.

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlandı. 
III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhərümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. 
Qalib gələn məktəb və müəllimləri təbrik edirəm və ümid edirəm ki, layihələr həqiqətən də yerinə yetiriləcək. 
Gələk əsas məsələyə, yəni bu yerinə yetiriləcək hissəsinə. 
Deməli bu fərdi 115 layihəyə 427438 manat, 53 təhsil müəssisəsinin layihələrinə isə 650025 manat vəsait ayrılmışdır ki, bu da o deməkdir ki, III qrant müsabiqəsi büdcəyə 1.077.463 manata başa gəldi. 
Deməli, bu qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Amma görək buna qədər keçirilmiş l və II qrant müsabiqəsi qarşıya qoyulan məqsədə çatıbmı? 
Qrant layihəsi həyata keçirilir, bu lazımdır, labüddür, amma burada hesabatlılıq və əsas da, monitorinq və qiymətləndirmə olmalıdır. Yəni hansısa bir özəl qurum, QHT bu layihələri yoxlamalı, monitorinq aparılmalıdır ki, həqiqətən də dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün istifadə olunur. Daha layihədə şişirdilmiş rəqəmlər və kağız üzərində olan fəaliyyət olmasın. 
Qrant layihəsi çərçivəsində qəbul edilmiş bəzi layihələr məktəb üçün deyil və ona ehtiyac yoxdur. 
Misal üçün: Şamaxıdan qəbul edilmiş "Riyaziyyat fənni üzrə istedadlı 
uşaqlarla işin təşkili" layihəsi. Bunun üçün ayrıca layihəyə ehtiyac var? 
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı " xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir.
Yəni dövlət proqramı çərçivəsində həll olunan məsələlərin qrant müsabiqəsində iştirak etməsini doğru hesab etmirəm. Bu kimi qalıb olmuş layihə onlarladır.
İkincisi, bir birini təkrarlayan, əvvəlki qrant müsabiqəsində olan, indi cüzi adı dəyişmiş layihələr var. 
Misal üçün "Oxumadan öyrənək!" və "Oynayaraq öyrənirik" və ya "Öyrənərək öyrədək" və ya "Dinlə və öyrən" və ya "Öyrətmək yenidən öyrənməkdir" adlı layihələr. Bir birini təkrarlayır və hər 3 qrant müsabiqəsində istifadə olunur və hələdə bunlar öyrətməyin və öyrənməyin yolunu, mümkünlüyünü müəyyən edə bilməyib?!
Bundan başqa kifayət qədər böyük vəsait ayrılmış, əslində isə hazır özəl qurumlardan, ən pis halda Dövlət İmtahan Mərkəzini cəlb etməklə həyata keçirilməsi mümükün və keyfiyyətli olacaq layihələrin yenidən məktəbdə təşkil edilməsi düzgün deyil. Misal üçün, " Elektron sınaq qiymətləndirmə" (8680 manat ayrılıb), "Formativ qiymətləndirmə sistemi" (14550 manat ayrılıb), "Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi" (13100 manat ayrılıb) kimi bir birinə yaxın layihələrin həyata keçirilməsi üçün yenidən Amerikanı kəşf etməyə ehtiyac yoxdur. Ən azı bu layihələr DİM tərəfindən həyata keçirilsə, şagirdlər üçün daha effektiv olardı. 
Bəzi layihələrin qiymətləndirilməsi zamanı xərclər düşünürəm ki, süni şəkildə şişirdilib. Misal üçün "Məktəb idarəediciləri üçün məlumat əsaslı qərarvermə" layihəsinə 18000 min manat, 
Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar layihəsinə 25550 manat,Fizika və riyaziyyat fənlərinin tədrisi metodikası üzrə videoçarxların hazırlanmasına 16320 manat ayrılıb. Bu qədər vəsaitə Oskar mükafatı almağa təqdim olunacaq kino çəkmək olar, nəinki video çarx hazırlamaq. Və ya 
Məktəb idarəediciləri üçün məlumat əsaslı qərarvermə layihəsinə 18000 manat ayırmaq yerinə, 180 dirketorun maşına 100 manat əlavə etsən, onlar daha əsaslı qərar qəbul edər. 
Birdə onlara bərabər olan və 10152 manat ayrılan "Məktəbdaxili idarəetməyə dəstək" layihəsi var. Yəni adı fərqli, məqsədi eyni olan, əslində isə ehtiyac olmayan layihələr. Çünki bu kompensasiyalar olmalı idi. 
Digər 3 layihə var ki, ayrılan vəsait tamamilə boş və mənasızdır. Yəni bunları ayrı ayrı etməyin heç bir əhəmiyyəti yoxdur. Misal üçün 23050 manat ayrılan "“Həmkardan həmkara dəstək”,11000 manat ayrılan "Gənc müəllimlərin peşəkar inkişafı", 6505 manat ayrılan ""Peşəkar inkişaf" – gənc 
müəllimlərə dəstək" kimi eyni məqsədə nail olmaq olan layihələri birləşdirmək və daha effektiv etmək olardı. 
Birdə ki, bu kimi layihələrə ümumiyyətlə ehtiyac yoxdur və effektiv deyil. 
2016-cı ildə ölkə prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları ləğv olundu və onlar üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldi.
Ümid edirəm ki, bundan sonra ayrılmış vəsaitlər monitorinq olunacaq və bundan sonra daha çox ehtiyac duyulan istiqamətlərə vəsait ayrılacaq.
Maraqlıdır ki, əvvəlki qrant müsabiqəsinin qalibi olmuş layihələr hansı ciddi problemi həll edib, hansı dəyişiklik, uğur əldə olunub?
III qrant müsabiqəsində qaliblər sırasına düşan diqqətimi çəkən bir də o oldu ki, özəl litseylərə də vəsait ayrılıb. Özəl sektorun inkişafı lazımdır, amma etiraf edək ki, onların gəlirləri kifayət qədər çoxdur. Hal hazırda illik təhsil haqqı bir şagird üçün 10-15 min manat olan liseylər var və onların istənilən layihəni maliyyələşdirmək üçün büdcələri var. Həqiqətən də özəl liseylərin layihələri vacib, ehtiyac olan layihələrdirsə, elə öz liseylərində, öz vəsaitləri hesabına bunu etsinlər. Daha dövlət büdcəsini niyə cəlb edilər?
Kamran Əsədov, Təhsil eksperti

