.
Publik hüquqi şəxs statusu Azərbaycanda təhsilin inkişafına xüsusi təkan verəcək.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, Prezident İlham Əliyevin dünən Azərbaycan Dillər Universiteti ilə bağlı imzaladığı sərəncamı şərh edərkən bildirib ki, universitetin publik hüquqi şəxs statusu alması Azərbaycan təhsili üçün uğurlu addımdır:
“Əslində, publik hüquqi şəxs statusu Azərbaycanda yeni olsa da, dünyada çox istifadə olunan modeldir. Publik hüquqi şəxs həm dövlət, həm də özəl xarakter daşıyır. Amma bu, elə bir müəssisədir ki, o, fəaliyyəti dövründə dövlət büdcəsindən maliyyələşmir. Publik hüquqi şəxs mülki hüquq institutudur, yəni öz-özünü Mülki Məcəllənin tələbləri ilə nizamlayır. Belə bir status Azərbaycanın ali təhsil müəssisələrində ilk deyil. Bundan bir müddət əvvəl Qafqaz Universiteti ləğv olundu və onun yerinə universitetlər arasında ilk publik hüquqi şəxs olan Mühəndislər Universiteti yarandı”.
Ekspert bildirib ki, dünya təhsil sistemində publik hüquqi şəxslərin iki formatı var: kommersiya və qeyri-kommersiya:
“Əslində publik hüquqi şəxslər gəlir əldə edə bilməz. Bunların maliyyələşməsi göstərdikləri xidmət ilə həyata keçirilir. Bu, yaxşı bir haldır”.
K.Əsədov bu gün Azərbaycan universitetlərinin dövlət büdcəsindən başqa gəlir yerlərinin olmadığını da vurğulayıb:
“Bu gün Azərbaycanda özəl və dövlət olmaqla 54 ali təhsil müəssəsi var. Özəl universitetləri çıxmaq şərti ilə dövlət universitetlərinin hamısı dövlət büdcəsindən asılı haldadırlar. Yəni dövlət büdcəsindən gələn vəsait ilə əməkdaşlarının əmək haqlarını, komunal və digər xərclərini ödəyirlər. Düzdür, tələbələrin təhsil haqlarından da gəlir əldə edirlər. Yeganə qeyri-mənbədən gələn gəlir də tələbələrin təhsil haqları hesabınadır. Ona görə də universitetlər əlləri ciblərində kef edirlər. Əlavə gəlir əldə etməkdə maraqlı deyillər.
Ancaq indi münasibətlər dəyişib. Yəni siz həqiqətən də var olmaq, ayaqda durmaq istəyirsinizsə, kefiyyətli xidmət göstərin və xidmətdən əldə etdiyiniz vəsait hesabına yaşayın. İndi universitetlər heç bir kənar layihədə iştirak etmirlər, xaricdən tələbə mübadiləsi həyata keçirmirlər. Dünyanın bir çox universitetləri xaricdən gələn tələbələr hesabına əlavə gəlir əldə edirlər. Məsələn, Türkiyədə 284 universitet var və bu universitetlərdə 800 mindən çox xarici tələbə təhsil alır. Bir şəhərdən ibarət olan Sinqapurun 4 tanınmış universitetində 80 min əcnəbi tələbə təhsil alır. Bu göstəricilər Rusiyada 250 min, Amerikada isə 21 milyondur. Bu tələbələrin hər biri gündə 10 dollar xərcləsə, görün nə qədər əlavə vəsait edir. Bizdə isə cəmi 4 min tələbə əcnəbidir”.
Ekspert publik hüquqi şəxs statusunun Azərbaycan universtitetləri arasında rəqabəti artıracağını söyləyib:
“Publik hüquqi şəxsə çevrilən Dillər Universiteti dünyanın fundamental dillərini tədris edir və pedoqoji kadrlar buraxır. Bu universitetdə demək olar ki, xaricdən tələbə oxumur. Ona görə hesab edirəm ki, publik hüquqi şəxsə çevriləndən sora ADU-nun inkişafında xüsusi dönəm başlayacaq. Əlbəttə, bu, bir az narahatlıq yarada bilər ki, universitetlər təhsil haqlarını qaldıracaq. Amma bu narahatlıq o qədər də real deyil. Mən inanıram ki, universitetlərimiz daha çox xidmət göstərməyə meyilli olacaqlar. Əmək bazarının tələblərinə uyğun olaraq təhsilin yuxarı pillələrinə peşəkar kadr hazırlayacaqlar. Bundan sonra universitetlər arasında daha yaxşı və sağlam rəqabət gedəcək. Hesab edirəm ki, bu, bizim universitetlərimizə yeni nəfəs verəcək.
