.
Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam  kəndində dam örtüyü yanaraq sıradan çıxan orta məktəbi ziyarət edib və Təhsil nazirinə dəstək üçün müraciət edib.

Asiya.info xəbər verir ki,Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan kənd orta məktəbini ziyarət edib, müəllimlərlə görüşüb. Məktəbin direktoru ilə birlikdə məktəbi gəzən millət vəkili Q.Paşayevadan məktəb kollektivi  millət vəkili kimi məktəbin dam örtüyünün qısa zamanda təmir edilməsi istiqamətində müvafiq qurumlara müraciət etməsini xahiş edib. Məktəb kollektivi əks halda qısa zaman ərzində yağan yağışların məktəbin içərisini də tamamilə yararsız vəziyyətə sala biləcəyini deyiblər. Millət vəkili Q.Paşayeva bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi və rayon icra hakimiyyəti başçısı ilə danışıb və qısa zamanda məktəbin dam örtüyünün təmir edilməsi ilə bağlı məktəb kollektivinin və millət vəkili kimi özünün xahişini çatdırıb. Görüşdən sonra təkrar Təhsil Nazirliyinin rəsmiləri ilə vəziyyətlə bağlı bir daha danışacağını deyən millət vəkili problemin yaxın günlərdə öz həllini tapacağına inandığını deyib. Millət vəkili Q. Paşayeva eyni zamanda  kəndin müəllimləri ilə geniş söhbət edib, qayğı və problemlərlə maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək məktəbdə təhsi alan və yaxşı oxuyan şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onların hər birinə kitablar hədiyyə edib və oxumağa, mütaliə etməyə çağırıb.

Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


24 İyun 2017 Q.Paşayeva ön cəbhədə Ağdam və Vahidlidə sakinlərin Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib
24 İyun 2017 Baş Prokurorluq Əkrəm Həsənova XƏBƏRDARLIQ ETDİ
23 İyun 2017 Alimlərin mənzil davasına AMEA-dan cavab
23 İyun 2017 Telman İsmayılova daha bir şok
22 İyun 2017 Fransa Senatında azərbaycanlı qaçqın və köçkün problemi - Fotolar
22 İyun 2017 Ramazan ayında bir qədər xoş niyyətli olmaq çox çətin idimi?- Kamran Əsədov
22 İyun 2017 Millət vəkili Q.Paşayeva kənd sakinlərinin qaldırdıqları məsələləri Baş Nazirin diqqətinə çatdırıb
21 İyun 2017 Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti ilə bağlı vəkillərin fikirlərinə münasibət bildirib
21 İyun 2017 İran-ABŞ-Avropa:hərbi təhdidlər çoxalır, biznes isə genişlənir – Təhlil
21 İyun 2017 Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda sakinlərlə görüşüb
20 İyun 2017 Hökumət Evinə giriş qadağan edilir
20 İyun 2017 Ölkədə yeni dövlət qurumu yaradıldı - Rəhbəri kimdir? Hansı işlərə baxılcaq?
20 İyun 2017 Fransanın Müdafiə naziri istefaya gedir - Bir aydır təyin olunmuşdu
20 İyun 2017 Q.Paşayeva Tovuzda ön cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirib
19 İyun 2017 Artur Rasi-zadə Laosun xarici işlər naziri ilə görüşüb
19 İyun 2017 ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək
19 İyun 2017 Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var? –Məleykə Abbaszadə açıqladı
19 İyun 2017 Millət vəkili Tovuzun Qədirli və Cilovdarlı kəndlərini ziyarət edib
19 İyun 2017 Fransada Makronun partiyası böyük fərqlə qalib gəldi
18 İyun 2017 Ramil Usubov rəisi işdən çıxartdı və...
17 İyun 2017 Milli Məclisin üzvləri Qazaxıstana səfər edəcəklər
17 İyun 2017 ADU-nun yeni statusu: nələr dəyişdi? - Ekspert
17 İyun 2017 Beş erməni hərbçisi öldürüldü - Cəbhədə atışma
16 İyun 2017 Yeni qanun hamıya təhsil haqqı verir: əsgərliyə kim gedəcək?
15 İyun 2017 AMEA evsiz alimlərin problemlərini araşdırmağa qərar verdi
15 İyun 2017 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur
14 İyun 2017 Aİ nümayəndəliyi: "Azərbaycan və Aİ arasinda yeni sazış üzrə danışıqlar uğurlu olub"
14 İyun 2017 Fikrət Fərəməzoğluna hökm oxunub
14 İyun 2017 Ramil Usubov 50 polisə mükafatı şəxsən verdi
14 İyun 2017 Azərbaycanda bir neçə dövlət qurumu ləğv edildi

Xəbər lenti