.


101-ci ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərməkdə davam edir.

 

Reportyor.info son illərdə Azərbaycan polisinin daha da peşəkarlaşmasına diqqət çəkərək yazır ki, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi altında bu struktur ilbəil professionallıq səviyyəsini artıracaq.
Xalqın güvənc yeri olan polis hər birimizin təhlükəsizliyinin keşiyində durur. Biz avtobusda gedəndə, evdə tək olanda, yolda başımıza bir iş gələndə qohumlarımıza, dostlarımıza deyil, ilk növbədə polisə zəng edirik.
Çünki polis hər bir insanın dostudur, mühafizəçisidir. Torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış daxili işlər orqanlarının şəxsi heyəti qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.
Polis orqanlarının bir əsri ötən fəaliyyətinin ən şanlı, uğurlu və məsuliyyətli mərhələsi – 50 illik dövr Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birbaşa bağlıdır.
Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk “qızıl dövr” Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi.
Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Bu rəqəmlər yalnız statistika deyil, əslində, 101 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.
1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəldi, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azaldı.
10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığıldı. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirildi.
İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirib, işini müasir dünyanın çağırışlarına uyğun qurub.
Bu sistemə aid yüzlərlə yeni obyekt tikilib. Cinayət hallarına qarşı mübarizə, ictimai asayişin təminatı məqsədilə minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb.
Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatdırılıb.
Azərbaycan polisinin ildönümü ərəfəsində prezidentin imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, nazirin birinci müavini Vilayət Eyvazov isə Daxili İşlər naziri təyin olundu.
İctimaiyyət prezidentin seçimlərinə bu dəfə də məmnuniyyət ifadə etdi. Çünki hər iki şəxs general paqonlarını gecəli-gündüzlü çətin və məsuliyyətli fəaliyyətlə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial mübarizə iləqazanıblar.
General-polkovnik Vilayət Eyvazov Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə ləyaqətlə, şərəflə xidmət edən yüksək peşəkarlığa malik kadrlardandır.
Vilayət Eyvazovu xalqımız həm də dövlət çevrilişlərinə cəhdlərdə, antimilli qəsdlərdə başıpozuq dəstələrin üzərinə qorxmadan, çəkinmədən yeridiyini dəfələrlə görüb.
Reportyor.infoyazır ki, polisimizin rəşadətli, əzmkar bir qolu da yol-nəqliyyatla bağlıdır.
Bu gün Dövlət Yol Polis əməkdaşları qışın sazağında, yayın qızmar istisində gecə-gündüz bilmədən yollardadırlar, nəqliyyatın hərəkətini nizamlayırlar.
Onlar çətin vəziyyətə düşən sürücülərə, piyadalara insanlıq köməyi göstərirlər, avtoxuliqanlığa, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mübarizədə amansızdırlar.
Maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması  müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib.
İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır.
Polisimizin apardığı qüsursuz xidmət yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq ayrı-ayrı bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, insanlar öz minnətdarlığını bildirir.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Qeyd edək ki, Cümhuriyyətin elanının elə səhərisi günü – mayın 29-da Azərbaycanın ilk Daxili İşlər Nazirliyini yaratmaq barədə qərar qəbul olundu.
Bu sahəyə o qədər əlahiddə yanaşılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də Daxili İşlər naziri vəzifəsini yerinə yetirirdi. Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başlamışdı.
Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, o ayların ruhu, cəmiyyət qarşısında müəyyən edilmiş öhdəliklər Azərbaycan polisini bu günə qədər tərk etməyib.
2 iyul “Azərbaycan Polisi Günü” münasibətilə, başda Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov olmaqla, daxili işlər orqanlarında çalışan hər bir polis əməkdaşını ürəkdən təbrik edir, hər kəsə uzun ömür, cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq.Yaşasın, qürur mənbəyimiz olan polisimiz!!!





Şərh yaz


16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video

Xəbər lenti