.

Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədri, görkəmli dövlət və ictimai xadim Razil Vəliyevə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. 

Asiya.info xəbər verir ki, Millət vəkili prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdır¬malar İnstitutu” İctimai Birliyi (ABAİİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfərin ilk günü məhsuldar keçib.
Qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, Milət vəkili,ABAİ İB-nin sədri Qənirə Paşayevanın, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov və təşkilatçı qurumların mənsublarının müşayiəti ilə öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib. Fəxri Xiyabanda uyuyan görkəmli elm, mədəniyyət xadimlərinin məzarları da ziyarət olunub, Fəxri Xiyaban, burada dəfn olunan görkəmli şəxsiyyətlərin həyat və fəaliyəti barədə hörmətli qonağa bilgi verilib. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, 1990-cı ilin 20 yanvarında yaşananlar, xalqın azadlıq mübarizəsi barədə Tatarıstanın Xalq şairinə ətraflı bilgi verilib.Birinci işçi günün ilk rəsmi görüşü Milli Məclisdə (MM), MM-in Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ ad.Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli ilə oldu. Komitə sədri bildirdi ki, bu görüşlə bir ilk yaşanır – çünki Azərbaycan Milli Məclisinin tarixində Tatarıstan parlamentinin Komitə sədri ilk dəfə qəbul edilir. Azərbaycan parlamentarizm tarixindən, qardaş tatar xalqı ilə ortaq dəyər¬lə¬ri¬miz¬dən, indiyədək görülmüş müyyyən işlərdən və daha çox iş görmək istək və im¬kanından söz açan İsa Həbibbəyli, tatar həmkraının Aərbaycan səfərini əlamətdar ha¬disə adlandırdı.İ.Həbibbəyli ümidvar olduğunu bildirdi ki, qardaş xalqların elm-təh¬sil, mədəniyyət, o cümlədən parlametlərarası əməkdaşlığında yeni səhifə açılacaq, mövcud imkanlar dərindən dəyərləndiriləcəkdir. Bununçün dövlət başçıları səviy¬yəsində yüksək münsaibətlərin, yetərli dəstəyin olduğunu vurğulayan Komitə sədri, parlament üzvlərinin, elm-mədəniyyət xadimlərinin bu dəstəyi gərə¬yincə qiymətləndirməli oldğunu qeyd etdi. İ.Həbibəyli millət vəkili həmkarı Qənirə Paşayevanın, onun başçılıq etdiyi ictimai birliyin, digər təşkilatçı qurumların türk dünyasında mədəni əməkdaşlığı güclən¬dir¬mək yönündə ciddi çalışmalarını xatırlatdı, görülən işlərin perspektiv üçün yaxşı baza olduğunu bildirdi. Başçılıq etdiyi Ədəbiyyat İnstitutu xətti ilə tatar ədəbiyyatı ilə bağlı görülmüş işləri də xatırladan akademik, yeni nəşrlər, qarşılıqlı faydalı əməkdaşlıq üçün gərəkən ad¬dımların atılacağını bildirdi. Səmimi qəbul, qiymətli fikirlər üçünAzərbaycanlı həmkarına təşəkkür edən Millət vəkili, Xalq şairi Razil Vəliyev, deyilən fikirləri bölüşdüyünü, Bakıda şeirlər kitabının çıxması, kitaba təqdimat mərasimləri hazırlandığını məmnunluqla qeyd etdi.
Millət vəkili Qənirə Paşayeva ilə işçi naharda, şəhər gəzintisində etdiyi söhbətləri, Bakıda hər kəsdən hiss etdiyi isti münasibətləri, ilk günün təəssüratlarını Komitə sədri həmkarının diqqətinə çatdıran R.Vəliyev, qarşılıqlı səfərlərin yalnı o səfərdə iştirak edənlərə deyil, bütövlükdə xalqlarımızın mədəni münasibətlərinə müsbət təsir etdiyini, töhfə verdiyini qeyd etdi. Sonra R.Vəliyev İ.Həbibbəyliyə Tatarıstan parlamentinin xatirə hədiyyəsini, Q.Paşayevaya Tatarıstan parlamentinin yubiley medalını təqdim etdi. İ.Həbibəyli də öz nöbəsində R.Vəliyevə, A.Zakirova, digər qonaqlara qiymətli kitablar hədiyyə etdi. Milli Məclisdə növbəti görüş Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğuKomitəsinin sədri Əli Hüseynli ilə oldu. Tatarıstan parlamentinin Komitə sədrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Ə.Hüseynli Azərbaycan-Tatarıstan, Azərbaycanla Rusiya Federasi¬yasının subyektləri, ümumən Azərbaycan-Rusiya münasibətləri barədə ətraflı məlumat verdi, dövlət başçıları səviyyəsində yüksək səviyyəli münasibətlərin digər münasibətlər üçün bir örnək olduğunu vurğuladı, Tatarıstan elm-mədəniyyət tarixində yer almış azərbaycanlılar, Azərbaycan elm-mədəniyyət tarixində yer almış tatarlar barədə bilgilərini bölüşdü.R.Vəliyev Milli Məclisdəbir gün içində iki Komitə sədri ilə görüş keçirdiyinə görə məmnunluğunu bildirdi; bütün parametrlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu, bu imkanları dəyərlərndiməklə daha yaxşı nəticələr əldə ediləcəyini dedi. Qeyd edək ki, Tatarıtsandan gəlmiş mötəbər qonaq bugün paytaxtın görməli yerləri ilə yaxından tanış olacaq, iyulun 31-də isə Azərbaycan Yazıçılar Birliyinin NATAVAN Klubundabu il Bakıda (“Xan” nəşriyyatı) gün üzü görmüş “Payız yağmurları” kitabının təqdimatı keçiriləcək (saat 14.00).
Xatırladaq ki, “Payız yağmurları” Xalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca)verilib. Şeirləri dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. “PAYIZ YAĞMURLARI”nın məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tata¬rıs¬tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və millət vəkili Qənirə Paşayevadır. Kitaba “USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb. Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tata¬rıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.
 


Şərh yaz


20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
09 Avqust 2019 Vasif Talıbov sərəncam imzaladı
07 Avqust 2019 Ermənistan XİN Paşinyanı niyə təkzib edir? - ŞƏRH
06 Avqust 2019 Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi
06 Avqust 2019 “Qarabağ həqiqətləri antalogiyası”nın Tatarıstanda çap olunaraq yayılması təklifi müsbət qarşılanıb
06 Avqust 2019 Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirildi
04 Avqust 2019 Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər
03 Avqust 2019 İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb
01 Avqust 2019 Tramp Putinə zəng vuraraq kömək təklif etdi
31 İyul 2019 Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

Xəbər lenti