.

Millət vəkili Q.Paşayeva
İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib.

Asiya.info xəbər verir ki, “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə keçirilən İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda  çıxış edərək  millət vəkili Qənirə Paşayeva məktəbin sütununun ibtidai sinif müəllimləri olduğunu bildirib: "Çünki uşaqlarımız ibtidai təhsillərini hansı baza üzərində alırsa, gələcəkdə də o baza üzərində davam etdirirlər. İbtidai təhsili zəif olan uşaqlar gələcəkdə də təhsillərini davam etdirərkən çətinliklərlə qarşılaşırlar. Ona görə də  siz müəllimlər millətimizin gələcəyini yetişdirən insanlarsınız. Bir millətin inkişafı təhsildən keçir. Özəlliklə 21-ci yüzildə dünya artıq beyinlərin yüzilidir. Bu gün hansı millət təhsilə qiymət verəcəksə, onun sabahı daha da işıqlı olacaq. Ona görə bu gün təhsilin inkişafı bizim üçün olduqca vacibdir. Bunun da təməli ibtidai sinifdə atılır. İbtidai sinif müəllimi bir az da uşaqlara valideyn kimi yanaşır, çünki o yaşda uşaqların təhsilə başlaması heç də asan olmur. İbtidai sinif müəllimi təkcə bilikləri öyrətmir, həm də onların formalaşmasında şəxsiyyət kimi rol oynayır. Cənab Prezidentin təhsil sahəsində verdiyi sərəncamlar, onun rəhbərliyi ilə aparılan  islahatlar  təhsilin inkişafında böyük rol oynayır. Ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına verdiyi dəstək hər zaman öz əhəmiyyəti ilə seçilmişdir. Bu gün müəllimlərimizin maddi şəraitindən tutmuş, əmək haqlarının artırılmasına qədər bir sıra istiqamətlərdə xeyli işlər görülür. Dövlətimizin iqtisadi inkişafı artdıqca müəllimlərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət veriləcək. Biz çalışmalıyıq ki, böyütdüyümüz gənc nəsillər hər məsələdə bizdən qabaqda olsunlar. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür". Millət vəkili Q.Paşayeva ibtidai sinif müəllimləri başda olmaqla, bütün müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara bu şərəfli işlərində uğurlar diləyib və bu cür tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu cür tədbirlərin təhsilin inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.
 
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunu bu linkdən izləyə bilərsiniz.
 
 
 
 

Şərh yaz


14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video
07 Oktyabr 2019 Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.
07 Oktyabr 2019 Ordumuz cəbhədə döyüş atışları icra etdi - Video
07 Oktyabr 2019 Əməliyyat tarixi açıqlandı: Türk ordusu bunu gözləyir
06 Oktyabr 2019 Azərbaycan mediası inkişaf edir - Marşal
05 Oktyabr 2019 Rusiya ilə əlaqələr “strateji müttəfiqliyə” qalxıb - Deputat
05 Oktyabr 2019 Onlar polisə daha dəvət edilməyəcək - Nazirdən əmr

Xəbər lenti