.

Mayın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib.
XİN-dən Musavat.com-a verilən məlumata görə, Finlandiyanın Nazirlər Komitəsinə altı aylıq sədrliyinə yekun vuran toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Avropa Şurasının təsis edilməsinin 70-ci ildönümünün qeyd olunduğu bu Nazirlər sessiyasında təşkilatın üzləşdiyi təhdidlər, mümkün islahatlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Toplantıda çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev əvvəlcə Avropa Şurası ilə aparılan əməkdaşlığa toxunub və bir müddət öncə təsdiq olunmuş Avropa Şurasının Azərbaycan üzrə növbəti Fəaliyyət Planının icrasından bəhs edib. O, bundan əlavə, Avropa qitəsində mövcud münaqişə zonalarına beynəlxalq təsisatların girişinə dair Azərbaycanın prinsipial mövqeyini xatırladıb və bu zonalarla bağlı mümkün fəaliyyətlərin öncədən legitim mərkəzi hakimiyyət dairələri ilə razılaşdırılmalı olduğunu bəyan edib. Nazir müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən hərbi işğalının nəticəsi olaraq yaranmış vəziyyətə istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə çıxardığı önəmli hökmdə bu ölkənin Azərbaycanın işğal olunmuş əraziləri üzərində effektiv nəzarəti həyata keçirdiyi barədə gəldiyi qənaəti vurğulayıb.
Qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə olunub və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.
Helsinkidəki sessiyanın ardınca Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə yekun vurulub və sədrlik növbəti altı ay üçün Fransaya keçib.
Musavat.com

Şərh yaz


20 Sentyabr 2019 Vilayət Eyvazov idarə rəisini işdən çıxardı
19 Sentyabr 2019 Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub
18 Sentyabr 2019 Alman deputat: Ermənistan ilkin mərhələ 5 rayonu qaytarmalıdır - VİDEO
18 Sentyabr 2019 Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib
18 Sentyabr 2019 Ermənistanda ŞOK SƏNƏD yayıldı: Nikol Paşinyan dəlixanada yatıb – FOTOFAKT
18 Sentyabr 2019 Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova
18 Sentyabr 2019 Məmmədyarov Vatikanda Kardinalla görüşdü - Foto
17 Sentyabr 2019 Bakı Avrasiya Kollecində açılış mərasimi keçirilib
17 Sentyabr 2019 Zakir Həsənov Ceyms Şarpla görüşdü
17 Sentyabr 2019 PA rəsmisi: Azərbaycan KTMT-yə müraciət etməyib
17 Sentyabr 2019 Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?
16 Sentyabr 2019 Rüsvay olanların iyrənc kampaniyası – Millət vəkili
15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
09 Sentyabr 2019 “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper

Xəbər lenti