.

Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum” (birləşmə) şüarından istifadə edən Baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib.
Məhz bu şüarla erməni millətçilər 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir.
Məgər onlar Ermənistan Silahlı Qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiyini görmürlər?
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələri ilk dəfə deyil:
“Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan Baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra fərqli fikir səsləndi. Müdafiə naziri David Tonoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi”.
F.Şəfiyev qeyd edib ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyyətçiləri tərəfindən ilhaqı məqsədilə başladılmış kampaniyadır.
O, bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin ozamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdirilməsinə dair məşhur fərmanını xatırladıb:
“SSRİ-nin süqutundan sonra erməni millətçiləri taktikanı bir qədər dəyişdilər. Bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşündülər. Buna görə də özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar.
BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar. Erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən, qondarma “Dağlıq Qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi”.
Mərkəz sədri vurğulayıb ki, Ermənistan rəhbərliyi hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilmir:
“Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.
Ermənistan Baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir”.

Şərh yaz


22 Avqust 2019 “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22 Avqust 2019 “Kollecdə plan yerimiz 100, universitetdə isə 85 faiz dolub”
22 Avqust 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
22 Avqust 2019 Putin, Ərdoğan və Ruhani Ankarada görüşəcək
21 Avqust 2019 Q.Paşayeva qəhrəman şəhidllərimizdən Təbriz Musazadəyə həsr olunmuş tədbirdə KİV-lərə, gənclərə, cəmiyyətə çağırış edib
21 Avqust 2019 Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri AÇIQLANDI
21 Avqust 2019 Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb
21 Avqust 2019 Nazarbayevdən növbədənkənar seçki haqda - Açıqlama
21 Avqust 2019 Baş nazirdən bu qurumla bağlı - Qərar
20 Avqust 2019 İmtahan nəticələri haqda elektron arayış əldə edə bilərsiz
20 Avqust 2019 Obama, Zukerberq və Geyts Ermənistana gedir
20 Avqust 2019 Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib
19 Avqust 2019 Q.Paşayeva Uqanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib
19 Avqust 2019 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür
19 Avqust 2019 Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
18 Avqust 2019 Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
17 Avqust 2019 Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
17 Avqust 2019 Bakıda yol polislərinə yeni formalar verildi - Fotolar
17 Avqust 2019 DSX rəisi deputatı medalla təltif etdi
17 Avqust 2019 Ermənilər narahatdır: Paşinyan onları hara aparır?
17 Avqust 2019 Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb.
17 Avqust 2019 Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi
17 Avqust 2019 Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
14 Avqust 2019 ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
14 Avqust 2019 Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
13 Avqust 2019 Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI
13 Avqust 2019 Ermənistanın müdafiə naziri fərari əsgərindən danışdı
13 Avqust 2019 KİV Fondu işçilərinin maaşı AÇIQLANDI
09 Avqust 2019 Q.Paşayeva ABŞ, Almaniya və İspaniyanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
09 Avqust 2019 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Xəbər lenti