistratura səviyyəsinə qəbul və magistr hazırlığı prosesilə bağlı həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öz təkliflərini verib, ölkəmiz üçün yüksəkixtisaslı kadr hazırlığında, yeni elmi nəsil yetişdirilməsində AMEA-nın böyük potensiala malik olduğunu vurğulayıb.

İclasda AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın elmi müəssisələrində ingilis dilinin öyrənilməsinin vəziyyəti, alimlərin biblioqrafik göstəricilərinin müasir tələblər səviyyəsində nəşr edilməsi ilə bağlı çıxış edib, təkliflərini səsləndirib.


Sonra AMEA prezidenti Akademiya ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.


Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: 

"Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq".

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını xatırladıb. F.Abdullayev AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.


Modern.az
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


12 Dekabr 2017 Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
12 Dekabr 2017 Ruhani Bakıya gəlir
12 Dekabr 2017 Silahlı Qüvvələrdə QHT və dini qurumların yaradılması qadağan edilir –Qanuna dəyişiklik
12 Dekabr 2017 Həbsdə olan Penitensiar Xidmətin qarovul rəisi vəkildən imtina etdi –Detallar
12 Dekabr 2017 Q.Paşayeva Bağdadda İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib, Qarabağ həqiqətlərindən danışıb və əməkdaşlığı artırmalıyıq deyib
12 Dekabr 2017 Fazil Məmmədovun 100 hektarlıq ərazidəki mülkünə əl qoyulub
12 Dekabr 2017 Q.Paşayeva İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb, Qarabağdan, terrorla mübarizədən danışıb.
12 Dekabr 2017 TƏHSILİN İLK TARİXİ MƏKANI
11 Dekabr 2017 Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
11 Dekabr 2017 Xarici diplomatlar və jurnalistlər Tərtərə getdilər
11 Dekabr 2017 Türkiyədən tarixi zəfərlə bağlı mesaj: Bundan sonra...
10 Dekabr 2017 Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
09 Dekabr 2017 Q.Paşayeva Düzcə valisi, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib
09 Dekabr 2017 "Beynəlxalq Bank”ın vəzifəli şəxslərinin şikayəti əsasında məhkəmə başlayır
09 Dekabr 2017 Ər-Riyaddan şok: Qüds xəbərləri qadağan edildi
09 Dekabr 2017 Fazil Məmmədovun adı saytdan çıxarıldı
09 Dekabr 2017 Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq
09 Dekabr 2017 Q. Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi
09 Dekabr 2017 “İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı
09 Dekabr 2017 Trampdan şok: Pul verməyən dövlətləri qorumayacağıq
08 Dekabr 2017 Q.Paşayevanın Düzce Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib
08 Dekabr 2017 Q. Paşayeva “Qarabağ və Türk -İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü" adlı konfrans verib.
08 Dekabr 2017 ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Türkiyəyə getməyin
07 Dekabr 2017 ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar
07 Dekabr 2017 Nərgiz Paşayevanın böyük uğuru
07 Dekabr 2017 Dünyanın gündəmi olan Qüds niyə vacib və mübahisəli şəhərdir? - ARAŞDIRMA
07 Dekabr 2017 Yevda Abramov reanimasiyaya yerləşdirildi: "HƏKİMLƏR MƏNƏ ŞAD XƏBƏR VERMƏDİLƏR..." (YENİLƏNİB)
07 Dekabr 2017 Rəsmi Bakıdan Qüdsün İsrailin paytaxtı olmasına MÜNASİBƏT
06 Dekabr 2017 Millət vəkili Qənirə Paşayeva ilə Azərbaycan Dillər Universitetində görüş olub
06 Dekabr 2017 Vəzifəsindən azad olunan Fazil Məmmədovdan ilk AÇIQLAMA

Xəbər lenti