.


Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası işə başlayıb.

 

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir. Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.

Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.

Şərh yaz


15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
09 Sentyabr 2019 “Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper
07 Sentyabr 2019 Novruzov keçmiş nazirləri yıxıb-sürüdü - Sensasion açıqlama
06 Sentyabr 2019 Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
06 Sentyabr 2019 MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"
05 Sentyabr 2019 Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib
05 Sentyabr 2019 İlham Əliyev açılışa qatıldı
05 Sentyabr 2019 DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü
04 Sentyabr 2019 Elmar Məmmədyarov yeni səfiri qəbul etdi
03 Sentyabr 2019 Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu - Video
02 Sentyabr 2019 Millət vəkili Q.Paşayeva gənclərlə görüşüb
01 Sentyabr 2019 Prezident Administrasiyasının şöbə müdiri: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir"
01 Sentyabr 2019 AMEA-nın rəhbər işçiləri bu qədər maaş alacaq – SİYAHI
01 Sentyabr 2019 Deputatların qalmaqalı: Prosesə kölgə salırlar...

Xəbər lenti