.


Asiya.info
Oxu.Az-a istinadən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqovla müsahibəni təqdim edir:

 

- Ermənistan Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakı onu xəyalına - ABŞ Prezidenti Donald Trampla danışıqlara yaxınlaşdırmayıb.

- Ağ Ev rəhbəri Donald Trampın Paşinyanla görüşmək və hər hansı müzakirələr aparmaq istəməməsi açıq-aşkar görünür. Bu, BMT Baş Assambleyasının keçənilki sessiyasında da belə olub.

Trampın Paşinyanla şəkil çəkdirməsi isə ABŞ Prezidentinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşünün protokoluna əsasən baş tutub. Yəni Tramp növbəti dəfə Paşinyanın “burnuna çırtma vurub”. 

İkitərəfli münasibətlərdə gərginlik və Vaşinqtonun Yerevana yardımını azaltması Paşinyanın küçə mitinqlərində verdiyi vədləri yerinə yetriməməsi ilə birbaşa bağlıdır. Axı il yarım əvvəl o, Yerevan küçə və meydanlarında mitinqlər təşkil edən, Soros fondu tərəfindən maliyyələşdirilən QHT-lərin dəstəyini alıb, indi isə faktiki olaraq, Qərbə arxasını çevirib. Hansısa cəfəngiyyatlar danışmaqla ABŞ və Rusiya arasında tərcübəsiz şəkildə balansı qorumağa çalışır. Bu, çox aydın şəkildə görünür. 

Vaşinqtonda bunu yaxşı görür. Ağ Evin ABŞ-ın regiondakı siyasətinin reallaşmasını həyata keçirilməsinə mane olacaq belə siyasi çağırışlara ehtiyacı yoxdur. 

- Paşinyan Baş Assambleyada Azərbaycanı Ermənistan-Azərbaycan münaqişəsini həll etmək istəməməkdə ittiham edib. O, bölgədəki silah yarışından, Azərbaycan ordusunun güclənməsindən narazılığını bildirib. 

- O, Azərbaycanın bundan sonra da Yerevanın Dağlıq Qarabağın müstəqilliyi barədə yalanlarına qulaq asmağa davam etməsini istəyib? Soruşulur ki, bəs nəyə görə uzun illərdir sülh danışıqları aparılır? Paşinyan BMT tribunasında bəyan edib ki, guya Azərbaycan bu problemin həllini arzulamır. Bəs azərbaycanlıları Dağlıq Qarabağdan qovan Ermənistan deyildi? Xocalı faciəsini ermənilər törətməyib? 

Azərbaycan hərbi gücünü artırır, çünki Bakının strateji məqsədi işğal altındakı torpaqlarını geri qaytarmaqdır. Biz heç kimi təhdid etmirik. Yerevan təhdid edir, aqressiv siyasət yeridir, digər ölkələrin, xüsusilə Azərbaycanın torpaqlarını nəzarətdə saxlayır. 

- Bakını münaqişənin sülh yolu ilə həllini arzulamamaqda ittiham edən Paşinyan özünün birləşmə ilə bağlı çağırışlarını unudur. 

- İş burasındadır ki, Paşinyan diletantdır. Görünür, o, bir neçə gün əvvəl dediyi sözləri unudur. Gah o, Qarabağı müstəqil respublika adlandırır və Azərbaycanın Xankəndi ilə danışıqlar aparmalı olduğunu deyir. Sonra 1980-ci illərin sonlarında separatçılar hərəkatının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışı ilə başlamasını unudaraq, bildirir ki, “Qarabağ Ermənistandır”. Bundan başqa, Ermənistan parlamenti Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı qərar qəbul edib və hələ də ondan imtina etməyib. 

Ermənistan Baş nazirinin bəyanatlarındakı bu ziddiyyətlər ondan xəbər verir ki, o, yalnız siyasətdə təzə deyil, hətta diletantdır. Bu insan yaxın keçmişdə regionda baş verən hadisələri anlamaq istəmir. Əgər o, bunların unudulacağını fikirləşirsə, dərindən yanılır. 

- Ermənistan Baş nazirinin sözlərinə görə, Türkiyə Yerevanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Bundan başqa, İranla isti münasibətləri olan Yerevan İsraildə səfirlik açmaq planlarını açıqlayır. 

- Türkiyə heç vaxt Ermənistanı təhdid etməyib. Ermənilər Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra 1993-cu ildə Ankara Yerevanla diplomatik əlaqələrini kəsib və sərhədləri bağlayıb.

Ermənistan isə bu günə qədər Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Yerevan uzun müddətdir ki bunu gizlətmir. Ümumiyyətlə, onlar hesab edir ki, Türkiyənin bir hissəsi Ermənistanındır. 

İsraildə səfirlik açmaq planına gəlincə, Paşinyan bu formatla “bir neçə stulda eyni vaxtda oturmaq” istəyir. Düşünürəm ki, bu, nə Ermənistandakı vəziyyətə, nə də İsrailin Azərbaycana qarşı münasibətlərinə təsir etməyəcək. Əminəm ki, Tehran bundan çox da şad olmayacaq. 

Birincisi, bu, Tehranın ünvanına tüpürməkdir. İkincisi, bu addım Ermənistan və İran arasındakı münasibətlərdə gərginliyə səbəb olacaq. Üçüncüsü, bu, Yaxın Şərqdəki bir sıra müsəlman ölkələrində narazılığa gətirib çıxaracaq. Bütün bunlar Paşinyanın dəqiq siyasi xəttinin və prioritetinin olmadığını göstərir. 

- Ekspertlərin proqnozlarına görə, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Yerevana səfəri zamanı Paşinyanla görüşməyi planlaşdırmır. 

- Putin Ermənistana rəsmi səfərlə deyil, Avrasiya İqtisadi Şurasının ali iclasında iştirak etmək üçün gəlir. Bundan başqa, rusiyalı lider Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın həbsindən narazılığını bir neçə dəfə bildirib.

Koçaryanın yerinin kamera olması başqa məsələdir. Ancaq əsas məsələ ondan ibarədir ki, bu, Moskva və Yerevan münasibətlərinin büdrəməsinə səbəb olub. Kreml sabiq prezidentin və onun tərəfdarlarına qarşı Paşinyanın hərəkətlərindən narazıdır. 

Düşünürəm ki, Putin Koçaryanla görüşməyə cəhd edəcək. Əsas faktdır ki, Rusiya Prezidenti hətta AİB-in iclasından sonra gecəni Yerevanda keçirməyəcək, bu, Rusiya tərəfinin Ermənistanın hazırkı rəhbərliyinə qarşı münasibətindən danışır. 

Ümumilikdə, iki ölkə arasındakı münasibətlər daha da gərginləşib. Yerevanın kursu açıq şəkildə Moskvanı qıcılandırır və Kreml bunu gizlətmir. Kremlə yaxın ekspertlər bununla bağlı birbaşa danışır. 

Qıcıqlandırmanın əsas səbəblərindən biri də uzun illər Rusiyanın tərəfdaşı olan, Moskvadan iqtisadi, hərbi-texniki cəhətdən, Rusiya investisiyasından asılı olan Yerevan fokus göstərməyə çalışır və özünü hər şey edə bilən nəhəng dövlət hesab edir. 
oxu.az

Şərh yaz


17 Oktyabr 2019 Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17 Oktyabr 2019 Daha bir erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
17 Oktyabr 2019 İlham Əliyev həmsədrlərlə görüşdü
17 Oktyabr 2019 Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev
16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı

Xəbər lenti