.

Millət vəkili, AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib və alimlərə, ziyalılara çağırış edib.

Asiya.info xəbər verir ki, tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru professor Oqtay Səmədov, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva bildiriblər ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Taleyin hökmü ilə sınaqlara çəkilən, parçalanmaq həddinə çatan dünya azərbaycanlılarının ümid yeri – Vətənimiz Azərbaycan 1993-cü ilin əvvəllərində ağır vəziyyətlə  üzləşmişdir. Lakin bu çətin məqamda Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da xilaskarlıq missiyası ilə Bakıya qayıtmış və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilərək bir daha öz xalqına ləyaqətlə xidmətə başlamışdır və ölkəmizi inkişaf etdirmişdir. Bu gün isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz böyük uğurlar qazanır. Tədbirdə millət vəkili AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva   15 iyun- Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Millət vəkili Q.Paşayeva 15 iyun – Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarından və hər şeydən üstün tutmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb. Millət vəkili Q.Paşayeva bildirdi ki, kişi alimlərimiz və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq, eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var və inanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər. Millət vəkili Q.Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq bu məsələyə xüsusi diqqət yetirilməlidir. Millət vəkili Q.Paşayeva AMEA-nın Radiasiya Problemləri İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizlə söhbətlərində sizin ölkəmiz və xalqımız üçün fəaliyyətiniz hamımız, xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdənsiniz deyib. Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova iştirak edib.

Şərh yaz


20 İyun 2019 Qənirə Paşayeva:"Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır!"
19 İyun 2019 Fuad Abbasovla bağlı yeni xəbər
19 İyun 2019 “Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi
19 İyun 2019 Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
19 İyun 2019 İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
18 İyun 2019 Daşnaklar Paşinyana qarşı ortaq axtarır: Çarukyanla görüş
17 İyun 2019 Prezidentlərin görüş vaxtı və yeri açıqlandı
15 İyun 2019 Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü
15 İyun 2019 Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək
15 İyun 2019 AzTV-də qalmaqal - “Şöbə müdirinin incəsənətdən anlayışı belə yoxdur”
15 İyun 2019 G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq- Xüsusi təyinatlı qüvvələr Osakaya toplanır
14 İyun 2019 “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək.
13 İyun 2019 Q.Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyində qadınları cəmiyyətin bütün sahələrində fəallıqlarını daha da artırmağa çağırıb
13 İyun 2019 Təhsil naziri UNESCO-da çıxış etdi
13 İyun 2019 Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Sərtləşmə olacaq"
11 İyun 2019 Usubov polkovnikə vəzifə verdi
11 İyun 2019 Prezident onlara fəxri adlar verdi - Siyahı
11 İyun 2019 Ruslan Əsgərov həbs edildi – 5 milyardlıq VERGİ İDDİASI
10 İyun 2019 Azərbaycan XİN Cənubi Osetiyadakı qondarma seçkiləri tanımır
09 İyun 2019 Azərbaycan beynəlxalq komitəyə üzv seçildi
09 İyun 2019 Qazaxıstan gələcək prezidentini seçir - Yenilənir + Foto
09 İyun 2019 Azərbaycanlı deputat Fransa məhkəməsinə səsləndi
08 İyun 2019 Ramil Usubovdan sərt qərar – Polis şöbəsində vəkili döyən polislərlə bağlı
07 İyun 2019 Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların Ramazan bayramını təbrik edib, qayğılarını dinləyib
07 İyun 2019 Paşinyan hər şey edir ki, Bakı müharibəyə başlasın – Trofimçuk
07 İyun 2019 Ali məktəblərin magistraturalarına ixtisas seçimi başlayıb
05 İyun 2019 Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib
04 İyun 2019 Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar
04 İyun 2019 Dağlıq Qarabağın azərbaycanlı icmasından Ermənistana çağırış: "Tarixi və mədəni abidələrmizi dağıtmağa son qoyun" - VİDEO
01 İyun 2019 Azərbaycandan erməni rəhbərliyi ilə bağlı BMT Baş katibinə - Məktub

Xəbər lenti