.

Cənab Prezident Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Cənab Prezidentə bütün azərbaycanlılar və bütün Türk dünyası adından bu gözəl addımına görə çox təşəkkür edirik. Millət vəkili həmkarım Fazil Mustafa ilə bir neçə dəfə çıxışlarımızda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi ilə bağlı addımların atılmasına ehtiyac olduğunu bildirmişdik. Cənab Prezidentə bu tarixi Sərəncamından dolayı bir daha təşəkkürümü bildirirəm. Qardaş Türkiyənin paytaxtı Ankarada Əhməd bəy Ağaoğlunun adına küçə vardı, lakin müəyyən siyasi proseslərdən sonra bu küçədən adı götürülmüşdür. Biz də qardaş Türkiyənin rəsmiləri, millət vəkilləri ilə görüşdə bir neçə dəfə Ankaranın mərkəzi küçələrindən birinə təkrar Əhməd bəy Ağaoğlunun adının verilməsi xahişini səsləndirmişdik. İnanırıq ki, cənab Prezidentin bu addımı yalnız azərbaycanlılara deyil, bütün Türk dünyasına bir mesaj olacaq və qardaş Türkiyənin paytaxtı Ankarada mərkəzi küçələrdən birinə Əhməd bəy Ağaoğlunun adının verilməsi ilə bağlı addımlar atılacaq. Tək Azərbaycanda deyil, qardaş Türkiyədə də Əhməd bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Çünki Əhməd bəy Ağaoğlu sözün əsl mənasında buna layiq şəxsiyyətlərimizdən biridir. Nur içində yatsın. Real TV-yə və onun dəyərli jurnalisti Ləman Ələşrəfqızına təşəkkür edirik ki, 2 ay bundan əvvəl Əhməd bəy Ağaoğlu barədə film çəkilişi təklifimizi qəbul etdilər və mart ayında İstanbulun Feriköy məzarlığında çəkilişlər oldu. Mən və Türkiyənin bir sıra tanınmış ziyalıları da Əhməd bəy Ağaoğlu barədə öz fikirlərini və düşüncələrini bölüşdülər. Əhməd bəy Ağaoğlu, ailəsi və qızı Sürəyya Ağaoğlu barədə gərəkli çəkilişlər oldu. İnşallah yaxın zamanlarda gənclərimiz Real TV-də Ləman xanımın təqdimatında Əhməd bəy Ağaoğlu haqqında filmi izləmək imkanına malik olacaqlar. Real TV-yə və Ləman xanıma bir daha təşəkkürümü bildirirəm. Gənclərimizi isə Əhməd bəy Ağaoğlunu dərindən öyrənməyə çağırırıq. İstanbula etdiyim hər səfərdə İstanbulda Feriköy məzarlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, o cümlədən Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edirəm. İstanbula yolu düşən hər kəsi Cümhuriyyət qurucularımızın məzarları olan Feriköy məzarlığını ziyarət etməyə, öz ehtiramlarını göstərməyə çağırıram.

Şərh yaz


24 İyun 2019 “Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24 İyun 2019 Vilayət Eyvazov müşavirə keçirdi
24 İyun 2019 Ağsu aşırımında dəhşət: "Əjdaha" peyda oldu - Video
24 İyun 2019 Müəllimlərlə bağlı işə qəbul başladı
24 İyun 2019 4 ölkə İrana qarşı birləşdi - Bəyanat
21 İyun 2019 “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
21 İyun 2019 Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir
21 İyun 2019 Zurabişvili təcili Tiflisə qayıdır: Səfər dayandırıldı
20 İyun 2019 Qənirə Paşayeva:"Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır!"
19 İyun 2019 Fuad Abbasovla bağlı yeni xəbər
19 İyun 2019 “Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi
19 İyun 2019 Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
19 İyun 2019 İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
18 İyun 2019 Daşnaklar Paşinyana qarşı ortaq axtarır: Çarukyanla görüş
17 İyun 2019 Prezidentlərin görüş vaxtı və yeri açıqlandı
15 İyun 2019 Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
15 İyun 2019 AzTV-də qalmaqal - “Şöbə müdirinin incəsənətdən anlayışı belə yoxdur”
15 İyun 2019 G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq- Xüsusi təyinatlı qüvvələr Osakaya toplanır
14 İyun 2019 “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək.
13 İyun 2019 Q.Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyində qadınları cəmiyyətin bütün sahələrində fəallıqlarını daha da artırmağa çağırıb
13 İyun 2019 Təhsil naziri UNESCO-da çıxış etdi
13 İyun 2019 Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Sərtləşmə olacaq"
12 İyun 2019 Q. Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib
11 İyun 2019 Usubov polkovnikə vəzifə verdi
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Ruslan Əsgərov həbs edildi – 5 milyardlıq VERGİ İDDİASI
10 İyun 2019 Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma seçkiləri tanımır
09 İyun 2019 Azərbaycan beynəlxalq komitəyə üzv seçildi
09 İyun 2019 Qazaxıstan gələcək prezidentini seçir - Yenilənir + Foto

Xəbər lenti