.


Bu gün Dəyərli Millət vəkili, gözəl İnsan Aydın Mirzəzadənin ad günüdür. Bu münasibətlə Aydın müəllimi Asiya.info kollektivi və Sizi Tanıyaq Layihəsi ailəsi adından ürəkdən təbrik edirik. 


Aydın Böyükkişi oğlu Mirzəzadə  2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir. 1980-ci ildə təyinatla Rusiya SFSR-in Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş və hərbi xidmətin yekununa görə adı hərbi hissənin Fəxri Kitabına salınmışdır. 1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992-1999-cu illərdə təşkilatın sədri olmuşdur. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.

2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olmuşdur. 2008-ci, 2013-cü və 2018-ci il prezident seçkilərində, 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda və 2009-cu və 2014-cü il bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil etmişdir.

29 yanvar 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiridir.

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 12 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.

2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.

2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir.

Azərbaycan Respublikası II (2000), III (2005), IV çağırış (2010) və V çağırış (2015) Milli Məclisinin Mingəçevir 47 saylı seçki dairəsindən deputat seçilib. 2005-ci ildən Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavinidir. Evlidir, 2 övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin 17 avqust 2009-cu il tarixli əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı.
Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 sentyabr 2009-cu il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rəisinin 28 yanvar 2014-cü il əmri ilə "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin 4 may 2014-cü il tarixli əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı.
MDB Nazirlər Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitə sədrinin 16 sentyabr 2010-cu il tarixli əmri ilə "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalı.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi İdarə Heyətinin 19 iyun 2017-ci il tarixli 7 saylı əmri ilə “Vətən naminə” medalı.
Azərbaycan Respublikası KHVTC nin "Hərbi vətənpərvərlik işlərində xidmətlərinə görə" medalı
Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun 5 iyul 2018-ci il tarixli əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı
Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun 15 oktyabr 2018-ci il tarixli əmrinə əsasən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı
Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun 24 dekabr 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Milli Məclisinin "Parlament"medalına və "İlin deputatı" "Gənclərin dostu" "İlin fəal millət vəkili" "Gənclərin Dostu" və s fəxri adlarına layiq görülüb.
**
Aydın Mirzəzadə müəllimin 1 il öncə imkansız bir tələbəyə kömək üçün müraciət edəndə "borcumuzdur"- deyərək dəstəyinin şahidi olmuşduq. Dəfələrlə sosial şəbəkədən də gördüyü xeyirxah işlərin şahidi olmuşuq. Sizi Tanıyaq Layihəmizin çəkilişində qonağımız olduğu zaman onun gənclərlə və uşaqlarla necə səmimi və mehriban olduğunun, gözəl nəsihətlər verdiyinin canlı şahidi oldum. Allah ömür versin Aydın Mirzəzadəmüəllim.Sizin kimi millət vəkillərimiz təəssüf ki azdır. Yaxşı ki beləsiz. Sadə, Əlçatan...

Vüsalə Qələndərli

Şərh yaz


17 İyul 2019 Millət vəkili Q.Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri, təşkilat rəhbərləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.
16 İyul 2019 Azərbaycan 2-ci dəfə BMT-yə Milli Hesabat verdi
16 İyul 2019 Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi
15 İyul 2019 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib
15 İyul 2019 Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti və bu ölkənin tanınmış qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 İsveç BMT-nin sazişindən imtina edir: Nüvə silahı...
12 İyul 2019 Aİ Bakı ilə İrəvanın əməkdaşlığı üçün çalışır - XİN
12 İyul 2019 Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək
09 İyul 2019 Avropa Şurasının prezidenti Azərbaycana gəldi
07 İyul 2019 “Şəki Xan Sarayı bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur” - İlham Əliyev
07 İyul 2019 Hacı Nuran Avropa Olimpiya Festivalının (EYOF-2019) əməliyyat komitəsi tərəfindən səfir seçilib.
06 İyul 2019 Məmmədyarov: "Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistanla bağlı tədbirlər görəcəyini gözləyir"
06 İyul 2019 Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
05 İyul 2019 DİN, DTX və Komitədən birgə REYD: 180 dini...
04 İyul 2019 Nazir əmr imzaladı: Müdir işdən çıxarıldı - Səbəb
04 İyul 2019 Deputatlar aksiyaya başladı: Nə qədər pul yığılıb? - Məbləğ
04 İyul 2019 Reket baş redaktorla bağlı – Qərar
04 İyul 2019 Bakının yeni Hərbi prokuroru İlyas Rzayev kimdir?
04 İyul 2019 Təhsil ekspertindən Təhsil Nazirliyinə haqlı sual: "Hansı dəyişiklik, uğur əldə olunub?"
03 İyul 2019 XİN: Ermənistanın tələbi tədbirdə iştirakdan yayınmaq üçün siyasi qərardır
03 İyul 2019 Vilayət Eyvazov xalqla növbəti görüşünü Gəncədə edəcək
03 İyul 2019 52 min nəfər müəllim olmaq istəyir - Nazirlik açıqladı
02 İyul 2019 Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına rəsmi qərar verildi – BU GÜN
02 İyul 2019 Elmar Məmmədyarov yeni səfirlərlə görüşdü
02 İyul 2019 Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi keçiriləcək
02 İyul 2019 Fuad Abbasov: "Rusiyadan deportasiya olunmağım sifarişli idi"
02 İyul 2019 Zakir Həsənov Milli Qəhrəman Anatoli Davidoviçin anasını ziyarət edib
02 İyul 2019 Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
02 İyul 2019 Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar

Xəbər lenti