.


Millət vəkili Q.Paşayevanın “Qarabağ həqiqətləri antalogiyası”nın Tatarıstanda çap olunaraq yayılması təklifi Tatarıstan Respublikası Dövlət Şurasının komitə sədri və heyəti tərəfindən müsbət qarşılanıb

 

Tatar şairinin kitabı Sumqayıtda ədəbi ictimaiyyətə təqdim edilib

Millət vəkili prof.dr. Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə respublikamızda səfərdə olan Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyev Sumqayıt şəhərində olub.Öncə Sumqayıtdakı Heydər Əliyev Mərkəzini ziyarət edən mötəbər qonağa, onu müşayiət edən şəxslərə Mərkəzin fəaliyyət dairəsi, burada şəhər intellektualları, ümumən ictimai fəal gənclər üçün yaradılmış şərait barədə ətraflı bilgi verilib. Mərkəzin konfrans zalında düzənlənən rəsmi qəbulda mötəbər qonağı, şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun adından salamlayan icra hakimiyyəti başçısının I müavini Teymur Səmədov, 70 yaşlı gənclər şəhərinin tarixindən, bugünündən, gələcək sosial-mədəni planlardan danışıb, şəhərdə yaradıcı insanlar üçün yaradılmış münbit şərait barədə bilgi verib. O, Mərkəzdə fəaliyyət göstərən əl işləri dərnəyi ustaları tərəfindən hazırlanmış “Sumqayıt-70” xatirə hədiyyəsini və şəhər barədə fotoların, mətnlərin yer aldığı nəfis kitabı Xalq şairinə hədiyyə edib. Xalq şairi də öz növbəsində Mərkəz üçün kitab imzalayıb. Razil Vəliyev Sumqayıtda ilk dəfə olduğunu, şəhərlə ilk tanışlıqdan ağ rəngin aparıcı xətt təşkil etdiyini fərq etdiyini, bunun türk xalqlarında qədimdən bəri xoşgörünün, genişürəkliliyin, xeyirhalığın, yaxşı düşüncənin əlaməti olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyev adının Tatarıstanda yaxşı bilindiyini, Heydər Əliyev- Mintemir Şaymiyev dostluğunu, bugünsə iki respublika rəhbərliyinin yaxşı münasibətlərdə olduğunu qeyd edən R.Vəliyev,belə çoxfunksiyalımərkəzin mövcud olmasını şəhər ictimaiyyəti üçün yaxşı imkan kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Xalq şairinin səfəri müddətində təşkil edilmiş tədbirlər, Yazıçılar Birliyində baş tutmuş təqdimat, habelə Kazanda “Qarabağ hekayələri” kitabının çıxması yönündə ilkin razılşama əldə edildiyi barədə danışıb; Sumqayıtda olmağın Razil Vəliyevin səfər proqramını daha da zənginləşdirdiyini bildirib. O, Sumqayıtla Tatarıstanın uyğun bir şəhərinin qardaşlaşması təklifini irəli sürüb. Qardaş respublikanın Xalq şairi Azərbaycana bu – ilk səfəri ərzində yeni bilgilər əldə etdiyini, həmkarları ilə müzakirələrdə yeni ideyalar yarandığını, daha yaxşı əməkdaşlıq üçün mövcud imkanların istifadə olunacağını bildirib. O, xanım Paşayevanın təklifini alqışladığını, Nijni Kamsk şəhərinin Sumqayıtla qardaşlaşmasının daha uyğun olduğunu, bununçün əlindən gələni edəcəyini, təklifi öz ölkəsinin əlaqədar rəsmilərinə çatdıracağını deyib. Teymur Səmədov da qardaşlaşmış şəhər təklifinə müsbət yanaşdığını, təklifi İcra başçısına məruzə edəcəyini bildirib. Qəbulda Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qaşalı, Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndələyinin rəhbəri Alfred Zakirov, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, tanınmış televiziyaçı, sənətbilicisi Etibar Babayev, RHİMİB sədri Arzu Bağırova, DGTYB başqanı İntiqam Yaşar və b. iştirak edib.

