.

Qovlar şəhərindən bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib.
Asiya.info
xəbər verir ki, təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Qovların bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində uğurların daha da artacağına inandığını deyib . “Ümumiyyətlə məni çox sevindirdi ki, Qovlar şəhərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.” Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu,1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əlehinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb. Tədbirdə iştirak edən millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib,  Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası  istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib. Tədbirdə iştirak edən Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova və Qovlar şəhərində fəaliyyət göstərən məktəblərin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva və Fitoterapevtlər Cəmiyyətinin sədri M.Qəhrəmanova tələbə adını qazanan gənclərə  dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran sualları cavablandırılıb.



Şərh yaz


15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
09 Sentyabr 2019 “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper
07 Sentyabr 2019 Novruzov keçmiş nazirləri yıxıb-sürüdü - Sensasion açıqlama
07 Sentyabr 2019 Bakıda mühüm iclas işə başladı
06 Sentyabr 2019 Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
06 Sentyabr 2019 MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"
05 Sentyabr 2019 Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib
05 Sentyabr 2019 İlham Əliyev açılışa qatıldı
05 Sentyabr 2019 DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü
04 Sentyabr 2019 Elmar Məmmədyarov yeni səfiri qəbul etdi
03 Sentyabr 2019 Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu - Video
01 Sentyabr 2019 Prezident Administrasiyasının şöbə müdiri: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir"
01 Sentyabr 2019 AMEA-nın rəhbər işçiləri bu qədər maaş alacaq – SİYAHI
01 Sentyabr 2019 Deputatların qalmaqalı: Prosesə kölgə salırlar...

Xəbər lenti