.

Yaxşı yadımdadır. Sovet dövründə çıxan respublika  qəzetlərindən birində oxumuşdum ki, Daşkəsən rayonunun Xoşbulaq kəndinin havası əsl kurort havasıdır.
Çünki bu hava öz rütubətlilik dərəcəsinə görə insanın ağciyəri və ürəyi üçün çox müalicəvi əhəmiyyətə malikdir.Yay zamanı Xoşbulaq kəndinin məlhəmli dağ qoynunda heç olmasa bir ay yaşayaraq saf havasını qəbul etməklə yanaşı oranın bulaq sularını içən adam xəstə  bronxlarının sağalmasına asan nail ola bilər. Bu səbəblərə görə imkan əldə edən kimi ailəmizlə birgə Xoşbulağa təşrif aparırıq.
Hər gedəndə münasib kənd evlərində kirayə mənzil tutur və lazımi qədər istirahət edirik. Di gəl ki, kəndin təmizliyi üçün lazımi şəraitin yaradılmaması və kommunal xidmətlərin yarıtmazlığı bizi çox narahat edir. Kənddə içməli su gündə bir dəfə verilir, lakin tələbatı ödəmir. Bəzən heç bir səbəb deyilmədən ikivəya üç gün su kəsilir. Kənd camaatı yalnız bulaq sularına möhtac olur. Onların da çoxunda su zəif axır. Məişət tullantıları hara gəldi atılır. Yol qırağı və dərələr üfunət iyisi verir. Heç bir yerdə zibil qutusu qoyulmur. Çünki zibil yığılmır.
Qazlaşma işi də natamamdır. Qaz xətti yalnız əsas yolların kənarına çəkilmişdir. Əsas yoldan bir az uzaq olan evlər qazsız qalmışdır. Halbuki plana görə bütün evlər nəzərə alınmalı idi. Lakin məqsəd kənd camaatını ziyana salmaq və onları köməksiz qoymaqdır. Çünki icra başçısının əsas niyyəti xalqa yox, özünə xidmət etməkdir. Bu soyuq münasibəti Xoşbulağa istirahətə gələnlər elə ilk gündən duyurlar.
 Bu il kirayə qaldığımız ev yolun kənarında yerləşirdi. Həyətdə rahat nəfəs ala bilmirdik. Çünki kəndin yolları asfaltsız olduğuna görə maşın keçəndə toz duman şəklində ətrafa yayılır və çox xoşagəlməz vəziyyət yaradırdı.Deyilənə görə neçə illərdir ki, dövlət tərəfindən yolun təmirinə və asfaltlanmasına maliyyə vəsaiti ayrılsa da, heç bir iş görülmür. Keçən il yol problemindən boğaza yığılan kəndin bir neçə sakini bu barədə yuxarı orqanlara şikayət etmişdi. Bu şikayətdən hirslənmiş rayon icra başçısı Əhəd Abıyevin xüsusi göstərişi əsasında həmin adamlar süni yolla polisin əli ilə şərlənmiş və cərimələnmişlər. İcra başçısı hətta belə and içmişdir ki, sizin acığınıza nə qədər ki mən bu rayonun başçısıyam, siz asfaltlı yol görməyəcəksiniz. Təmsil etdiyi və xidmət göstərməyə borclu olduğu yerli əhaliyə qarşı belə kobud və ikrah doğuran bir mənfi hərəkət dövlət məmuruna yaraşarmı?! Necə deyək, nə qədər ağrı və əziyyətlərə düçar olsa da, bu acı həqiqəti yerli camaat qorxudan açıb-ağartmağa çəkinir.  Hamı içində gileylənir. Deyirlər ki, bəlkə, rayon icra başçısının Xoşbulaq kəndi ilə bağlı bəd əməlləri dolayı yollarla Prezidentimizə gedib çatsa, biz də bu fani dünyada  bir xoş gün görərik. Amma rayon icra başçısı, necə deyərlər,  bütün xəbər kanallarını möhkəm bağlamışdır.Onun soyumaq bilməyən  bir qəzəb hədəfi var: Xoşbulaq heç vaxt xoş gün görməyəcək!...
 
Səriyyə Əhmədova,
 Bakı sakini, əmək pensiyaçısı


                                                                               

Şərh yaz


14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video
07 Oktyabr 2019 Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.
07 Oktyabr 2019 Ordumuz cəbhədə döyüş atışları icra etdi - Video
07 Oktyabr 2019 Əməliyyat tarixi açıqlandı: Türk ordusu bunu gözləyir
06 Oktyabr 2019 Azərbaycan mediası inkişaf edir - Marşal
05 Oktyabr 2019 Rusiya ilə əlaqələr “strateji müttəfiqliyə” qalxıb - Deputat
05 Oktyabr 2019 Onlar polisə daha dəvət edilməyəcək - Nazirdən əmr

Xəbər lenti