.


Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da “Azad müzakirələr”də Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib 

Millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva bu gün AŞPA-da çıxışında deyib:
“Əziz dostlar,
Mən Cənubi Qafqaz bölgəsində baş verən bəzi proseslər, Avropa məhkəməsinin icra olunmayan qərarları və AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri barədə danışmaq istəyirəm. Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün üçün təəssüf ki AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinən heç.bir ciddi təzyiq göstərmədilər. Çox təssüf ki Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir və onun yerinə yetirilməsi üçün AŞPA, AŞ qurumları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Öz evinə dönə bilməyən məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir. Mən eyni zamanda başqa bir vacib məsələni də səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Bir müddən əvvəl Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyanı çağırırıq ki bu məsələyə də daha böyük diqqət yetirsin və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etsin.
Əziz dostlar,
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın AŞ yanında Daimi Nümayəndəliyi yaz sessiyasi çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirdi və dəhşətli faktları fotolarla təqdim etdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbirstanlıqların dağıdılmasına AŞPA biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Biz sizi Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq.
Əziz dostlar, evlərinə dönə bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha faəl mövqe, bu istiqamətdə səylərinizi daha da artırmanızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır.”

Şərh yaz


20 Aprel 2019 Ramil Usubov bu rayonlarda sıra baxışları keçirəcək
20 Aprel 2019 Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib- VİDEO+FOTOLAR
20 Aprel 2019 Brüssel-Bakı sazişi: Müxalifət və ermənilər narahatdır...
19 Aprel 2019 Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edildi
19 Aprel 2019 Novruz Məmmədovdan 50 milyonluq sərəncam - BDU ilə bağlı...
19 Aprel 2019 “Poroşenko deyir ki, bütün oğruların əlini kəsdirəcək…” – ZELENSKİ
18 Aprel 2019 DGK-dan ittihamlarla bağlı AÇIQLAMA
18 Aprel 2019 “Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
18 Aprel 2019 Biz bu ölkəni böyük maraqla izləyirik - Prezident
17 Aprel 2019 Dairəvi yolda iki avtomobil toqquşdu - VİDEO
17 Aprel 2019 KİV: ABŞ və Türkiyə S-400 raketləri üzrə fikir ayrılıqlarını aradan qaldıra bilməyib
17 Aprel 2019 Nazirlərin görüşü: Moskvanın budəfəki Qarabağ addımı...
17 Aprel 2019 Nazirlər Kabineti dəyişikliyi təsdiq ETDİ
17 Aprel 2019 Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi
16 Aprel 2019 İrəvan çətin durumda: ciddi təhdidlər yaranıb
14 Aprel 2019 Millət vəkili İtaliyanın ermənipərəst mövqeyini ittiham etdi
14 Aprel 2019 Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı
13 Aprel 2019 Yaponiya və Azərbaycan arasında tarixi hadisə: Azərbaycan Asiya ilə Avropa arasında logistik və ticarət mərkəzinə çevrilir
11 Aprel 2019 "Cənab Prezidentə bütün azərbaycanlılar və bütün Türk dünyası adından bu gözəl addımına görə çox təşəkkür edirik"-Qənirə Paşayeva
11 Aprel 2019 «Türkiyə eyni vaxtda F-35 və S-400-ə sahib ola bilməyəcək» – POMPEO
11 Aprel 2019 REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb
11 Aprel 2019 Əflatun Amaşov: Vətəndaşlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə daha ciddi uğurlara imza atacaq
11 Aprel 2019 Putin azərbaycanlını mükafatlandırdı
11 Aprel 2019 Əli Həsənov Prezidentin qələbə qazanmasının səbəbini AÇIQLADI
10 Aprel 2019 Millət vəkili:" Azərbaycan və Gürcüstan dövlətləri tarixi dostluqlarını daha da möhkəmləndirib"
10 Aprel 2019 İlham Əliyev argentinalı səfiri qəbul edib - FOTO
10 Aprel 2019 Baş Prokurorluğun balansındakı bina Vəkillər Kollegiyasına verilib
10 Aprel 2019 Netanyahu seçkilərdə qalib gəldiyini açıqladı
09 Aprel 2019 Azərbaycan İrana humanitar yardım göndərəcək
09 Aprel 2019 Millət vəkili Q.Paşayeva AŞPA-da 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışıb və AŞ-nı, beynəlxalq təşkilatları işğallara qarşı sərt mübarizəyə çağırıb

Xəbər lenti