.
25 iyun 2019-cu iltarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlamlığın qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirdi.
Asiya.info xəbər verir ki, Seminarda “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, Nəsirəddin Tusi adınaKlinikanın laborator bölmənin rəhbəri Afət Məhəmmədli, cərrah Rafiq Nağıyev, QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova, həmçinin rayon icrahakimiyyəti aparatının əməkdaşları, səhiyyə, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Seminar iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, hörmət və ehtiramlarını nümayiş etdiriblər.
Seminarda QİÇS infeksiyasına həsr olunmuş videoçarx təqdim edilib.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Nağıyev əhalinin sağlamlığının qorunmasına həsr olunan konfrans, seminar, aksiya və digər tədbirlərin respublikamızın hər yerində, eləcə də yüksək dağlıq və sərhəd rayonu olan Gədəbəydə keçirilməsinin, yeniyetmələr və gənclər arasında maarifləndirmə işinin düzgün təşkilində vacibliyini qeyd edib.
Bildirilib ki, konfransın məqsədi əhalinin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin əhəmiyyətini izah etməkdir.
Konfransda çıxış edən “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva QİÇS xəstəliyi, onun tarixçəsi, simptomları, yayılması, hazırda dünyada və Azərbaycanda QİÇS infeksiyasının artım tempi, QİÇS-dən müdafiə yolları, laborator diaqnostikası və müalicəsi haqqında dinləyicilərə ətraflı məlumatverib.
Yazgül Abdıyeva bildirib ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu – İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığı əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar özsağlamlığının qeydinə qalmalıdır.
İnsan İmmun çatışmazlığı Virusu mövzusunda təqdimatla çıxış edən Nəsirəddin Tusi adına Klinikanın əməkdaşı AfətMəhəmmədli və QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova Azərbaycanda İİV infeksiyası, QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri, infeksiyanın mənbəyi, infeksiyaların iynə yolu ilə yayılması, İİV-ə yoluxmayolları, əhalinin İİV-ə qarşı müayinəsi və İİV-ə yoluxmanın aşkar olunması, Azərbaycanda QİÇS-ə yoluxanlar haqqında statistik məlumatlar, ölkəmizdə İİV infeksiyasının yayılmasının yüksək olduğu regionlar, həyata keçirilmiş profilaktik tədbirlər, həmçinin könüllü müayinə aksiyaları haqqında ətraflı məlumat veriblər. Sonda “Sağlamlığın qorunması” İctimai Birliyi və QİÇS-ləMübarizə Mərkəzi tərəfindən rayon sakinləriüçün QİÇS müayinəsi keçirilib.

Şərh yaz


16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video

Xəbər lenti