.
Ölkə tarixində ən aşağı seçici iştirakı təsbit edildi
Fransada parlament seçkilərinin 2-ci turu başa çatdı. Prezident Emmanuel Makronun partiyası böyük üstünlüklə qalib gəldi.
Musavat.com xarici xəbər agentliklərinə istinadən xəbər verir ki, Makronun İrəli Respublika Partiyası koalisiyada olduğu Demokratik Hərəkat (Mouvement democratique-Modem) partiyası ilə birlikdə 62,1% səs toplayıb.
Fransanın “Le Monde” qəzetinin bu vaxta qədər verdiyi məlumata əsasən, Makronun liderlik etdiyi koalisiya 577 yerlik Milli Assambleyada 361 yerə sahib olacaq. “Le Figaro” qəzeti isə hakim parityanın 359 deputat mandatına sahib olduğunu xəbər verir.
Prezident artıq öz pariyasının qələbəsini elan edib. Baş nazir Eduard Filip isə jurnalistlərin qarşısına çıxaraq fransız seçicilərinin “İrəli”-yə səs verməklə ümid və nikbinliyi seçdiyini vurğulayıb: İrəli Respublika Partiyasının qələbəsi ölkəyə yeni şans və fransız demokratiyasına yeni nəfəs verəcək”, -baş nazir təntənə ilə bəyan edib.

Makronun seçkilərdəki əsas rəqibi Marin Le penin Milli Cəbhə Parityası 6-8 yer qazana bilər. 

Qeyd edək ki, Marin Le Pen özü ilk dəfə parlamentə keçməyə nail olub. O, Enen-Benon şəhər dairəsində seçicilərin 60% səsini toplayaraq deputat seçilib. Onun rəqibi, E.Makronun İrəli Respublika Partiyasından Ann Roke cəmi 30% səs toplayıb. Bu vaxta qədər Marin Le Pen sadəcə Avropa Parlamentinin üzvü seçilib. Avropa Birliyinin qanunlarına görə, o, Brüsseldəki mandatını təhvil verməli olacaq. 

Qeyd edək ki, Marin Le Penin ailəsindən, onun atası, Mİlli Cəbhənin keçmiş lideri Jan Mari le Pen və onun nəvəsi Marion Mareşal Le Pen Fransa parlamentində təmsil oluna biliblər.

Seçiciləri qarşsında çıxış edən Le Pen hakimiyyətin miqrasiya siyasətinə və Fransaya miqrant axınına qarşı mübarizə aparacağını bəyan edib. Le Pen seçicilərin gəlmə faizini aşağı olduğuna diqqət çəkərək, seçildiyi parlamentin legitimliyini belə şübhə altına alıb.

Prezident seçkilərində 20%-lik səslə böyük sürprizə imza atan Jan Lük Melanşonun Əyilməz Fransa Partiyası parlamentdə 25 mandatla kifayətlənəcək. Melanşon Makron iqtidarına qarşı qatı və radikal müxalifətdə duracağını indidən bəyan edib.

Seçkinin ən böyük məğlubu isə şübhəsiz ki, dünənə qədər ölkənin iki siyasi gücündən biri hesab olunan Sosialistlərdir. Ötən seçkilərin 289 deputat mandatına sahib partiya indi 40-45 yerə ümid edə bilər.

Fransa əhalisi sağçı Respublikaçıları ölkənin ana müxalifət partiyası olaraq müəyyən edib. İlkin nəticələrə əsasən, partiya 22% səslə 125-135 mandat qazanacaq. Respublikaçıların qazandığı nəticə əslində onlar üçün bəlkə də uğur olaraq qiymətləndirilməlidir. Parityada önə çıxan və parlaq lider yoxdur. Buna rəğmən, onun namizədləri 2-ci turda gözlənilənlərin əksinə bir çox dairədə Makronun parityasının nümayəndələrinə qalib gələ biliblər.

Hər halda siyasi müşahidəçilər fransızların prezidentə ən az 5 illik siyasi kredit verdiyini qeyd edirlər. İndi Emmauel Makron və Eduard Filip cütlüyünün qarşısında seçicilərə vəd edilən bəzi islahatlar durur.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


17 Avqust 2017 Yevda Abramovun müsahibəsi rezonans doğurub-deputatın dediklərinə reaksiyalar
16 Avqust 2017 Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib (YENİLƏNİB)
15 Avqust 2017 Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”
14 Avqust 2017 Çexiya XİN-in dövlət katibi Bakıya gəlib
12 Avqust 2017 Prezident Qax-Zaqatala yolunun bərpasına 23,3 milyon manat ayırdı
12 Avqust 2017 UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır
11 Avqust 2017 Trampdan Şimali Koreya ilə bağlı növbəti açıqlama
10 Avqust 2017 ABŞ Dövlət Departamenti Kubanın iki diplomatını ölkədən çıxarıb
09 Avqust 2017 FTB Trampın seçki qərargahının keçmiş rəhbərinin evində axtarış aparıb
08 Avqust 2017 Astan Şahverdiyevi cəzalandıracaq
07 Avqust 2017 İrandan Qarabağ açıqlaması: Böyük problem...
06 Avqust 2017 Rusiya və Türkiyə xarici işlər nazirləri Filippində görüşüb
06 Avqust 2017 Şimali Koreyaya qarşı sanksiyalar sərtləşdirildi
04 Avqust 2017 AZAL əhaliyə müraciət etdi: fırıldaqçılar müştərilərə...
04 Avqust 2017 Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək
03 Avqust 2017 Sürət Hüseynov sükutu pozdu - Pənah Hüseyn ağzından vurdu: iki sabiq baş nazir üz-üzə...
03 Avqust 2017 Yaponiya hökuməti istefaya getdi: Yeni təyinatlar
02 Avqust 2017 Aİ-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyinatı olub
02 Avqust 2017 Tramp qanunu imzaladı – Rusiyaya qarşı sanksiyalar qüvvəyə mindi
01 Avqust 2017 BMT ilə BAMF arasında müzakirə keçirildi
01 Avqust 2017 Hindistan səfiri ADAU-da olub!
31 İyul 2017 Prezidentdən Çingiz Qənizadəyə yüksək orden
31 İyul 2017 Azərbaycan apreldə daha çox ərazini azad etməli idi - İran
31 İyul 2017 Qazaxın icra başçısının müavini işdən çıxarıldı
30 İyul 2017 Heç nəyi cavabsız qoymayacağıq - Putin
29 İyul 2017 "Qarabağdan Uçhisara könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib
29 İyul 2017 Türkiyə XİN-dən Şimai Koreyaya çağırış:"Dünyada gərginlik yaradacaq addımlardan əl çəkin"
29 İyul 2017 Maykl Ceksonun ailəsi məhkəməyə verildi
29 İyul 2017 Aksarayda “Qarabağ hekayələrinin” imza mərasimi keçirilib
29 İyul 2017 Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilir

Xəbər lenti