.

Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir.

Asiya.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Milli Məclisin dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arasında dini etiqad azadlığı ilə bağlı qanuna ediləcək dəyişiklik ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.
O, Siyavuş Novruzla eyni fikirdə olduğunu bildirib:
"Dövlət tərəfindən maliyyələşən "Xalq", "Respublika" və "Azərbaycan" qəzeti kimi çoxsaylı qəzetlərimiz var. Bəzən dövlət qəzetlərinin son səhifəsində başsağlığı kimi materiallara rast gəlirik. Düşünürəm ki, bu kimi yazıların çap edilməsi üçün müxtəlif qəzetlər və elektron vasitələr daha məqsədəuyğundur. Dövlət qəzetlərində başsağlığı çap edilməsi digər səhifələrdə olan mühüm siyasi məlumatlara kölgə salır. Prezidentimizin və onun köməkçilərinin ölkədə həll etdiyi və həll etməyə çalışdığı mühüm məsələlər var ki, onlar bu qəzetlərdə çap olunmalıdır. Dövlət qəzetləri bu cür materiallara üstünlük verməlidir.
Başsağlığı qəzetlərdə müəyyən məbləğ qarşılığında işıqlandırılır. Bu üsulla dövlət qəzetlərinin qazanc əldə etməsini düzgün hesab etmirəm. Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir və işçilərin qazancları yaşayış üçün qənaətbəxşdir. Əgər başsağlığından əldə etdikləri gəlirlərdən işçilərin əməkhaqlarını ödədiklərini bildirirlərsə, düşünürəm ki, bu yanaşma heç də ciddi deyil".
Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib:
"Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov S.Novruzovun iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər. S.Novruzov isə bu açıqlamaya dərhal reaksiya verib. "Yeni Müsavat" qəzetinə açıqlamasında S.Novruzov "Azərbaycan" qəzetinin nəşrini dövlətin həyata keçirdiyini, redaksiyanın nəşrə pul xərcləmədiyini, həmçinin qəzetin dövlət qurumlarında abunə etdirildiyini, "əməkdaşların əlavə qazanc imkanlarının olduğunu", bu səbəbdən də B.Sadıqovun arqumentlərini qəbul etmədiyini deyib.

Şərh yaz


15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
09 Sentyabr 2019 “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper
07 Sentyabr 2019 Novruzov keçmiş nazirləri yıxıb-sürüdü - Sensasion açıqlama
07 Sentyabr 2019 Bakıda mühüm iclas işə başladı
06 Sentyabr 2019 Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
06 Sentyabr 2019 MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"
05 Sentyabr 2019 Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib
05 Sentyabr 2019 İlham Əliyev açılışa qatıldı
05 Sentyabr 2019 DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü
04 Sentyabr 2019 Elmar Məmmədyarov yeni səfiri qəbul etdi
03 Sentyabr 2019 Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu - Video
02 Sentyabr 2019 Millət vəkili Q.Paşayeva gənclərlə görüşüb
01 Sentyabr 2019 Prezident Administrasiyasının şöbə müdiri: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir"
01 Sentyabr 2019 AMEA-nın rəhbər işçiləri bu qədər maaş alacaq – SİYAHI

Xəbər lenti