.


Gəncə Dövlət UniversitetiRiyazi analiz kafedrasının müəllimi Tofiq Muradov Asiya.info-ya şikayət məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli redaksiya, afn.az saytının rəhbəri Həbibə xanımın  Gəncə Dövlət Universitetinin 80 yaşını keçmiş, ağılı azalmış, özünə hörmət qoymayan əməkdaşı tərəfindən təhqir olunmasına  çox üzüldük. Universitetdə hamını boğaza yığmış bu şəxsə nədənsə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı,Tərəqqi medalı da verilib.Bu savadsız şəxs universitetin rektorunu belə təhdid edir.
Bu adam universitetdə şər simvolu kimi tanınır.Öz işlədiyi kafedranın habelə universitetin əksər əməkdaşları buna salam belə vermir, bunun gəldiyini görüb yollarını belə dəyişirlər.Hörmətli Vitse prezident  Mehriban xanım Gəncəyə gələndə nədənsə onunla Xan bağında görüşə belə qatıla bilmişdi. Məlumunuz olsun ki,Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin,habelə universitetinin baş ağrısına çevrilmişdir.

Əliqulu Quliyev kimdir?
Bu suala Universiteti bitirmiş hər bir məzun, Gəncə şəhərinin hər bir vətəndaşı bir mənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev rüşvətxor, özündən razı, heç kəsi bəyənməyən, hamını “şantaj” edən 80-yaşlı qoca bir müəllimdir. Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. 
Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da əyri yollarla müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir. Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayevdə bu acı taleyi yaşamışdır. Hətta Bəmramgur müəllimin ölümü ilə bağlı aidiyyatı olan Dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin kafedra müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq "Ümumi riyaziyyat" kafedrasına müdir təyin olunmuş, 20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış işləri, dissertasiya işləri praktika işlərinin tənzimlənməsi ilə məşğul olan şəkər və dializ xəstəsi olan 72 yaşlı Mayıl Mustafayev maneə olmuşlar. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir. Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər səhiyyə nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar bu məsələdə nə cavab verəcəklər? Gənc kadrların işə təmin olunması Dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Bu cür  sağlamlıq durumları yerində olmayan Dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan bu tip müəllimlər gənc kadrlarla hökmən əvəz olunmalıdırlar. Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir.
***
Görünür, nahaq yerə deməyiblər: “Müsibət oluruq biz, səhv düşəndə GDU-dakı yerlərimiz”.

Hələ bir müddət bundan əvvəl bu adam koridorlarda hamiya fəxrlə yalandan deyirdi: "Getdim Bakiya universitetdən yazan saytlari Mətbuat şurasına verib 4 saytı bağlatdım".

