.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə daha ciddi uğurlara imza atacaq.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqladır, daim xalqla iç-icədir:
"O, xalqın istək və arzularını özünün fəaliyyət prioritetinə çevirir və bundan irəli gələn vəzifələrin reallaşdırılmasında məqsədyönlüdür, ardıcıldır, prinsipialdır. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri əslində xalqın dövlət başçısının belə dəst-xəttinə adekvat münasibətidir. Bu münasibət onu deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın alternativsiz lideridir. Prezident İlham Əliyevin hər sözü, hər fikri əməli fəaliyyətdə fiksasiya olunur. Hesab edirəm ki, bu, çox ciddi amildir və heç də hər dövlət başçısı, siyasi xadim bu keyfiyyətin daşıyıcısı ola bilmək bacarığında deyil. Onu da düşünürəm ki, hər bir dövlət xadiminin cəmiyyətdəki populyarlığını şərtləndirən cəhət onun hər kəlməsinin real iş müstəvisinə daşınmasındadır. Bəli, cənab İlham Əliyev vədlər verir və onun vədləri dövlətin islahat paketində realizasiyasını tapır. İnsanlar bunu aydın görür, qiymətləndirir və dəstəkləyirlər".
Millət vəkili deyib ki, məlum sorğuda iştirak edən respondentlər konkret olaraq Prezidentin son bir ildəki fəaliyyətinə qiymət veriblər:
"Ötən bir ilin təhlili onu göstərir ki, Azərbaycanda böyük keyfiyyət dəyişiklikləri aparılır. Prezidentin 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlər böyük fəaliyyət platformasını təşkil edir. Proses həddən artıq çoxşaxəlidir. Burada kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarınadək bütün detallar tam şəkildə əksini tapır. Vətəndaşlar sorğuya cavablarında məhz buna qiymət veriblər. Onlar heç şübhəsiz, islahatların daha da dərinləşəcəyinə əmindirlər. Onlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası bütün sahələrdə daha ciddi uğurlara imza atacaqdır".
Ə.Amaşovun sözlərinə görə, vətəndaşlar ona da əmindirlər ki, dövlət başçısının yeritdiyi siyasət kursu onların rifah halının yüksəldəcəkdir:
"Azərbaycan Prezidenti işini ictimaiyyətdən, mediadan gələn reaksiyaları, cəmiyyətin və mətbuatın bu və ya digər məsələyə yanaşmasını ciddi şəkildə nəzərə alaraq qurur. Onun jestləri həm siyasi liderlik, həm də müstəsna böyüklük nümunəsidir. Siyasi liderliyində və böyüklüyündə sadəlik və səmimilik ştrixləri var. Hesab edirəm ki, hər bir vətəndaş bu incəliyi duyur. “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri vətəndaş və xalq duyumunun Prezidentə etimad və inama əsaslandığının növbəti bariz göstəricisidir".

Şərh yaz


24 İyun 2019 “Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24 İyun 2019 Vilayət Eyvazov müşavirə keçirdi
24 İyun 2019 Ağsu aşırımında dəhşət: "Əjdaha" peyda oldu - Video
24 İyun 2019 Müəllimlərlə bağlı işə qəbul başladı
24 İyun 2019 4 ölkə İrana qarşı birləşdi - Bəyanat
21 İyun 2019 “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
21 İyun 2019 Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir
21 İyun 2019 Zurabişvili təcili Tiflisə qayıdır: Səfər dayandırıldı
20 İyun 2019 Qənirə Paşayeva:"Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır!"
19 İyun 2019 Fuad Abbasovla bağlı yeni xəbər
19 İyun 2019 “Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi
19 İyun 2019 Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
19 İyun 2019 İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
18 İyun 2019 Daşnaklar Paşinyana qarşı ortaq axtarır: Çarukyanla görüş
17 İyun 2019 Prezidentlərin görüş vaxtı və yeri açıqlandı
15 İyun 2019 Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
15 İyun 2019 AzTV-də qalmaqal - “Şöbə müdirinin incəsənətdən anlayışı belə yoxdur”
15 İyun 2019 G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq- Xüsusi təyinatlı qüvvələr Osakaya toplanır
14 İyun 2019 “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək.
13 İyun 2019 Q.Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyində qadınları cəmiyyətin bütün sahələrində fəallıqlarını daha da artırmağa çağırıb
13 İyun 2019 Təhsil naziri UNESCO-da çıxış etdi
13 İyun 2019 Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Sərtləşmə olacaq"
12 İyun 2019 Q. Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib
11 İyun 2019 Usubov polkovnikə vəzifə verdi
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Ruslan Əsgərov həbs edildi – 5 milyardlıq VERGİ İDDİASI
10 İyun 2019 Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma seçkiləri tanımır
09 İyun 2019 Azərbaycan beynəlxalq komitəyə üzv seçildi
09 İyun 2019 Qazaxıstan gələcək prezidentini seçir - Yenilənir + Foto

Xəbər lenti