Sonra Poeziya Evinə gələn Razil Vəliyev və onu müşayiət edən qonaqlar,burada “Payız yağmurları” şeirlər kitabının növbəti təqdimat törənində iştirak edib.Təqdimat törəninə Sumqayıt şəhər rəsmiləri, şəhərin tanınmış yazarları, QHT və KİV nümayəndələri qatılıb.Tədbiri açıq elan edən Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı, mötəbər qonağı salamlayaraq, onu Azərbaycanda ilk kitabının çıxması, Sumqayıta, ümumən respublikamıza ilk səfəri və təntənəli təqdimat törəni münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları diləyib. İ.İlyaslı belə səfərlərin, təqdimatların qardaş xalqlar arasında ədəbi-mədəni bağların daha da möhkəmlənməsinə kömək etdiyini bildirərək, Millət vəkili Qənirə Paşayevaya bu nəcib dəvət və maraqlı tədbirlər silsiləsi üçün təşəkkürünü yetirib.Şairin şeirlərini Azərbaycancaya çevirmiş şair-publisist dr. Həyat Şəmi Razil Vəliyev yaradıcılığı barədə fikirlərini, qənaətlərini bölüşüb, fikirlərini müəllifin “Rənglər” şeir əsasında izah edib.

O, Xalq şairinə milli ornamentli kilim və milli çay dəstgahı hədiyyə edib.Şəhər İcra hakimiyyəti başçısının I müavini Teymur Səmədəov, qardaş xalqın dəyərli aydınının şeirlər kitabının Sumqayıt ədəbi ictimaiyyətinə təqdim edilməsini, şairin özünün təqdimatda iştirakını, Sumqayıt ədəbi-mədəni mühiti üçün əlamətdar hadisə kimi dəyərləndirib, səfərin təşkilatçılarına təşəkkür edib.  Millət vəkili Qənirə Paşayeva, Sumqayıtda güclü ədəbi mühit olduğunu Razil Vəliyevin diqqətinə çatdırıb. “Payız yağmurları”nın Razil Vəliyevin Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağınadərin inamını ifadə edib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan digər tədbirlər, habelə ədəbi-mədəni planlar haqqında məlumat verən millət vəkili Qənirə Paşayeva, Xalq şairinin “Torpağa mədhiyyə” şeirini oxuyub, şərh edərək, onun yaradıcılığı barədə düşüncələrini bölüşüb. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”İB-nin sədri A.Bağırova Tatarıstanın Xalq Şairi R.Vəliyevə Azərbaycanın mədəniyyətini özündə əks etdirən hədiyyə və materiallar təqdim ediblər.

Təqdim olunan kitabın layihə rəhbəri və baş redaktoru, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı şairin yaradıcılığınınməziyyətləri,onun şeirlərindəki insan-təbiət keçidləri, Tanrının yaratdıqları ilə insanın yaratdıqları arasındakı bağlar, metafora və obrazlaşdırmalar haqqında fikirlərini bölüşüb. Ustad şairin şeirlər kitabının təqdimat törənində Əməkdar artist Nazir Rüstəmov, tanınmış aşıq İlham Astanbəylivə b. çıxış edib. Çıxışlarda belə bir ümumi fikir səslənib ki, Xalq şairinin Azərbaycan səfəri, Bakıda çıxan ilk kitabı, paytaxtda və Sumqayıtda təqdimat törənlərikeçirlməsi, habelə iki qardaş xalq arasında bağların dünəni, bugünü və gələcəyinə baxış, daha sıx əməkdaşlığın zəruri olduğunu bir daha göstərməkdədir. Xalq şairi onun kitabının nəşrində iştirak etmiş hər kəsə, Sumqayıtdakı təqdimatın təşkilatçılarınatəşəkkür edib, yüksək səviyyədə təşkil olunmuş görüş üçün minnətdarlığını bildirib. O, “bəli, bizim dilimiz, adət-ənənələrimiz, tariximiz birdir, lakin gələcəyimizin də bir olmasına çalışmalıyıq” deyib.

Sumqayıt Poeziya Evində keçirilən tədbirdə millət vəkili Q.Paşayevanın çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

 

Şərh yaz


20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
09 Avqust 2019 Vasif Talıbov sərəncam imzaladı
07 Avqust 2019 Ermənistan XİN Paşinyanı niyə təkzib edir? - ŞƏRH
06 Avqust 2019 Dağlıq Qarabağda “miatsum” şüarı səsləndirildi
06 Avqust 2019 Tovuzda Yunus Oğuzun tarixi romanlarının təqdimatı və imza mərasimi keçirildi
04 Avqust 2019 Azərbaycan və İran arasında Xəzər vasitəsi ilə sərnişin daşınması həyata keçirilə bilər
03 Avqust 2019 İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb
01 Avqust 2019 Tramp Putinə zəng vuraraq kömək təklif etdi
31 İyul 2019 Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədrinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.
31 İyul 2019 Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

Xəbər lenti