.

Millət vəkili Q.Paşayeva MM-in səhiyyə komitəsinin iclasında bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır, bu olmadan, bəzi problemlərin həllini tapması çətindir deyib və təkliflərlə çıxış edib

Asiya.info xəbər verir kİ, Millət vəkili, MM səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva  “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləmələrdə və sənədin müzakirəsində çıxış edərək bir sıra vacib təkliflər irəli sürüb və bütün xəstəxanalarda klinik tibbi protokolların mütləq olması lazımdır deyib. O bildirib ki, klinik tibbi protokolların bütün xəstəxanalarda mütləq olmasını tələb edən yanaşma həm qanunvericilikdə öz əksini tapmalıdır, eyni zamanda onun tətbiqinə ciddi nəzarət müxanizmlərini müvafiq icra hakimiyyəti qurumları həyata keçirməlidir. Xəstəxanalarda klinik tibbi protokolların olmaması pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinə, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə öz mənfi təsirini göstərəcək. Bu gün xəstəxanalarda ən vacib məsələlərdən biri klinik tibbi protokolların olmaması ilə bağlıdır. Millət vəkili Q.Paşayeva deyib ki, pasiyentlərin, xəstələrin hüquqlarının qorunması sahəsində həm qanunvericilikdə yeni qanun layihəsinin qəbulu, həm də bu sahəyə cavabdeh qurumların öz işlərini daha da gücləndirmələri çox vacibdir. Pasiyentlər, xəstələr ilə tibb işçiləri, tibb müəssisələri arasında narazılıq doğuran məsələlərin məhkəmə müstəvisində həlli üçün də klinik tibb protokollar istinad sənədi rolunu oynayır,ona görə də onun bütün xəstəxanalarda tətbiqi vacibdir. Eyni zamanda  bu gələn ildən geniş tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı çox vacibdir.  
Millət vəkili Q.Paşayeva bəzi həkimlər tərəfindən yol verilən  səhlənkarlıq, peşə vəzifələrini layiqincə yerinə yetirməməsi, bu səbəbdən xəstənin sağlamlığına vurulan ciddi zərərlər barədə də danışıb, həkimlərin yol verdiyi səhvlər və səhlənkarlığa görə cərimə və cəza mexanizmləri daha da ciddiləşdirilməlidir və bütün bunlar qanunvericilikdə öz əksini tapmalıdır dedi.
Millət vəkili Q.Paşayeva rayonlarda, bölgələrdə təcili tibbi yardım həkimlərinin xahişlərini də diqqətə çatdırıb və  iş başında təcili tibbi yardım həkimlərinin və personalının bəzi hallarda xəstənin yaxınları tərəfindən üzləşdikləri təzyiq, zorakılıq hallarından danışıb, bunun yolverilməız olduğunu diqqətə çatdırıb, bu cür vəziyyətin təcili tibbi yardım həkimləri və personalı ilə bərabər, gün içərisində təcili tibbi yardım gözləyən xəstələrə də zərər vurduğunu söyləyərək bu məsələlərin qarşısınını alınması istiqamətində addımlar atılmasnın vacibliyini vurğulayıb. O deyib ki, təcili tibbi yardım həkimlərinin və personalının xətası və səhənkarlığı varsa, onun cəzalanması üçün hüquqi yollara əl atılmalıdır, amma iş başında olan təcili tibbi yardım həkim və personalına qarşı təzyiq və zorakılıq halları baş verirsə, bu, belə vəziyyətlə üzləşən təcili tibbi yardım heyətinin digər xəstələrə yardım göstərmə keyfiyyətinə təsir göstərə bilər və bunu hamımız diqqətə almalıyıq.
Millət vəkili Q.Paşayevanın iclasda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Şərh yaz


16 Noyabr 2019 Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15 Noyabr 2019 Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT
13 Noyabr 2019 Fəxri konsuldan Azərbaycan barədə xoş sözlər
13 Noyabr 2019 “Dörd əsgər anasıyam!”
12 Noyabr 2019 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
12 Noyabr 2019 Ramiz Mehdiyev ona vəzifə verdi - Foto
12 Noyabr 2019 Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanıcəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb
12 Noyabr 2019 İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!
12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
12 Noyabr 2019 Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 "Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə” mövzusunda konfrans keçirilmişdir
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”

Xəbər lenti