.

"Mayın 16-da heç bir xəbərdarlıq edilmədən yaşadığım binada 3 nəfər mülki geyimli şəxsin hücumuna məruz qaldım. Onlar özlərini təqdim etmədilər. Mənim yerimə kim olsa, onlara müqavimət göstərərdi".

Asiya.info-nun ONA-ya istinadən xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib: "Mülki geyimlilər sonradan mənə hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu söylədilər. Məni Ximki Şəhər Məhkəməsinə gətirdilər. Məhkəmədə katibin iştirakı olmadan protokol tərtib etdilər, məni vəkillə təmin etmədilər. Hakim 15 dəqiqə ərzində hökm çıxardı. Mənə telefonla danışıq haqqı belə vermədilər. Bütün bunlardan sonra mənə aydın oldu ki, bu, kimlərinsə sifariş olub".
F. Abbasov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları təcridxanada onunla görüşüblər: "İyunun 7-də aeroporta gedərkən heç bir səbəb olmadan məni yenidən təcridxanaya qaytardılar. Beləliklə, naməlum şəxsin göstərişi ilə orada qalası oldum. Biz ölkəyə qayıtmaq üçün hətta iki dəfə bilet almışdıq".
F. Abbasov Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Polad Bülbüloğluna təşəkkür edib: “Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı".
O, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya da təşəkkür edib.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

Şərh yaz


16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video

Xəbər lenti