Hələ 1964-cü ildə Yevlax rayonunun Xaldan kəndində orta məktəbdə müəllim işləyəndə də öz şagirdini zorlama və xuliqanlıq üstündə həbs olunmuş və bir neçə il həbsdə yatmışdı. Amma hansısa naməlum sehrli əlin sayəsində həbsdən çıxıb yenidən pedaqoq oldu və həmin Ə.Quliyev indi GDU-da ETİKA KOMİSSİYASİNA SƏDRLİK EDİR. Bu adamı hamı taniyir və universitetin adına ləkə gətirir. 5-6 il bundan qabaq öz işçisı ilə öz kabinetində intim münasibətdə olan, tələbələrini zorlayan bir qadın düşkünü olan manyak ziyalı kollektivinə necə etika öyrədə bilər?! Hələ bir dəfə Əliqulu riyaziyyat kafedrasının müdiri Nadir Novruzovu universitetdə başindan ölümcül olaraq beşbarmaqla vurmuşdu. GDU-da işləyən yaşlı və orta yaşlı nəsil hamısı bunu bilir. Nadir müəllim bir müddət xəstəxanada yatdı. Bir dəfə də GDU-nun kecmiş rektoru, professor Həsənbala Sadıqovu gedib kabinetində vurmaq, döymək istəmişdi. Bunun xuliqanlığının qarşısını alan yoxdur. Bu vərəm xəstəsidir, bunu əsas tutaraq keçmiş rektor H.Sadıqov onu universitetdən qovmuşdu, lakin sehrli əllər onu yenidən işə bərpa etdi. 
Bu yaxınlarda rəhmətə getmiş, keçmiş kafedra müdiri olmuş Bəhramgur Mustafayev xəstəxanada can verərkən yaxın adamına deyib ki, məni Əliqulu Quliyev və Mayıl Mustafayev çərlədib öldürdülər. Bu barədə Gəncə şəhər Polis İdarəsində cinayət işi açıldı və təhqiqat gedir.Təhsil Nazirliyində şöbə müdiri olan İlham Mustafayev vəzifədən çıxdıqdan sonra Bəhramgur müəllimə bu iki qoca müəllimlər daim təzyiq edərək,onu dəfələrlə təhqir ediblər,onun barəsində insanlığa sığmayan şər və böhtanlar atıblar.Nəticədə isə Bəhramgur müəllim üçün universitetə təcili yardım maşını çağırıldı və o, xəstəxanada rəhmətə getdi.
Belə bir insanın universitetdə 50-80 tələbənin qarşısında mühazirə oxumağı nə dərəcədə doğrudur?
Vay riyaziyyat fakültəsinin tələbələrinin halına...Onların gənc yaşlarında hava ilə yayılan bu xəstəliyə tutulma riski çox böyükdür…
Bəli, bu qoca müəllim hamını aldadır. O, bütün işlərində şəhərin sabiq rəhbərliyi tərəfindən dəstəkləndiyini açıq şəkildə söyləyirdi. Bu adamı etdiyi günahlara görə cəzalandırılmaq əvəzinə universitet rəhbərliyi fəxri adlara layiq görür. O, yerdə işləmək mümkün deyil ki, cinayətkar cəzasız qalsın, günahsıza isə cəza verilsin. Bu tip insanlar bilməlidirlər ki, insan ağlını itirəndə hər şeyini itirir.
UNİVERSİTETİN  MÜƏLLİM KOLLEKTİVİ HƏBİBƏ XANIMIN TƏHQİR OLUNMAĞINA ÜZÜLÜR,BU MƏSƏLƏDƏ ONU ALQIŞLAYIR.Xahiş edirik ki, jurnalist səlahiyyətinizdən istifadə edib lazımi orqanlar qarşısında məsələ qaldırıb universitetin canını ondan xilas edəsiniz.Bunun bütün medalları, ordenləri və əməkdar müəllim adı geri alınmalıdır".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Asiya.info
 

Şərh yaz


24 İyun 2019 “Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24 İyun 2019 Vilayət Eyvazov müşavirə keçirdi
24 İyun 2019 Ağsu aşırımında dəhşət: "Əjdaha" peyda oldu - Video
24 İyun 2019 Müəllimlərlə bağlı işə qəbul başladı
24 İyun 2019 4 ölkə İrana qarşı birləşdi - Bəyanat
21 İyun 2019 “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu
21 İyun 2019 Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir
21 İyun 2019 Zurabişvili təcili Tiflisə qayıdır: Səfər dayandırıldı
20 İyun 2019 Qənirə Paşayeva:"Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır!"
19 İyun 2019 Fuad Abbasovla bağlı yeni xəbər
19 İyun 2019 “Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi
19 İyun 2019 Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
19 İyun 2019 İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
18 İyun 2019 Daşnaklar Paşinyana qarşı ortaq axtarır: Çarukyanla görüş
17 İyun 2019 Prezidentlərin görüş vaxtı və yeri açıqlandı
15 İyun 2019 Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
15 İyun 2019 AzTV-də qalmaqal - “Şöbə müdirinin incəsənətdən anlayışı belə yoxdur”
15 İyun 2019 G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq- Xüsusi təyinatlı qüvvələr Osakaya toplanır
14 İyun 2019 “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək.
13 İyun 2019 Q.Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyində qadınları cəmiyyətin bütün sahələrində fəallıqlarını daha da artırmağa çağırıb
13 İyun 2019 Təhsil naziri UNESCO-da çıxış etdi
13 İyun 2019 Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Sərtləşmə olacaq"
12 İyun 2019 Q. Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib
11 İyun 2019 Usubov polkovnikə vəzifə verdi
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Ruslan Əsgərov həbs edildi – 5 milyardlıq VERGİ İDDİASI
10 İyun 2019 Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma seçkiləri tanımır
09 İyun 2019 Azərbaycan beynəlxalq komitəyə üzv seçildi
09 İyun 2019 Qazaxıstan gələcək prezidentini seçir - Yenilənir + Foto

Xəbər lenti