.


Zaqatala rayonunun Qanıx (Alazan) çayı vadisində yerləşən kəndləri iri ağcaqanadların və digər həşəratların hücumuna məruz qalıb. 


Bu il yazın əvvəllərində çayın daşması nəticəsində əmələ gələn bataqlıqlar həşəratların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığından, isti yay aylarında çay hövzəsi kəndlərdə yaşamaq müşkülə çevrilib. Qanıx sahilində yerləşən Kəpənəkçi, Mosul, Aşağı Çardaxlar  və digər kəndlərin sakinləri evlərində rahat yaşaya bilmədiklərindən yay aylarında hətta öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına Qanıx vadisində yaşayan sakinlər müraciət ediblər. Şikayətçilər deyirlər ki, daşqınlardan sonra çayın Gürcüstan ərazisindəki kəndlərdən keçən hissəsi ətrafında  dezinfeksiya işləri aparılıb. Amma Azərbaycan tərəfdə daşqın nəticəsində yaranan bataqlıqlar dərmanlanmır və nəticədə qansoran, eyni zamanda malyariya və digər təhlükəli xəstəliklərin daşıyıcıları olan həşəratlar bulud topaları kimi kəndlər üzərində uçuşur.

Rayonun Faldarlı bələdiyyəsinin sədri Sərdar Yusubov da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aidiyyati orqanlara problemlə bağlı müraciət olunsa da, lakin heç bir tədbir görməyiblər. 

Doğrudan da bu il ağcaqanad əlindən dayanmaq mümkün deyil. Əvvəllər də olurdu, bu il isə ümumiyyətlə çoxdur. Həm barama, həm də bal arısı saxlandığına görə kəndləri dərmanlaya bilmədilər. Dedilər gözləyin, dezinfeksiya işləri aparılacaq. İndi həm barama, həm bal mövsümü başa çatmaq üzrədir, yəqin ki, bundan sonra dərmanlama işləri aparılacaq”,-bələdiyyə sədri belə ümid edir.

Kəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova isə bildirir ki, ağcaqanad və digər həşəratlar rayonun Qanıx vadisində yerləşən ərazilərində daha çox yayılıb. Orada isə yaşayış yoxdur, yalnız kəndlilərə məxsus təsərrüfatlar yerləşir.

“Barama və arılar yetişdirilən ərazilərdə ağcaqanad yayılıb. Sırf ağcaqanadların çox olduğu ərazidə insanlar yaşamır. Orada fermalar, digər təsərrüfat obyektləri var. Hər il ağcaqanad və digər həşəratlar olurdu, dərman vururdular. Amma bu il baramalar hələ təhvil verilməyib, ona görə dezinfeksiya tədbirləri görə bilmirlər. Mütəxəssislər belə izah edirlər ki, dərman vurulsa, həşəratlar da qırılacaq, barama və arılar da məhv olacaq, insanların təsərrüfatlarına külli miqdarda ziyan dəyəcək. Çünki hamı 5-10 qəpiyin dalınca düşüb, əziyyətlərinin bəhrəsini görmək istəyir”,-Şabanova deyir

X. Şabanova kəndlərin ağcaqanadların yayılması səbəbindən boşalması ilə bağlı deyilənlərlə razılaşmır: “Burada ağcaqanad var, amma elə narahatlığa səbəb olacaq qədər deyil. Təxminən bir-iki həftə əvvəl çox yayıldı, lakin sonradan düşən güclü istilərdən tələf oldular. Qanıx vadisi, göl ərazisində indi də var, amma orada insanlar yaşamır. Yalnız mal-qara örüşə aparılır. Təhlükəli vəziyyət, malyariya yayılma ehtimalı yoxdur. Kim şikayət edibsə, 5-10 milçəyin xofuna düşüb...”

Problemlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. 

Zaqatala Gigiyena və epidemiologiya mərkəzindən isə artıq dərmanlama işlərinə başlandığını dedilər. Zaqatala GEM-in direktoru Əlişad Qüdrətoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq dərmanlama işləri Aşağı Çardaxlar, Uzunqazmalar kəndlərində, meşə massivində, əhalinin həyətyanı sahələrində aparılıb.

“Bizə sakinlərin müraciət etməsinə ehtiyac yoxdur, çünki bizim öz tədbirlər planımız var və ona uyğun dezinfeksiya işlərini ardıcıl həyata keçiririk. Növbəti belə tədbirlər Muğanlı kəndində aparılacaq. Bu kənd də Qanıx vadisində yerləşir. Oradan Kəpənəkçi, Qanqax və Mosul kəndlərinə keçəcəyik”, - o deyib.

