.


Hər il olduğu kimi, bu il də mənzil bazarında müəyyən qədər bahalaşmalar müşahidə edilir.

Ümumiyyətlə, bahalaşmalar xüsusilə sentyabr ayına, təhsil ilinin başladığı ərəfələrə təsadüf edir. Mənzil almaq istəyən vətəndaşlar isə nəğd ödəniş edə bilmədikləri üçün ipoteka ilə əmlak almağa ütünlük verirlər. İpoteka şərtləri ilə alınan mənzil və digər əmlakların qiyməti hissə-hissə banka və ya tikinti şirkətlərinə ödənilə bilir. Bəs belə olan halda ipotekada olan əmlaklara görə vergi ödənilməlidir, yoxsa yox ? Bu sahədə hansısa güzəştlər tətbiq edilirmi?

Mövzu ilə bağlı sualları iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

Asiya.info xəbər verir ki, Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, əmlak ipotekada, bankın mülkiyyətindədirsə, həmin mənzildə yaşayan fiziki şəxs əmlak vergisi ödəmir:

“Vergi məcəlləsinə əsasən, fiziki şəxslər əmlak vergisini bələdiyyələrə, hüquqi şəxslər isə vergi departamentinə ödəməlidir. Lakin ipotekada olan əmlak bankın sərəncamındadırsa, həmin evdə qalan fiziki şəxs, bələdiyyəyə vergi ödəmir. Bu səbəbdən vətəndaş ipotekada olan mənzilində yaşamağa başladığına dair arayış almalıdır. Belə olan halda o, onun mülkiyyətində, sərəncamında heç bir əmlak olmadığı üçün əmlak vergisi ödəməkdən azad ola bilər”.

Ekpert onu da əlavə edib ki, başqa bir tərəfdən ortada əmlak var və vətəndaş bu əmlakdan istifadə edir:

“Əmlakın istifadəsinə görə isə bir sıra məqamlar var. Əgər əmlak bankın sərəncamındadırsa, hüquqi şəxs olaraq onlar özü əmlak vergisinin ödənilməsini həyata keçirirlər. Bildiyiniz kimi, fiziki şəxslər üçün yaşayış və qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin ödənilməsi ilə bağlı bir sıra əmsallar müəyyənləşdirilib.

Nazirlər Kabineti tərəfindən təsdiq olunan əmlak vergisinin ödəməsinə dair əmsallara görə, fiziki şəxs xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə görə  Bakı üzrə 0,4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1 manat əmlak vergisi ödəməlidir.

Praktik olaraq, əgər mülkiyyət fiziki şəxsdə yox, bankın sərəncamındadırsa, müqavilədə əmlak vergisinin ödənilməsi bankın ixtiyarındadırsa, həmin evdə yaşayan fiziki şəxs əmlak vergisi ödəməkdən azaddır”.                    

Şərh yaz


14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video
07 Oktyabr 2019 Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.
07 Oktyabr 2019 Ordumuz cəbhədə döyüş atışları icra etdi - Video
07 Oktyabr 2019 Əməliyyat tarixi açıqlandı: Türk ordusu bunu gözləyir
06 Oktyabr 2019 Azərbaycan mediası inkişaf edir - Marşal
05 Oktyabr 2019 Rusiya ilə əlaqələr “strateji müttəfiqliyə” qalxıb - Deputat
05 Oktyabr 2019 Onlar polisə daha dəvət edilməyəcək - Nazirdən əmr

Xəbər lenti