.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə həmkarı Eldar İbrahimovun mətbuatda yer alan “müxalifət nümayəndələrinin bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu” fikirinə münasibət bildirib.

 Çingiz Qənizadə Unikal.org-a açıqlamasında deyib: 
“Əvvala, Eldar müəllimin özünün tərəfinin hara olduğunu başa düşə bilmirəm. Əgər hər hansı bir şəxs cənab prezidentin mövqeyini, siyasətini dəstəkləyirsə və belə olan halda kimsə  olanları xəyanətkar adlandırırsa, bu siyasətçiyə yaraşmayan bir şeydir.  Mən təkcə Eldar müəllimin yox, son vaxtlar bəzi deputat həmkarlarımı siyasətçiyə yaraşmayan formada cəmiyyətə açıqlama vermələri və cəmiyyətdə mübahisəyə səbəb olan müəyyən fikirlərin ortaya atmalarını qətiyyətlə pisləyirəm.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədova təşəkkür edirəm ki, onlar “bu cür ifadə işlədən deputatlara” çox qısa, lakonik və prezidentin mövqeyini əks etdirən fikirlərini bildirdilər. 
Hər ikisi çox sağ olsun. Yenə deyirəm bu cür açıqlamaların verilməsi düşünülməmiş, siyasətçiyə yaraşmayan bir fikirdir. Əli müəllimin dediyi kimi axı, cənab prezident də qeyd edib ki, “Mən bütün azərbaycanlıların prezidentiyəm.” Kim onu prezident görür və yanındadırsa, onun keçmişinə görə o adamları xəyanətkar adlandırmaq hesab edirəm ki, bu başa düşülən deyil. 
Mən başqa ifadə işlətmək istəmirəm. Sadəcə Bakıda deyiləm. İki gündür bunları oxuyub, fikirləşirəm ki. görəsən nə baş verir? Bu insanlar kimin sözünü demək istəyir? Əgər prezidentin komandasındadılarsa bu cənab prezidentin mövqeyi deyil”. 
Ç.Qənizadə Eldar İbrahimovun mətbuatda son açıqlamasına da etiraz edib:
“Eldar İbrahimovun “Fikirlərim düzgün başa düşülməyib, “düşmən” fikrimi indiki deputatlara aid etməmişəm. Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir” –ifadəsi özü belə yanlışdır. Onun son açıqlamasının özü belə, əvvəlki fikirlərində qaldığı hiss olunur. Açıqlamasında nə demək istəməsi isə tam başa düşülən deyil. O, son açıqlamasını Əli Əhmədov və Əli Həsənovdan qabaq versəydi bəlkə də başa düşülən olardı”.
Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri də müzakirələrə səbəb olub.

Şərh yaz


15 Sentyabr 2019 Ermənilər Kəlbəcərdə bal festivalı keçirdi – FOTOLAR
15 Sentyabr 2019 DAŞKƏSƏN RAYON İCRA BAŞÇISININ BİR QƏZƏB HƏDƏFİ VAR: XOŞBULAQ HEÇ VAXT XOŞ GÜN GÖRMƏYƏCƏK!...
15 Sentyabr 2019 "Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
14 Sentyabr 2019 Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13 Sentyabr 2019 Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq"
13 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
13 Sentyabr 2019 Tramp Ruhani ilə görüşəcəkmi? - Nazir açıqladı
13 Sentyabr 2019 İpotekada olan əmlaka görə vergi ödənilməlidir, yoxsa yox? - EKSPERT RƏYİ
12 Sentyabr 2019 “Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin
12 Sentyabr 2019 Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
09 Sentyabr 2019 Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.
09 Sentyabr 2019 Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
08 Sentyabr 2019 İranda yeni dövr başlayır: Azərbaycan dili...
08 Sentyabr 2019 Almaniya XİN Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh etdi
08 Sentyabr 2019 3 uşaq atasını “tok” vurub öldürdü
07 Sentyabr 2019 Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb
07 Sentyabr 2019 ABŞ-la çalışmaq üçün Moskva bunu etməlidir – Esper
07 Sentyabr 2019 Novruzov keçmiş nazirləri yıxıb-sürüdü - Sensasion açıqlama
07 Sentyabr 2019 Bakıda mühüm iclas işə başladı
06 Sentyabr 2019 Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
06 Sentyabr 2019 MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"
05 Sentyabr 2019 Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib
05 Sentyabr 2019 İlham Əliyev açılışa qatıldı
05 Sentyabr 2019 DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü
04 Sentyabr 2019 Elmar Məmmədyarov yeni səfiri qəbul etdi
03 Sentyabr 2019 Ukraynalı politoloq “Rossiya 1”in efirindən qovuldu - Video
02 Sentyabr 2019 Millət vəkili Q.Paşayeva gənclərlə görüşüb
01 Sentyabr 2019 Prezident Administrasiyasının şöbə müdiri: "XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir"
01 Sentyabr 2019 AMEA-nın rəhbər işçiləri bu qədər maaş alacaq – SİYAHI
01 Sentyabr 2019 Deputatların qalmaqalı: Prosesə kölgə salırlar...

Xəbər lenti