.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstititu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat Günü münasibətilə Muğam Ocağı restoranında bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. 

Asiya.info xəbər verir ki, Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz, eləcə də Qarabağda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Məclisin deptutatı, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə xanım Paşayeva 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzu edib. O, bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin maarifləndirici missiyası və mətbuat tarixində oynadığı yol bu gün də ehtiramla xatırlanır. Ustad qələm sahiblərinin maarifləndirici ideyalarının nəticəsidir ki, bu gün milli mətbuatımız özünün 144-cü ildönümünü yaşayır. Cəmiyyətin informasiya əldə etməsindəmətbuat və media nümayəndələrinin işini yüksək qiymətləndirən millət vəkili bir zamanlar özünün də jurnalist fəaliyyəti ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, jurnalist kimi fəaliyyət göstərdiyi illər onun həyatında ən xoş xatirələrlə yadda qalıb: "Çox xoşbəxtəm ki, televiziyada çalışmağım həm də mənə sizin kimi dostlar, həmkarlar qazandırdı. Bu gün jurnalistlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu var. Biz inanırıq ki, belə gözəl tədbirləri sizinlə birgə Ali Baş Komandanımızın rəhbərliyi iləişğaldan azad edəcəyimiz bölgələrimizdə də keçirəcəyik". Qənirə Paşayeva qeyd edib ki, qələm sahiblərinin üzərinə düşən əsas vəzifə Zərdabi maarifləndirici ideyalarını təbliğ etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova müxtəlif media orqanlarında fəaliyyət göstərən qələm sahiblərini bir arada görməkdən məmnun olduğunu dilə gətirdi. O bildirdi ki, vətəndaş cəmiyyətinin inkişafında və bu sahədə baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, eləcə də RHİM İctimai Birliyinin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və əməyi danılmazdır. Müasir dövrdə media orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Arzu Bağırova IV hakimiyyət hesab edilən mediada çalışan jurnalistlərə uğurlar arzulayıb, gələn il milli mətbuatımızın 145-ci ildönümünün olacağını bildirərək mətbuat tariximizdən şərəf və qürur duyduğunu bildirib. Milli Məclisin deputatı,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid    çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik etdi. Mətbuat tariximizin şanlı və şərəfli yol keçdiyini bildirən deputat jurnalist peşəsinin əhəmiyyətindən danışdılar. Cəmiyyətdə baş verən hadisə və proseslər barədə məlumat verən jurnalistlərə dövlət qayğısı və diqqətindən də söz açıb və bütün jurnalistləri bayram münasibəti ilə təbrik edib. "Teleqraf" holdinqin rəhbəri Aynur Camal,"Trend" informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, "Olarlar" informasiya agentliyinin baş direktoru Yunus Oğuz,  "Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı, TRT Avaz kanalının Azərbaycandakı təmsilçisi, "Moderator.az" saytının rəhbəri Zülfüqar Hüseynzadə, tanınmış jurnalistlər Etibar Babayev, Anar Yusifoğlu, Seymur Verdizadə və digərləri müstəqil medianın cəmiyyətin həyatında mühüm rolundan danışıb. Bildirilib ki, məhz jurnalistlərin sayəsində oxucular dünyada və ölkədə baş verən ən mühüm olaylar barədə məlumat əldə edir və onların zəhməti danılmazdır. Çıxış edənlər 22 İyul Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib, mətbuatımızın keçdiyi tarixi yoldan, müstəqillik dövründə əldə edilmiş nailiyyətlərdən söz açmışlar. Çay süfrəsi arxasında səmimi görüş və müzakirələrdən sonra jurnalistlərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyi adındanxatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.





 

Şərh yaz


20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
09 Avqust 2019 Vasif Talıbov sərəncam imzaladı
07 Avqust 2019 Ermənistan XİN Paşinyanı niyə təkzib edir? - ŞƏRH
06 Avqust 2019 Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi
06 Avqust 2019 “Qarabağ həqiqətləri antalogiyası”nın Tatarıstanda çap olunaraq yayılması təklifi müsbət qarşılanıb
06 Avqust 2019 Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirildi
04 Avqust 2019 Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər
03 Avqust 2019 İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb
01 Avqust 2019 Tramp Putinə zəng vuraraq kömək təklif etdi
31 İyul 2019 Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədrinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

Xəbər lenti