.

Millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə Tovuzda tanınmış yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi böyük maraqla qarşılanıb

Asiya.info xəbər verir ki, Tovuz şəhəri Puşkin adına orta məktəbdə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Tovuz rayon icra hakimiyyətini, Tovuz rayon təhsil şöbəsinin təşilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü kecirilib. Görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri və kənd sakinləri  iştirak ediblər. Görüşü giriş sözü ilə millət vəkili Qənirə Paşayeva açdı və hər bir azərbaycanlının tariximizi öyrənməsinin vacibliyi ətrafında geniş fikirlərini söylədi. Millət vəkili Q.Paşayeva məruzəsində Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini və vacibliyini açıqladı. Millət vəkili Q.Paşayeva bu kitablarda tariximizin, milli və mənəvi dəyərlərimizin təbliğinin neçə aparılmasından danışdı. Daha sonra Yunus Oğuz Qənirə Paşayevanın çıxışını davam etdirərək "Tarix nədir və nə üçün bilməliyik?" mövzusunda məruzə etdi. Sonra yazıçı tədbir iştirakcılarının çoxsaylı suallarına cavab verdi və 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanıldı. Tədbir özəlliklə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə rayon icra hakmiyyətinin və təhsil şöbəsinin rəsmiləri, bir çox məktəblərin müəllimləri də iştirak ediblər və onlar bu tədbirin böyüyən gənc nəsillərimiz üçün vacibliyini xüsusi vurğulayaraq yazıçı-publisist Yunus Oğuza və millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildiriblər. Tədbirdən sonra Tovuz rayon icra hakimiyyətinin rəhbərliyi, Tovuz rayon təhsil şöbəsi və bir sıra məktəblərin fəal müəllimləri ilə fikir mübadiləsi olub və bu cür tədbirlərin, gənclərlə kitablar ətrafında görüş və müzakirələrin artmasının vacibliyi bir daha vurğulanıb.
Tədbirin video linkini burdan izləyə bilərsiniz.

Şərh yaz


20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
09 Avqust 2019 Vasif Talıbov sərəncam imzaladı
07 Avqust 2019 Ermənistan XİN Paşinyanı niyə təkzib edir? - ŞƏRH
06 Avqust 2019 Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi
06 Avqust 2019 “Qarabağ həqiqətləri antalogiyası”nın Tatarıstanda çap olunaraq yayılması təklifi müsbət qarşılanıb
04 Avqust 2019 Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər
03 Avqust 2019 İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb
01 Avqust 2019 Tramp Putinə zəng vuraraq kömək təklif etdi
31 İyul 2019 Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədrinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.
31 İyul 2019 Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

Xəbər lenti