.

Millət vəkili Q.Paşayeva Tovuzda bütün sinif şagirdləri ali məktəblərə daxil olan kənd məktəbləri başda olmaqla, tələbə adını qazanan gənclərlə görüşüb, onları təbrik edib və çağırış edib

Asiya.info xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Tovuz rayonun kənd məktəblərindən bu il ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib. Tovuz rayonunun  Habil Vəliyev adına Əlibəyli kənd tam orta  məktəbindən, Naiq Yusifov adına Ağdam kənd tam orta  məktəbindən, Asif Sadıqov adına Vahidli kənd tam orta  məktəbindən, Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbindən, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbindən, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbindən, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbindən, Firudin Qasımov adına Xatınlı kənd tam orta  məktəbindən, Cavanşir Sadıqov  adına Qədirli kənd tam orta  məktəbindən, Rəfail İsmayılov adına Düz Cırdaxan kənd tam orta  məktəbindən, Elşad Tağıyev adına  Cəlilli kənd tam orta  məktəbindən, Eyvaz Bayramov adına Əyyublu kənd tam orta  məktəbindən, Sahib İskəndərov adına Əyyublu kənd tam orta  məktəbindən, Rövşən  Alıyev adına Əyyublu kənd tam orta  məktəbindən, Əyyublu kənd 1№-li tam orta  məktəbindən bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, çox sevindirici haldır ki, bu il Tovuz rayonun 4 məktəbinin - Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Çatax və Bayramlı kənd məktəblərinin hər birində bir sinfin bütün şagirdlərinin hamısı bu il ali məktəblərə daxil olub. Məzun olan və ali məktəblərə daxil olan və tələbə adını qazanan bütün şagirdləri, onların valideynlərini, əməyi keçən müəllimləri və məktəblərini təbrik edirik. İnanırıq ki, bu kimi uğurların sayı daha da artacaq. Ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndir ən millət vəkili Qənirə Paşayeva Tovuz rayonu kənd məktəblərinin bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində uğurların daha da artacağına inandığını deyib . “Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.” Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu,1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb. Tədbirdə iştirak edən millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib. Tədbirdə iştirak edən Tovuz rayonu kənd məktəblərinin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva və Fitoterapevtlər Cəmiyyətinin sədri M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran sualları cavablandırılıb.

Şərh yaz


15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
09 Sentyabr 2019 “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper
07 Sentyabr 2019 Novruzov keçmiş nazirləri yıxıb-sürüdü - Sensasion açıqlama
07 Sentyabr 2019 Bakıda mühüm iclas işə başladı
06 Sentyabr 2019 Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
06 Sentyabr 2019 MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"
05 Sentyabr 2019 İlham Əliyev açılışa qatıldı
05 Sentyabr 2019 DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü
04 Sentyabr 2019 Elmar Məmmədyarov yeni səfiri qəbul etdi
03 Sentyabr 2019 Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu - Video
02 Sentyabr 2019 Millət vəkili Q.Paşayeva gənclərlə görüşüb
01 Sentyabr 2019 Prezident Administrasiyasının şöbə müdiri: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir"
01 Sentyabr 2019 AMEA-nın rəhbər işçiləri bu qədər maaş alacaq – SİYAHI
01 Sentyabr 2019 Deputatların qalmaqalı: Prosesə kölgə salırlar...

Xəbər lenti