.

İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Axar.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov əvvəlcə gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında” və “Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.
Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dünya iqtisadiyyatına inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur.
Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması Energetika Nazirliyinə tapşırılıb. Həmçinin bu Sərəncamla Energetika Nazirliyi ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. “Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin iclasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önəmlidir”, - deyə Baş nazir diqqətə çatdırıb.
“Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələ ilə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, balıqçılığın və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balıqçılıq sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması, balıq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu məhsulların baytarlıq-sanitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış satış mərkəzlərinin yaradılması, onların istehsalı və ixracı üzrə marketinq fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi daha da intensivləşdirilməlidir.
Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.
İclasda müzakirə edilən məsələlərlə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Şərh yaz


20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
09 Avqust 2019 Vasif Talıbov sərəncam imzaladı
07 Avqust 2019 Ermənistan XİN Paşinyanı niyə təkzib edir? - ŞƏRH
06 Avqust 2019 Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi
06 Avqust 2019 “Qarabağ həqiqətləri antalogiyası”nın Tatarıstanda çap olunaraq yayılması təklifi müsbət qarşılanıb
06 Avqust 2019 Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirildi
04 Avqust 2019 Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər
03 Avqust 2019 İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb
01 Avqust 2019 Tramp Putinə zəng vuraraq kömək təklif etdi
31 İyul 2019 Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədrinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

Xəbər lenti