.

Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib

Asiya.info xəbər verir ki, Millət vəkili Q.Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında çıxış edərək bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayeva yay müddətində və yeni dərs ili ərəfəsində seçki bölgəsində, məktəblərdə keçirdiyi görüşləri zamanı məktəbyaşlı uşaqlar arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb və bu bizi çox narahat etməlidir deyib. "Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Seçki bölgəsində keçirdiyim görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq, lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə heç nəsə etmək mümkün olmur, əməliyyat etmək lazım olur, bu isə çox ağrılı proses olur. Ona görə MM-in elm və təhsil komitəsini və səhiyyə komitəsini Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə, skalioz və kifozların artmaması istiqamətində nələr edilməlidr, skalioz və kifozun gələcəkdə uşaqların həyatına ciddi təhlükə törətməsinin qarşısını almaq məqsədilə skalioz və kifozdan əziyyət çəkən uşaqların  müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələləri müzakirə etməyə çağırıram,"- millət vəkili Q.Paşayeva deyib.
Millət vəkili Q.Paşayeva  unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib: "Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə anemiyadan əziyyət çəkənlərin sayı artmaqdadır, hamilə qadınlarda və yeni doğulacaq uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllinin tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə, məsələnin həll edilməsinə ehtiyac var".
Millət vəkili Q.Paşayeva eyni zamanda "Reproduktiv sağlamlıq haqqında" qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib: "Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailələr bu qanunun qəbulunu gözləyirlər, ona görə də bu qanunun payız sessiyası zamanı qəbul edilməsinə çağırıram".  
Millət vəkili Q.Paşayeva ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu dedi:" Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi  yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar."
Millət vəkili Q.Paşayeva antibiotiklərin həkim resepti olmadan satılması məsələsini bir daha qaldırıb, antibiotiklərin reseptsiz satılmasının gələcəkdə səbəb ola biləcəyi fəsadları vurğulayaraq bununla bağlı təkrar müzakirələrin aparılmasını təklif edib.
Millət vəkili Q.Paşayeva bildirib ki, səhiyyə komitəsində hazırlanan "İnsan orqanlarının donoru və transplantasiyası haqqında" qanunun payız sessiyasına çıxarılaraq müzakirə olunaraq qəbul olunması vacibdır. "Reproduktiv sağlamlıq haqqında" qanun kimi, bu qanunun da payız sessiyasında qəbulu çox vacibdir, çünki gələn ildən icbarı sığorta haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar bu məsələlərin qanunvericilklə tənzimlənməsi çox vacibdir."
Millət vəkili Q.Paşayeva əhalinin sağlamlığı, tibb sahəsində qəbul edilən qanunlarla bağlı əhalinin tibbi maarifləndirilməsinin vacib olduğunu deyib. Səhiyyə komitəsində mətbuat və media qurumlarını dəvət edərək tibbi maarifləndirmənin genişləndirilməsi məqsədilə mətbuat və media qurumları ilə birlikdə nələr edilə bilər mövzusunda dinləmələrin aparılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bu istiqamətdə mətbuat və medianın üzərinə böyük vəzifə düşdüyünü deyib və əhalinin tibbi maarifləndirilməsinin genişləndirilməsi istiqamətində səhiyyə komitəsində mətbuat və media qurumları ilə bu mövzuda birgə müzakirələrin keçirilməsini təklif edib.
Millət vəkili Q.Paşayeva narkomaniyadan əziyyət çəkən insanların həyata qaytarılması və xilas edilməsi, bu bəladan qurtulması ilə bağlı çağırış səsləndirib, bu məsələdə üzərinə məsuliyyət düşən qurumlar daha çox çalışmalıdır deyib.
Q. Paşayeva daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq, bildirib ki, xüsusilə də, bu xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərilməsi, onların əlilliyə çıxa bilməsi ilə bağlı prosedurlar sadələşdirilməlidır.
                                                  

Şərh yaz


14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı
09 Oktyabr 2019 Ermənilər 30 ölkədən siyasətçiləri Xankəndinə toplayır
08 Oktyabr 2019 Q.Paşayeva Özbəkistan Baş nazirin müavini ilə Qarabağdan danışıb
08 Oktyabr 2019 Пашинян хочет отдать Карабах по Казанскому плану – Сергей Марков
08 Oktyabr 2019 İlham Əliyev Baş Naziri vəzifədən azad etdi - SƏRƏNCAM
07 Oktyabr 2019 Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video
07 Oktyabr 2019 Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.
07 Oktyabr 2019 Ordumuz cəbhədə döyüş atışları icra etdi - Video
07 Oktyabr 2019 Əməliyyat tarixi açıqlandı: Türk ordusu bunu gözləyir
06 Oktyabr 2019 Azərbaycan mediası inkişaf edir - Marşal
05 Oktyabr 2019 Rusiya ilə əlaqələr “strateji müttəfiqliyə” qalxıb - Deputat
05 Oktyabr 2019 Onlar polisə daha dəvət edilməyəcək - Nazirdən əmr

Xəbər lenti