.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Asiya.info xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. 

O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus restoranı işlədir: 

"Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
 
Qeyd edək ki, sabiq aparat rəhbərinə məxsus "Rose Park" restoranı Şamaxının Məlhəm kəndində  yerləşir.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Şərh yaz


14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video
07 Oktyabr 2019 Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.
07 Oktyabr 2019 Ordumuz cəbhədə döyüş atışları icra etdi - Video
07 Oktyabr 2019 Əməliyyat tarixi açıqlandı: Türk ordusu bunu gözləyir
06 Oktyabr 2019 Azərbaycan mediası inkişaf edir - Marşal
05 Oktyabr 2019 Rusiya ilə əlaqələr “strateji müttəfiqliyə” qalxıb - Deputat
05 Oktyabr 2019 Onlar polisə daha dəvət edilməyəcək - Nazirdən əmr

Xəbər lenti