Ə. Qüdrətoğlu bildirib ki, bu il ağcaqanad və həşəratların çoxalması Qanıx çayının daşmasından sonra bəzi ərazilərin və meşə massivlərinin suyun altında qalması ilə bağlıdır. Onun sözlərinə görə, Aşağı Çardaxlı kəndinin yarısı suyun altında qalmışdı, son dövrlər müşahidə olunan kəskin istilərdən sonra su çəkilib.

“18 dərəcə temperatur olanda, gölməçələr əmələ gələndə ağcaqanadların çoxalması üçün münbit şərait yaranır. Digər tərəfdən isə, əhali mal-qaranı meşə ərazilərində otarır, örüşdən qayıdan heyvanlar da özləri ilə kəndə ağcaqanadlar gətirilər. Sovet dövründə təyyarə ilə dərmanlama işləri aparılırdı. Artıq bu üsul qadağan olunub. Doğrudur, Qanıx vadisində bəzi evlərdə arı və barama təsərrüfatları var. Biz onlara dərman vura bilmirdik. Amma hazırda bu tədbirlər həyata keçirilir”,-Ə.Qüdrətoğlu belə deyir.

Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük sol qoludur və  Mingəçevir su anbarına tökülür. Sonuncu dəfə bu ilin may ayında çayda daşqın baş verib, həm Gürcüstan, həm də Azərbaycan tərəfdə xeyli ərazi suyun altında qalıb.

Şərh yaz


20 İyul 2019 Müdafiə naziri Zakir Həsənov xidməti müşavirə keçirib
20 İyul 2019 Çavuşoğlu və Pompeo telefonla C-400, F-35 və Suriya məsələlərini müzakirə ediblər
20 İyul 2019 Məmmədyarov Çinin yeni səfirini qəbul edib
19 İyul 2019 Qənirə Paşayeva Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
18 İyul 2019 Gürcüstan parlamentində sərhəd problemi ilə bağlı qapalı müzakirələrin keçirilməsi təklif olunub
17 İyul 2019 Millət vəkili Q.Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri, təşkilat rəhbərləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.
16 İyul 2019 Azərbaycan 2-ci dəfə BMT-yə Milli Hesabat verdi
16 İyul 2019 Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi
15 İyul 2019 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib
15 İyul 2019 Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti və bu ölkənin tanınmış qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 İsveç BMT-nin sazişindən imtina edir: Nüvə silahı...
12 İyul 2019 Aİ Bakı ilə İrəvanın əməkdaşlığı üçün çalışır - XİN
12 İyul 2019 Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək
09 İyul 2019 Avropa Şurasının prezidenti Azərbaycana gəldi
07 İyul 2019 “Şəki Xan Sarayı bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur” - İlham Əliyev
07 İyul 2019 Hacı Nuran Avropa Olimpiya Festivalının (EYOF-2019) əməliyyat komitəsi tərəfindən səfir seçilib.
06 İyul 2019 Məmmədyarov: "Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistanla bağlı tədbirlər görəcəyini gözləyir"
06 İyul 2019 Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
05 İyul 2019 DİN, DTX və Komitədən birgə REYD: 180 dini...
04 İyul 2019 Nazir əmr imzaladı: Müdir işdən çıxarıldı - Səbəb
04 İyul 2019 Deputatlar aksiyaya başladı: Nə qədər pul yığılıb? - Məbləğ
04 İyul 2019 Reket baş redaktorla bağlı – Qərar
04 İyul 2019 Bakının yeni Hərbi prokuroru İlyas Rzayev kimdir?
04 İyul 2019 Təhsil ekspertindən Təhsil Nazirliyinə haqlı sual: "Hansı dəyişiklik, uğur əldə olunub?"
03 İyul 2019 XİN: Ermənistanın tələbi tədbirdə iştirakdan yayınmaq üçün siyasi qərardır
03 İyul 2019 Vilayət Eyvazov xalqla növbəti görüşünü Gəncədə edəcək
03 İyul 2019 52 min nəfər müəllim olmaq istəyir - Nazirlik açıqladı
02 İyul 2019 Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına rəsmi qərar verildi – BU GÜN
02 İyul 2019 Elmar Məmmədyarov yeni səfirlərlə görüşdü

Xəbər lenti