Şərh yaz


17 İyul 2019 Millət vəkili Q.Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri, təşkilat rəhbərləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.
16 İyul 2019 Azərbaycan 2-ci dəfə BMT-yə Milli Hesabat verdi
16 İyul 2019 Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi
15 İyul 2019 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib
15 İyul 2019 Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti və bu ölkənin tanınmış qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən danışıb
14 İyul 2019 İsveç BMT-nin sazişindən imtina edir: Nüvə silahı...
12 İyul 2019 Aİ Bakı ilə İrəvanın əməkdaşlığı üçün çalışır - XİN
12 İyul 2019 Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək
09 İyul 2019 Avropa Şurasının prezidenti Azərbaycana gəldi
07 İyul 2019 “Şəki Xan Sarayı bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur” - İlham Əliyev
07 İyul 2019 Hacı Nuran Avropa Olimpiya Festivalının (EYOF-2019) əməliyyat komitəsi tərəfindən səfir seçilib.
06 İyul 2019 Məmmədyarov: "Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistanla bağlı tədbirlər görəcəyini gözləyir"
06 İyul 2019 Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
05 İyul 2019 DİN, DTX və Komitədən birgə REYD: 180 dini...
04 İyul 2019 Nazir əmr imzaladı: Müdir işdən çıxarıldı - Səbəb
04 İyul 2019 Deputatlar aksiyaya başladı: Nə qədər pul yığılıb? - Məbləğ
04 İyul 2019 Reket baş redaktorla bağlı – Qərar
04 İyul 2019 Bakının yeni Hərbi prokuroru İlyas Rzayev kimdir?
03 İyul 2019 XİN: Ermənistanın tələbi tədbirdə iştirakdan yayınmaq üçün siyasi qərardır
03 İyul 2019 Vilayət Eyvazov xalqla növbəti görüşünü Gəncədə edəcək
03 İyul 2019 52 min nəfər müəllim olmaq istəyir - Nazirlik açıqladı
02 İyul 2019 Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına rəsmi qərar verildi – BU GÜN
02 İyul 2019 Elmar Məmmədyarov yeni səfirlərlə görüşdü
02 İyul 2019 Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi keçiriləcək
02 İyul 2019 Fuad Abbasov: "Rusiyadan deportasiya olunmağım sifarişli idi"
02 İyul 2019 Zakir Həsənov Milli Qəhrəman Anatoli Davidoviçin anasını ziyarət edib
02 İyul 2019 Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
02 İyul 2019 Millət vəkilinin özəl günüdür
02 İyul 2019 Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar

Xəbər lenti