.

Cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, tanınmış aparıcı və müğənni İslam Ələsgərov açdı. İslam müəllim sözü tədbirin təşkilatçısı - “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğluna verdi. Ş.Sabiroğlu 2018-ci ildə Dövlət Başçısı İ.Əliyevin müvafiq tapşırıqlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 illik yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı. Şamil müəllim xüsusi olaraq qeyd etdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun maddi-texniki imkanlarının artması üçün əllərindən gələni əsirgəmir.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov General-polkovnik Zakir Həsənovun rəhbərliyi dövründə Silahlı Qüvvələrin şəxsi heyətinin qazandığı uğurlardan danışdı.
Respublika “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev Ordunun kişilik məktəbi olduğunu qeyd etdi. Cəbrayıl rayonundan olan vətənpərvər insan, hazırda Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, iş adamı xanım Arzu Əliyeva, ictimai xadim xanım Zəminə Səfərova, doktor Rəna Xudiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əməkdaşı, şairə Aynur Qafarlı, “Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” ictimai birliyinin üzvü, doktor-stomotoloq Əli Mirzalıyev, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, Qubadlı rayonundan məcburi köçkün, şəhid övladı Ələkbər Ələsgərov, Azərbaycan MEA-nın əməkdaşı xanım Könül Ələsgərova və başqaları çıxış edərək şəxsi heyəti 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik etdilər. Daha sonra istedadlı müğənni İslam Əsləsgərov və azyaşlı Mehdi Həsənov zabit, gizir və əsgərlər qarşısında maraqlı konsert proqramı ilı çıxış etdilər.
Şamil Sabiroğlu yenicə imzaladığı Fəxri Fərmanı həmin gün öz doğum gününü ön cəbhədə qeyd edən doktor xanım Rəna Xudiyevaya təqdim etdi. Hərbi hissənin zabiti Rüstəm Məmmədov da xüsusi Təşəkkürnaməni xanım Rəna Xudiyevaya təqdim etdi. 
Sonda hərbi xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə hər iki QHT adından xüsusi təşəkkürnamələr təqdim edildi.
Daha sonra qonaqlar hərbi hissə ilə yaxından tanış oldular, əsgər yeməkxanasında çay süfrəsi arxasında söhbəti davam etdirdilər.
Şamilə Şamilqızı
Asiya.info

Şərh yaz


17 İyul 2019 Millət vəkili Q.Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri, təşkilat rəhbərləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.
16 İyul 2019 Azərbaycan 2-ci dəfə BMT-yə Milli Hesabat verdi
16 İyul 2019 Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi
15 İyul 2019 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib
15 İyul 2019 Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti və bu ölkənin tanınmış qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 İsveç BMT-nin sazişindən imtina edir: Nüvə silahı...
12 İyul 2019 Aİ Bakı ilə İrəvanın əməkdaşlığı üçün çalışır - XİN
12 İyul 2019 Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək
09 İyul 2019 Avropa Şurasının prezidenti Azərbaycana gəldi
07 İyul 2019 “Şəki Xan Sarayı bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur” - İlham Əliyev
07 İyul 2019 Hacı Nuran Avropa Olimpiya Festivalının (EYOF-2019) əməliyyat komitəsi tərəfindən səfir seçilib.
06 İyul 2019 Məmmədyarov: "Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistanla bağlı tədbirlər görəcəyini gözləyir"
06 İyul 2019 Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
05 İyul 2019 DİN, DTX və Komitədən birgə REYD: 180 dini...
04 İyul 2019 Nazir əmr imzaladı: Müdir işdən çıxarıldı - Səbəb
04 İyul 2019 Deputatlar aksiyaya başladı: Nə qədər pul yığılıb? - Məbləğ
04 İyul 2019 Reket baş redaktorla bağlı – Qərar
04 İyul 2019 Bakının yeni Hərbi prokuroru İlyas Rzayev kimdir?
04 İyul 2019 Təhsil ekspertindən Təhsil Nazirliyinə haqlı sual: "Hansı dəyişiklik, uğur əldə olunub?"
03 İyul 2019 XİN: Ermənistanın tələbi tədbirdə iştirakdan yayınmaq üçün siyasi qərardır
03 İyul 2019 Vilayət Eyvazov xalqla növbəti görüşünü Gəncədə edəcək
03 İyul 2019 52 min nəfər müəllim olmaq istəyir - Nazirlik açıqladı
02 İyul 2019 Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına rəsmi qərar verildi – BU GÜN
02 İyul 2019 Elmar Məmmədyarov yeni səfirlərlə görüşdü
02 İyul 2019 Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi keçiriləcək
02 İyul 2019 Fuad Abbasov: "Rusiyadan deportasiya olunmağım sifarişli idi"
02 İyul 2019 Zakir Həsənov Milli Qəhrəman Anatoli Davidoviçin anasını ziyarət edib
02 İyul 2019 Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
02 İyul 2019 Millət vəkilinin özəl günüdür

Xəbər lenti