Onu da qeyd edim ki, publik hüquqi şəxs statusuna malik olan universitetlər vəsait əldə etmək üçün düzgün idarəetmə sistemi qura bilməsələr, fəaliyyətini dayandıracaq. Çünki artıq onlar dövlət büdcəsindən maliyyələşməyəcək”.
Qeyd edək ki, dünən Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Dillər Universiteti bundan sonra publik hüquqi şəxs statusuna malik olacaq.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


16 Oktyabr 2017 Aslan İsmayılov barəsində cinayət işi başlandı
16 Oktyabr 2017 Sudan Respublikasının Azərbaycandakı səfiri Bakı Avrasiya Universitetində olub
16 Oktyabr 2017 Zakir Həsənov Tiflisə getdi
15 Oktyabr 2017 Amerikalı ekspert: Rusiyanın Ermənistana silah verməsi regionun təhlükəsizliyini təhdid edir
15 Oktyabr 2017 Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib
14 Oktyabr 2017 Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir – YENİ BƏNDLƏR
14 Oktyabr 2017 Ramil Usubov tanınmış polkovniki təqaüdə göndərdi
13 Oktyabr 2017 "Ermənistanın nə istədiyini başa düşmək çətindir" - XİN
13 Oktyabr 2017 Türk deputatlarla bağlı Bakıdan açıqlama
13 Oktyabr 2017 Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "dqr" bayrağını qopardılar, qarşıdurma yarandı
12 Oktyabr 2017 ABŞ UNESCO-dan çıxdığını elan etdi
12 Oktyabr 2017 BMT onu səfir seçdi
12 Oktyabr 2017 Q.Paşayeva Strasburqda AŞPA-da İraq Türkmənlərinin,Suriya Türkmənlərinin ağlr vəziyyətindən danışıb və onlara dəstək çağrısı edib
12 Oktyabr 2017 Gömrük komitəsinin səlahiyyətləri artırıldı
11 Oktyabr 2017 İran prezidenti: “Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq”
11 Oktyabr 2017 Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi...
11 Oktyabr 2017 4 günlük iş həftəsi rejiminə keçə bilərik? - Deputat
10 Oktyabr 2017 AST Telmanın daha bir şirkəti müflis oldu
09 Oktyabr 2017 "Rossiya 24” Azərbaycanı reklam etdi - dövlət büdcəsi hesabına (VİDEO)
09 Oktyabr 2017 Qardaşı Şahbaz Quliyevi görmək üçün İrəvana getmək istəyir
09 Oktyabr 2017 Trampa qarşı ittiham: III Dünya müharibəsi…
08 Oktyabr 2017 Azərbaycanın xarici işlər naziri Gürcüstanda səfərdədir
07 Oktyabr 2017 Deputatlarımız AŞPA-nın payız sessiyasına qatılacaq
07 Oktyabr 2017 Həmsədrlər Bakıya gəliblər
06 Oktyabr 2017 Son dəqiqə: Yaxın şərqdə tarixi an! Gözlənilən oldu.
06 Oktyabr 2017 AŞPA prezidenti istefa verdi: Şəxsi səbəblərə görə
06 Oktyabr 2017 Gözəl Bayramlının həbs müddəti uzadıldı
05 Oktyabr 2017 5 rayonun qaytarılması: Bakı niyə bu plana qarşıdır?
04 Oktyabr 2017 Aqronomluq Fakültəsində yüksəkixtisasli kadr hazirliği üçün hər cür şərait var
04 Oktyabr 2017 Aqil Abbasdan Nuri Paşa haqda gözlənilməz sözlər: “Ağlına dua yazım o paşanın…”

Xəbər lenti